Tədris prosesində baş vermiş daha bir nöqsan haqqında növbəti bir status açmağa qərar verdim.
Məktəblərdə hələ də şagirdləri informasiya ilə yükləməyin ən doğru variant olduğu düşünülür, əsas tələblər kənarda qalır. Hələ də əsas bacarıqlar yox nəzəriyyə bilgisi əsas götürülür. Müəllimlər hələ də gecə evdə vicdanları rahat başlarını yastığa qoyub yata bilmələri üçün, məktəbdə kitabda olan bütün informasiyanı şagirdin beyninə yerləşdirməyə çalışır. Bütün nəzəriyyəni əzbər bilən şagirdi isə vunderkind hesab edir.
Daha ağrılı bir məsələni qeyd etmək istəyirəm. Bu məktəblərdə tədrisin formal olaraq 2 yerə bölünməsinə toxunacam. Xüsusən də ibtidai siniflərdə bu çox qabarıq şəkildə baş verir. Dərslər əsas və qeyri əsas dərslər olaraq bölünür ki, bu hansı əsasa dayanır bilmirəm. Bütün dərslər üçün ayrı ayrı akademik saat ayrıldığı halda , müəllimlər bəzi lazımsız hesab etdikləri fənləri, lazımlı hesab etdikləri fənlərlə əvəz edirlər. Məsələn əgər bir gün ərzində şagirdlərə 4 akademik dərs varsa , Ana dili, Riyaziyyat, Texnologiya, Musiqi, müəllim bu dərslərdən cəmi 2 dərsi əsas dərs hesab edir. Bu dərslər Ana dili və Riyaziyyat dərsləridir. Texnologiya və Musiqi və ya təsviri incəsənət qeyri əsas fəndir. Hansı ki, bunun böyük yanlış olduğunu və cəmiyyətə vurduğu zərəri düşünmürlər. Tədrisdə yalnız "alim " yetişdirmək cəhdi, başı dolu və bacarıqsız şəxsiyyətlərin yetişməsi ilə nəticələnir . Bir sıra nümunələr deyəcəm və izah etməyə çalışacam.
Texnologiya fənni əsasında. ......Bu fənn ibtidai sinif müəllimləri tərəfindən lazımsız hesab edilsə də dövlət tərəfindən şəxsiyyət yetişdirilməsi üçün qoyulan lazımlı tələblərlə zəngindir. Məsələn, bir neçə standart qeyd edəcəm.
......Süfrə arxasında mədəniyyət nümayiş etdirir. ..... Bəli belə bir standart var. Sizcə bu əhəmiyyətsiz bir standartdır? Sizcə bu standartın reallaşmasının pis nəticəsi ola bilər? Əksinə sual verim. Reallaşmaması nə ilə nəticələnir? Başı nəzəriyyə ilə dolu biri yemək masası arxasında normal yemək mədəniyyətini bilmir. Bunu izaha ehtiyac yoxdur. Beləsi cəmiyyətdə çoxdur deyə nümunələrə gərək yoxdur.
Başqa bir standart
.......Detalları birləşdirərək məmulat hazırlayır. ...... Bu standartın nəzərə alsaq ki, 1 ci sinifdən 11 ci sinifə qədər sadədən mürəkkəbə getməsi var, şagird bu standartı reallaşdıran zaman nəinki cəmiyyətdə yararlı, qabiliyyətli bir insana çevriləcək, eləcə də öz ailəsində sorunlar çözmək kimi xüsusiyyət malik olacaq. Belə deyək, evində lampa dəyişmək üçün qonşudan adam çağırmaq ehtiyacı duymayacaq.))
Başqa bir standart. ........
........Şam süfrəsini tərtib edir. .....fikrimcə standartı açıqlamağa ehtiyac yoxdur .
.......Detalları birləşdirməklə müxtəlif kompozisiyalar qurur. .....Şagird müxtəlif yaradıcı məhsullar hazırlaya biləcək. Bu onun gələcək potensialını müəyyən edəcək və 11 il ərzində bacarıqlı bir şəxsin yetişməsinə səbəb olacaq
.......Alətlərdən təhlükəsiz istifadə qaydalarına əməl edir və sair. ...
Hələ bu qeyri əsas hesab edilən bir fənn nümunəsidir. Hansı ki, müəllim bu fənni tədris etməyərək , standartlarını reallaşdırmayaraq, onu qeyri əsas fənn hesab edir və onu əsas hesab etdiyi Riyaziyyat fənni ilə əvəz edir.
1. Şagirdi əyləncəsindən məhrum edir
2. Şagirdi ay allah nə qədər riyaziyyat olar, bu qədər misalı evdə necə həll edəcəm fobiyası ilə qarşı qarşıya qoyur
3. Şagird məktəbi yüklü bir elm ocağı kimi görür və uşaqlığından məhrum olur
4. Formalaşa biləcək bacarıqlarından məhrum olur
5. Formalaşacaq mədəniyyətindən məhrum olur
6. Yaradıcılıq işlərindən məhrum olur və sair. Onu məktəbə və dərsə bağlayacaq heç bir marağı olmur
Bunu bir çox fənlərin nümunəsində izah edə bilərəm və zamanla edəcəm. Bu statusumu sırf Texnologiya fənninə həsr etməyi düşünürəm
Başqa bir real nümunə yazacam. ...
Bir dəfə yenə məktəblərin birində mentorluq layihəsində idim. Mənə dərs otağı olaraq təhkim edildiyim sinif otaq azlığı baxımından texnologiya otağı idi. Müəllimlərə dərsi orda tədris edirdim. Bir dəfə mənim boş dərsim idi və texnologiya müəllimlərindən birinin otağa ehtiyacı yarandığından ( otaqda sudan istifadə imkanı ) xahiş etdi ki, ona işini orda görməsinə izn verim. Dedim problem deyil, onsuzda hazırda boşam
Beləcə müəllim əlində xiyar, noxud, mayenez və digər azuqələrlə otağa daxil oldu. Arxası ilə 2 qız gəldi . Müəllimin dərs dediyi sinifdən 2 qız. Sual verdim ki hazırda dərs boşdurmu deyə? Dedilər hə boşdur. Dedim bəs bura niyə gəlmisiniz? Dedilər müəllim çağırıb ona kömək edəcəyik. Dedim bəs digər şagirdlər hazırda boşdur? Dedilər hə sinfi dağıdırlar ))) dedim bəs siz nə edəcəksiniz burda? Dedilər paytaxt salatı düzəldəcəyik.
Daha sonra müəllim gəldi başladı bu 2 qızla xiyarları yuyaraq soymağa. ...dayana bilmədim müəllim suallar verməyə başladım.
Salatı niyə hazırlayırsınız?
Müəllim dedi. Mövzumuz belədir salat hazırlamalıyıq
Dedim. Mövzunun dövlət tərəfindən reallaşdırılmalı olan stadartının nə olduğunu bilirsiniz orda nə yazılıb?
Müəllimin nə cavab verdiyini xatırlamıram, amma qayıdıb özüm cavab verməli oldum. Stadart tələb edir ki, bu salatı şagirdlər hazırlasın. Həm öyrənsinlər həm yesinlər. Siz isə şagirdləri sinifdə boş qoyub, 2 qızla bərabər burda özünüz düzəldirsiniz. Axı niyə şagirdləri bu zövq və bacarıqdan məhrum edirsiniz?
Müəllim cavab verdi. Axı özümüz (texnologiya müəllimləri ) də yeyəcəyik. Uşaqlarım əlləri çirkli falan onu hazırlayacaqlar bəs biz necə yeyək?
İçimdəm böyük bir təəssüf hissi keçdi.
1. Müəllim özü salat yesin deyə şagirdi tədrisdən, şagirddə formalaşacaq bacarıqdan, zövqlü dərsdən, əyləncəsindən və ən əsası dövlətin tələbinin reallaşdırılmasından məhrum edir
2. Müəllim şagirdin hərəsinə az miqdarda azuqə ilə bir kasalıq salat hazırlada və hər şagird öz salatını yeyə bilərdi
3. Nəzərə alsaq ki, texnologiya fənnində. ...Gigiyenik qaydalara əməl edir. .....deyə bir standart da var, bu stadartı da icmalına daxil edərək reallaşdıra və şagirdlərin nəzərinə çatdıra bilərdi
4. Gigiyena qaydaları üçün lazımı tədbirlər görə bilərdi
5. Nəzərə alın ki müəllim sinifə az qala bir toyun paytaxt salatı üçün azuqə gətizdirmişdi. ..Hansı ki az miqdarda azuqə ilə salat hazırlama standartı reallaşdırıla bilərdi.
Bu nümunə yuxarı sinifdə yaşanmışdı. ...Neçənci sinif olduğu yadımda deyil
İbtidai sinif müəllimləri qeyri əsas fənn hesab edərək, yuxarı sinif müəllimləri isə aşağıda qeyd etdiyim nümunə tipli düşüncələrlə şagirdləri bu fənnin formalaşdırdığı bacarıqlardan məhrum edirlər
Hələ ki bu qədər
Hörmətlə
Leyla Bayramova
#leylabayramova
0 yorum:
Yorum Gönder