Venn diaqramı
Venn
diaqramı tarix dərslərində daha çox tətbiq edilə bilən, şagirdlərin müqayisə
etmə bacarıqlarını, məntiqi və tənqidi təfəkkürlərinin inkişafına səbəb olan
bir metoddur. Bu metodun tətbiqi ilə şagirdlərdə idrak fəallaığı yaranmaqla
yanaşı, bir sıra bilik, bacarıq, vərdiş və dəyərlərə yiyələnmiş olurlar.
Venn diaqramı metodu və
onun istifadəsi:
Müqayisə olunan cisim və hadisənin müəyyənləşdirilməsi. Kəsişən dairələrin çəkilməsi (ortada
yazmaq üçün yer saxlamaq). I və II dairədə müqayisə olunacaq obyektləri qeyd
etmək. Müqayisə olunan obyektlər təsvir olunur: fərqli cəhətlər sol və sağ tərəfə,
oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur. Venn diaqramını tətbiq edərkən
müəllim Böyük və kiçik qruplarla iş formasından istifadə edir. Fəal dərsin tətqiqatın aparılması mərhələsi,
yaradıcı tətbiqetmə və nəticələrin çıxarılması və ümumiləşdirmə mərhələlərində reallaşdırıla
bilər. Müəllim üsulun tətbiqi üçün maksimum 15 dəqiqə vaxt sərf edə bilər. Venn
diaqramı fəal dərsdə daha çox tədqiqatın aparılması mərhələsində
istifadə edilə bilən metoddur. Bu metod şagirdlərdən araşdırma tələb etdiyi
üçün digər mərhələlərdə vaxt məhdudiyyətindən və mərhələlərin tələbinə uyğun gəlmədiyindən
tədiqaqatın aparılması mərhələsi üçün daha məqsədəuyğun metoddur.
Diaqramın tətbiqində məqsəd:
- Cisim
və hadisələri müqayisə etmək və onların oxşar və fərqli cəhətlərini
müəyyənləşdirmək
- Biliklərin
aktuallaşdırılması
- Təhlil
proseslərinin inkişafı
- Qiymətləndirmə
prosesinin inkişafı
Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini
müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.
Venn diaqramından istifadə aşağıdakı
formada aparılır
Müqayisə olunacaq
əşya və hadisələr müəyyənləşdirilir
2. Kəsişən
dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır)
3. I və
III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur
4. Şagirdlər
təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və
fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
5. Müqayisə
olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə,
oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
Müqayisə nəticəsində fikirlər
ümumiləşdirilir. Nümunə:
Mövzu: Erkən tunc dövrü
Tapşırıq: Toxa və xışa məxsus olan oxşar və fərqli
cəhətləri aşağıdakı diaqramda qeyd edin.
Qeyd: Venn diaqramı üsulu tətbiq edilərkən sxemin yalnız
dairə formasında tətbiqi mütləq deyil. Məqsədlərdən və məzmundan asılı olaraq
sxemi dəyişdirə bilərsiniz, bu şərtlə ki sxem anlayışların müqayisəsinə xidmət
etmiş olsun.
Əlavə olaraq qeyd edim ki, bu üsulun tətbiqi zamanı paralellik nisbəti
gözlənilməlidir. Məsələn dairənin bir tərəfinə yazılmış fərqin müqayisəli
qarşılığı dairənin digər tərəfindəki fərq yerinə yazılamlıdır. Əks halda sadəcə
dairələrə xüsusiyyətlərin yazılması halına düşəcək və müqayisədə söhbət belə
getməyəcək. Belə bir nümunə deyim
Yaz və yay fəslinə
məxsus olan xüsusiyyətlərin müqayisə edilməsini müəllim tapşırıq olaraq
şagirdlərə verir. Nəticə aşağıdakı kimi olur.
Şagird dairələri aşağıdakı qarşılıqla
tamamlayır
1. Yazda ağaclar çiçəkləyir
Yayda havalar isti olur
2. Yazda yağışlar yağır
Meyvələr yetişir
3. Havalar sərinləyir
İnsanlar istirahətə gedirlər
Əslində isə, diqqət edilməlidir ki, Yazda
ağaclar çiçəkləyirin qarşılığına yayda isə meyvələr yetişir yazılmalı.......
yazda yağışlar yağır və havalar sərinləyirin qarşılığına—yayda havalar isti
olur və insanlar istirahətə gedir yazıla bilər. Bu zaman müqayisə baş
tutacaqdır.
Üsulun tətbiqi zamanı yarana biləcək
problemlər:
- - Ümumi
cəhəti müəyyənləşdirməkdə çətinlik
- - Vaxtın
uzanması
- - Nəticənin
çıxarılmasında çətinlik
- - Müqayisənin primitiv şəkildə aparılması
(Üsulun təhlili və nümunələrlə izahı mənə məxsusdur. Müəllfiliyi qorunur)
Üsulun əsas mənbəsi isə : Z. Veysova)
0 yorum:
Yorum Gönder