XI Mövzu: DƏRSLİK KOMPLEKTİ, Elektron tədris resursları (ETR), Tərbiyə
Dərslik - məzmun standartlarının reallaşdırılması üçün
mühüm vasitə olub müəllim-şagird (tədris-təlim) fəaliyyətinin tənzimlənməsinə
xidmət edir.
Müəllim üçün vəsait - təlimin səmərəli təşkilində müəllim üçün istiqamətverici rol oynayır.
İş dəftəri - şagirdlərin təlim prosesində əldə etdikləri biliklərin müstəqil şəkildə tətbiqinə imkan yaradan vasitədir.

DƏRSLİK KOMPLEKTİNİN
ƏHƏMİYYƏTİ
Təhsil prosesində müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir.
Müəllimin planlaşdırmadan qiymətləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndirir.
Təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə imkan yaradır.
Müasir kurikulum müxtəlif resurslar vasitəsilə reallaşdırıla bilər. Onların istifadəsi məqsədəuyğun olmalıdır. Nə qədər rəngarəng vasitələr olsa, o qədər də kurikulumun tətbiqi səmərəli və zəngin olacaqdır.
Yeni dərslikləri səciyyələndirən əsas cəhətlər:

Ø Təlim
marağını gücləndirir, şagirdləri axtarışlara, yeni məlumatlar əldə etməyə sövq
edir.
Ø Məntiqi
və yaradıcı təfəkkürü inkişaf etdirir.
Ø Tətbiqi
xarakter daşımaqla zəruri həyati bacarıqların formalaşmasına zəmin yaradır.
Ø Fəndaxili
və fənlərarası inteqrasiya imkanlarını
genişləndirir.
Ø Fəal
təlim şəraitinin yaradılmasını tələb edir.
Ø Şagirdlərin
fərqli idraki imkanlarının nəzərə alınmsına şərait yaradır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2006-cı il tarixli
33 nömrəli əmrinə əsasən Ümumi təhsil
sistemində dərsik siyasətində dərsliklərin
məzmununa verilən tələblər aşağıdakı
kimi təyin edilmişdir:
-Şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına,onların öz ailəsini, xalqını, vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hörmət etməsinə yönələn ideyalar olmalıdır;
-Şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır;
-Dünyəvilik prinsipinə riayət edilməlidir;
-Elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında
-Yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalıdır;
-İllüstrasiyalar yığcam və mövzulara uyğun olmalıdır və s.
Dərsliyə verilən tələblər:
Düzgünlük- Təlim standartlarına uyğunluq, mübahisəli faktların olmaması, faktların dəqiqliyi, orfoqrafiq durğu işarələri, qrammatik qaydaların gözlənilməsi;
Əyanilik-şəkillər, fotolar, illustrasiyalar, sxemlər, cədvəllər, xəritələr, qrafiklər;
Müasirlik-sosial iqtisadi sahələrdəki nailiyyətlərin nəzərə alınması, təlim materiallarının müasir dünyagörüşü formalaşdırılmasına istiqamətlənməsi;
Tamlıq- nəzəri materiallar, praktiki materiallar, təsviri materiallar, qiymətləndirmə materialları
Ardıcıllıq- Təlim materiallarının sadədən mürəkkəbə doğru sıralanması( məzmun), müvafiq təlim materiallarının düzülməsində tarixi gün və hadisələrin nəzərə alınması( təqvim-tematik), ilkin təlim materialının növbəti təlim materialı üçün mənimsənilməsi üçün zəmin yaratması( məntiqi), təlim materiallarının maraqlılıq səviyyəsinə görə düzülməsi( psixoloji)
Uyğunluq-Dizayn, təlim materialları( məzmun, həcm, maraq)
Elektron tədris resursları (ETR)
Mətn xarakterli elektron tədris resursları əsasən mətndən ibarət olur. Bu tip resurslar mühazirə xarakteri daşıyır və İnternetdə yerləşdirilməsi mümkündür. Bu resursları müxtəlif təhsil müəssisələrinin veb səhifələrində müəllimlərin şəxsi bloqlarında, hətta sosial şəbəkələrdə də görmək olar.
Tekstoqrafik xarakterli elektron tədris resursları mövzunu açıqlayan mətn və illustrasiyalardan ibarət resurslardur. Bu tip resurslara həmçinin cədvəllər, diaqramlar və s. əlavə ola bilər.
Multimedia xarakterli elektron tədris resursları tərkibində video, animasiyalar, audio məzmun, interaktiv üsul ola bilər.

Veb resursların qiymətləndirilməsi 3 meyar əsasında aparıla bilər:
1. Məzmun keyfiyyətinin qiymətləndirilməsi 2. İstifadə rahatlığının qiymətləndirilməsi
3. Tədris-təlim aləti kimi potensial səmərəliliyin qiymətləndirilməsi
Veb resursların qiymətləndirilməsi təlim prosesinin səmərəliliyini artırır, işi daha rahat və məqsədəuyğun edir.
Tərbiyə
Tərbiyə — insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü professional fəaliyyətdir.
Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir.

Tərbiyənin Xüsusiyyətləri
1. Tərbiyə
çoxamilli prosesdir. Bu o deməkdir ki, uşaq şəxsiyyətinin formalaşması çox müxtəlif
amillərin təsiri ilə baş verir: məktəb, ailə, ictimaiyyət, geniş sosial mühit,
məhəllə və yoldaşlıq mühiti, yaşlı adamlar, kino, televiziya, bədii əsərlər və
s. tərbiyədə mühüm rol oynayır.
2.Tərbiyə uzun sürən və fasiləsiz prosesdir. O, insanın doğulduğu gündən başlayıb, bütün ömrü boyu davam edir. Tərbiyədə fasilə yoxdur: o, hər gün, hər an, hətta tərbiyəçi (valideyn) bilavasitə olmadığı dövrdə də davam edir.
3. Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir. Şəxsiyyətin keyfiyyətləri bir-birindən ayrı olmayıb, sıx vəhdət təşkil edir. Tərbiyə prosesində uşağın şəxsiyyəti hissə-hissə yox, bütöv proses kimi, kompleks halda formalaşır
4. Tərbiyədə xırda məsələ yoxdur; hər bir "xırda" məsələ şəxsiyyətə müəyyən təsir göstərir. Əslində, tərbiyə işi gündəlik xırda təsirlərdən ibarətdir.
5. Tərbiyə özünütərbiyə və yenidəntərbiyə ilə dialektik vəhdət təşkil edir. Tərbiyə məqsədyönlü, mütəşəkkil prosesdir.
Tərbiyə Prosesinin Əsas Mərhələləri.
- düzgün davranış normaları və tələbləri ilə tanışlıq; - həmin norma və tələblərə münasibətin formalaşdırılması:
-düzgün davranış motivlərinin və arzusunun aşılanması; - ictimai davranış normalarına baxış və əqidənin formalaşdırılması;
- düzgün davranış təcrübəsinin, adətlərinin yaradılması;
- tərbiyənin özünütərbiyəyə keçməsi, insanda özünütərbiyə tələbatının yaranması.

Tərbiyə Sahələri (növləri)
Əqli tərbiyə gənc nəsli biliklər sistemi ilə, elmi dünyagörüşü, ideya-mənəvi keyfiyyətlərlə silahlandırmağa, zehni qüvvələri, təfəkkürü inkişaf etdirməyə kömək göstərir.
İdeya-siyasi tərbiyə şəxsiyyətin istiqamətini təşkil edən ideyalar, siyasi baxış və əqidə yaratmağa xidmət edir.
Əxlaq tərbiyəsi insanda əxlaqi şüuru, müsbət davranış adətləri formalaşdırmağa istiqamətlənir
Əmək tərbiyəsi əməksevərlik, əməyə məhəbbət, əmək bacarıq və vərdişləri tərbiyə edir, gənc nəsli psixoloji və əməli cəhətdən əməyə, peşə seçmə işinə hazırlayır.
Estetik tərbiyə böyüyən nəsli gözəllik ruhunda tərbiyə edir, onda estetik hisslər, zövq, bədii-estetik bacarıqları formalaşdırır
Fiziki tərbiyə şəxsiyyətin vacib keyfiyyətlərini - sağlamlığı, gümrahlığı möhkəmlədir, gənc nəsli əməyə, Vətən müdafiəsinə hazırlayır.
Hüquq, iqtisadi və ekoloji tərbiyə böyüyən nəsli hüquqi, iqtisadi və ekoloji mədəniyyət ruhunda tərbiyə etməklə, cəmiyyətdə yaşayıb fəaliyyət göstərməyə hazırlayır, vətəndaş kimi öz hüquq və vəzifələrini dərk etməyə kömək göstərir.

Təlimin prinsipləri: (Didaktik prinsiplər)
1. Təlimin həyatla əlaqələndirilməsi prinsipi 2. Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi
3.Təlimdə elmilik prinsipi 4. Təlimdə sistematiklik və ardıcıllıq prinsipi
5. Təlimdə əyanilik prinsipi 6. Təlimdə şüurluluq, fəallıq və müstəqillik prinsipi
7. Təlimin optimal təşkili prinsipi 8. Təlimdə müvafiqlik prinsipi
9. Təlimdə fərdi yanaşma prinsipi 10. Təlim üçün zəruri şəraitin yaradılması prinsipi
11. Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi
Tərbiyənin prinsipləri
1. Tərbiyənin həyatla quruculuq işi ilə əlaqələndirilməsi. 2. Yaşauyğunluq. 3. Fərdi yanaşma.
4. Sistematiklik və ardıcıllıq. 5. Şüurluluq və fəallıq. 6. Nikbinlik.
7. Hörmət və tələbkarlıq. 8. Kollektivdə tərbiyə. 9. Tələblərdə vahidlik.
Tərbiyənin komponentləri:
1. Tərbiyənin məzmunu 2.Tərbiyənin məqsədi 3.Tərbiyənin formaları 4. Tərbiyənin metod və üsulları
Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri:
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması;
demоkratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması;
bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması;
millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
keyfiyyətlilik – təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;
fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi;
varislik – təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraq növbəti nəslə (dövrə) ötürülməsi;
liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı.

0 yorum:
Yorum Gönder