Hörmətli təhsil nümayəndələri....
Daha çox yerdə rast gəldiyim halla bağlı sualım var. Niyə esse, hekayə, inşa, mətn anlayışlarını eyniləşdirirsiniz?
Hətta Təhsil Nazirliyinin özünün hazırladığı mətnlərdə rast gəldiyim haldır
Məsələn nümunə:
İmtahanın birinci mərhələsində təqdim edilmiş mövzulardan birini seçməklə könüllülük əsasında inşa (esse) yazılır
Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq istəyənlər üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.
İNŞA ESSE DEYİL
Bu hətta metodik vəsaitlərdə də bu şəkildə yalnış olaraq davam etməkdədir.
Tutaq ki , şagirdə tapşırıq verilir. "Mübariz İbrahimov haqqında esse yaz" Və ya " Mübariz İbrahimov haqqında inşa yaz" Hər iki halda yazılan mətn dəyişilməz qalır. Və şagird hər iki halda faktlara əsaslanan mətn yazıb gətirir.
Esse yazmaq isə tam əksinə münasibət bildirməkdir. Bunun içərisinə şagirdin təhlillləri və fantaziyaları da daxil ola bilər.
Məsələn, "Mübariz İbrahimov döyüş məkanında olarkən ona dəstək olmaq üçün hansı addımları atardım" mövzusunda esse yaz
Yox əgər deyəcəksinizsə ki esse elə inşadır, o zaman terminalogiyamızdan esse sözünü çıxardaq birdəfəlik inşa deyək, olsun bitsin.
Qeyd edim ki, hətta dəhşətlisi odur ki, esse, inşa, mətn yaz, hekayə qur anlayışları da eyniləşdirilib. Və Yuxarıda qeyd etdiyim nümunə tapşırıq bunlara da aid edilsə bütün hallarda şagird eyni cavabı yazıb gətirəcək. Bu zaman problem şagirddə yox tapşırığı verən müəllimdədir. Çünki tapşırığı düzgün verməyib. (Özü belə bu anlayışlar arasında fərqi bilmir) Müəllim özü anlayışlar arasındakı fərqi bilmədiyindən şagirdin yazıb gətirdiyi hər növ mətni düzgün qəbul edib yüksək qiymətlə qiymətləndirir.
Hekayə qur deyilirsə hekayənin ümumi bir yazılış forması var, bunu hekayə oxuyan hər kəs bilir. Hekayə , inşa, esse, mətn bir birindən fərqli anlayışlardır.
Düzgün irad bildirilib,amma sohbeti geden anlayislarin bir-birinden fərqi izah olunmayib.Təkcə onu Qeyd edibler ki,essede şagird faytaziyasına və təhlilə yer verilir.Bəs adını çəkdikleri digər anlayışların izahı niyə verilməyib?
YanıtlaSilDoğrudur.
SilELƏDİR Kİ VAR
YanıtlaSil