İnkişaf sahələri
İnkişaf sahələri bunlardır:
1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik;
2. İdrakın inkişafı (əqli inkişaf);
3. Estetik və yaradıcı inkişaf (gözəlliyi duymaq və yaratmaq);
4. Sosial-emosional inkişaf (insanlarla ünsiyyət və əlaqələr qurmaq, hisslərini
(emosiyalarını) tanımaq və idarə etmək)
1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik
Məktəbəhazırlıq qrupu (5-6 yaş)
Uşaq:
1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir.
Məktəbə hazırlıq qruplarında işləyəcək ibtidai sinif müəllimləri üçün təlim
1.1.1. Fəaliyyətini fiziki tapşırıqların (gimnastika, hərəkətli oyun, gəzinti,
növbətçilik) yerinə yetirilməsinə uyğunlaşdırır.
1.1.2. Orqanizmin möhkəmləndirilməsi prosedurlarından normalara1 uyğun istifadə
edir.
1.1.3. Sərbəst şəkildə özünəxidmət vərdişləri (tez və səliqəli soyunub, geyinmək;
paltarlarını səliqə ilə yığmaq; yatağını səliqəyə salmaq) nümayiş etdirir.
1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir.
1.2.1. Masa arxasında mədəni davranış qaydalarına (qamətini düz saxlamaq;
qaşıq, bıçaq və çəngəldən istifadə etmək; səssiz və səliqəli yemək) əməl edir.
1.2.2. Şəxsi mədəni gigiyena qaydalarına (yeməkdən əvvəl, sonra və başqa
ehtiyac olduqda əllərini sabunla yumaq və qurulamaq, yeməkdən sonra ağzını
yaxalamaq, öz şəxsi əşyalarından – daraq, burun dəsmalı və salfetdən istifadə etmək,
asqırıb, öskürərkən üzünü çevirib, ağzını və burnunu dəsmalla tutmaq) əməl edir.
1.3. Böyük, kiçik və hissi(sensor) motor hərəkətləri koordinasiya edir.
1.3.1. Əsas hərəkətləri (qaməti düz saxlamaqla istiqaməti və tempi dəyişərək yeriş
və qaçış; yerində, uzununa və müxtəlif istiqamətlərə hoppanma; müxtəlif əşyaların
üstü, altı və arası ilə sürünmə; məhdudlaşmış sədd üzərində müvazinəti saxlamaqla
yeriş və qaçış; gimnastika nərdivanına pillə-pillə dırmanma; topu yerə vuraraq
irəliləmə; kürəciyi diyirlətmə; qum kisəciyini atma, topu hədəfə atma) müstəqil yerinə
yetirir.
1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər nümayiş etdirir.
1.3.3. Əşyalardan (karandaşlar, flamaster, rəngli tabaşir, rəngli boya, mozaika, top,
musiqi oyuncaqları, yapışqan, pazllar, qayçı, düymə), təbiət, tullantı və tikinti
materiallarından təyinatına görə müstəqi istifadə edir.
1.3.4. Müxtəlif məsafələrdə olan əşyaları xüsusiyyətinə (forma, rəng, hərəkətlilik,
ölçü, səs, dad və qoxusuna) görə istifadə edir.
1.4. Təhlükəsizlik qaydalarına əməl edir.
1.4.1. Sadə təhlükəsizlik qaydalarına (təhlükəli heyvan, bitki və əşyalar, dərman və
kimyəvi preparatlarla müvafiq qaydada davranmaq; yol hərəkəti qaydalarına riayət
etmək; situasiyaya uyğun yanğınsöndürən, təcili yardım və polisə cağırışlar etmək;
özünə və başqalarına ilkin yardım göstərmək; təbiət və fövqəladə hadisələr zamanı
ehtiyat tədbirləri görmək; məişətdə ehtiyatlı davranmaq) əməl edir.
2. İdrakın inkişafı
Uşaq:
2.1. Nitqi dinləyib-anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir.
2.1.1. Dinləyib-anladığı fikirlərə münasibət bildirir.
2.1.2. Bədii nümunə, müşahidə və şəkillər əsasında fikrini sadə şəkildə şərh edir.
2.1.3. Sadə nitq etiketlərindən (“bəli”, “xeyr”, “salam”, “sağ ol”, “çox sağ ol”,
“bağışla”, “buyurun”, “zəhmət olmasa”, “nuş olsun”, “xoş gəlmisiniz”, “yaxşı yol”), jest
və mimikalardan istifadə edir.
2.1.4. Hərf və səsləri fərqləndirir, hecalar, hecalardan sözlər, sözlərdən cümlələr,
cümlələrdən mətnlər qurur.
2.1.5. Əlamət, keyfiyyət, hiss bildirən, antonim və sinonim sözlərdən istifadə edir.
2.2. Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir.
2.2.1. On dairəsində sayma, hesablama və ölçmə əməliyyatları yerinə yetirir.
2.2.2. Əşyalar içərisindən dairəni, üçbucağı, kvadratı seçir, fərqləndirir və
müqayisə edir.
2.2.3. Əşyaları əlamətinə (forma, ölçü, kəmiyyət və həcm) görə ümumiləşdirir,
səbəb-nəticə əlaqələrini müəyyənləşdirir.
2.2.4. Əşyalar, həndəsi fiqurlar, rəqəmlər və işarələrlə sadə riyazi əməliyyatlar
(toplama, çıxma, bərabər, qeyri-bərabər) və konstruktiv bacarıqlar (planlaşdırma,
modelləşdirmə, sxemləşdirmə və simvollaşdırma) nümayiş etdirir.
2.2.5. Məkan (sağdan sola, yuxarıdan aşağıya, ortaya, küncə) və zamanla bağlı
(ilin fəsilləri, aylar, həftənin günləri, günün hissələri, saat) ilkin riyazi əməliyyatlar yerinə
yetirir.
2.2.6. Oyun və tədqiqatlar zamanı müxtəlif vəsaitlərdən (maqnit, böyüdücü şüşə,
xətkeş və s.) istifadə edir.
2.2.7. Problemin müxtəlif həlli yollarından müvafiq olanını seçir və istifadə edir.
2.3. Əşya və hadisələr haqqında ilkin təsəvvürə malikdir və anlayışları izah
edir.
2.3.1. Öz fəaliyyətini sosial normalara (qrupdaxili qaydalar, kollektivdə etik
davranış) uyğunlaşdırır.
2.3.2. Səbəb-nəticə əlaqələrini müəyyənləşdirir.
2.3.3. Canlı və cansız aləmdəki obyektlərlə düzgün davranış (qorumaq, mühafizə
etmək, qiymətləndirmək) bacarığı nümayiş etdirir.
2.3.4. Obyektlər haqqında məlumat toplayır və müxtəlif yollarla izah (müzakirə
edir, şəkillər şəkir, müxtəlif simvollar düzəldir və s.) və təsvir edir.
2.3.5. Müxtəlif təbiət materialları (daş, qum, su, torpaq) haqqında məlumat
toplamaq üçün hiss üzvlərindən istifadə edir və onlar haqqında izahat verir və
ümumiləşdirmə (məsələn, materialların fərqini müəyyən edir, oxşar cəhətlərini, onlar
bir-biri ilə necə əlaqəli olduğunu deyir və s.) aparır.
2.3.6. Müxtəlif materialların keyfiyyətini təsvir edərək, onların gündəlikdə necə
istifadə olduğunu deyir.
2.3.7. Səma cisimlərində, gündəlik havada və ilin fəsillərində olan dəyişikliklərdə
fərqli və oxşar cəhətləri müəyyən edir, səbəb-nəticə əlaqələrini izah edir və məntiqi
nəticələr çıxarır.
2.3.8. Müəyyən müddətdə (bir neçə gün/gecə, həftə ərzində) ətraf mühitdə baş
verən hadisələri\fəaliyyətləri təsvir edir və izah edir.
2.3.9. Ailə və vətən haqqında (dövlət rəmzləri, milli ordu, milli qəhrəmanlar, milli
sərvətlər, tarixi günlər və abidələr, milli bayramlar) sadə təqdimatlar edir.
3. Estetik və yaradıcı inkişaf
Uşaq:
3.1. Sadə yaradıcılıq qabiliyyətləri nümayiş etdirir.
3.1.1. Təsvir alətləri və vəsaitlərdən (sadə və rəngli karandaş, flamaster, rəngli
tabaşir, kömür, rəngli boya, qayçı, fırça, yapışqan, rəngli kağız, gil və plastilin, molbert,
palitra) təyinatına görə istifadə edir.
3.1.2. Rəsmetmə (mövzular, bədii əsərlər, təsəvvürləri əsasında süjetlər
yaratmaq), yapma (mövzular, bədii əsərlər, təsəvvürləri əsasında sadə obrazlar
yaratmaq) və yapışdırma (müxtəlif kəsmə üsullarından istifadə edərək, mövzular, bədii
əsərlər, təsəvvürləri əsasında kompozisiyalar qurmaq) bacarıqları nümayiş etdirir.
3.1.3. Verilmiş nümunə və sxemlər əsasında quraşdırma (fərdi və kollektiv şəkildə
müxtəlif fiqurlar və kompozisiyalar düzəltmək), planlaşdırma bacarıqları nümayiş
etdirir.
3.2. Mədəni-estetik təsəvvürlərə malik olur və yaradıcılıq bacarıqları
nümayiş etdirir.
3.2.1. Musiqini dinləyərək xarakterinə, janrına, melodiyasına, ritminə, səs tonuna,
müəyyən hissəsinə görə fərqləndirir, ifaçılıq (solo və xorla oxumaq; musiqili-ritmik
hərəkətləri yerinə yetirmək; uşaq musiqi alətlərində tək və ansamblda ifa etmək)
bacarıqları nümayiş etdirir.
3.2.2. Müstəqil yaradıcılıq (təsviri fəaliyyət, musiqi və konstruktiv fəaliyyət, rolların
ifası) qabiliyyətləri nümayiş etdirir.
3.2.3. Müxtəlif janrda olan bədii əsərlərə (hekayələr, nağıllar, təmsillər) reaksiya
verir, onların məzmununa münasibət bildirir (özü hekayəni tamamlayır, yeni
qəhrəmanları təklif edir və s.).
3.3. Sadə əmək bacarıqları nümayiş etdirir.
3.3.1. Fərdi qaydada və kollektivdə əməyin növləri üzrə müxtəlif bacarıqlar
nümayiş etdirir
3.3.2. Əmək prosesində istifadə edilən alətləri tanıyır və sadə bacarıqlar nümayiş
etdirir.
3.3.3. Növbətçilik zamanı öz üzərinə düşən vəzifənin mahiyyətini anlayır və yerinə
yetirir.
4. Sosial-emosional inkişaf
Uşaq:
4.1. Sadə özünüdərk bacarıqları nümayiş etdirir.
4.1.1.Arzu və istəklərini özünəməxsus tərzdə icra edir.
4.1.2. Məsələnin həllini axtararkən özünəinam, təşəbbüskarlıq və müstəqillik nümayiş
etdirir.
4.2. Sosial həyatla bağlı bacarıqlarını özünəməxsus tərzdə nümayiş etdirir.
4.2.1. Hərəkətlərini sosial normalara uyğun nümayiş etdirir.
4.2.2. Qrupun üzvü kimi fəaliyyət göstərir.
4.3. Özündən kiçiklər, həmyaşıdları və böyüklərlə ünsiyyət qurur.
4.3.1. Ünsiyyətini yaşadığı mühitin sosial normalarına (danışarkən qışqırmamaq;
təhqir etməmək; nəzakətlə müraciət etmək; başqalarını dinləmək) əsasən tənzimləyir.
4.3.2. Öz hərəkətlərini başqalarının hərəkəti ilə müqayisə edir və qiymətləndirir.
4.4 Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş etdirir.
4.4.1. Ünsiyyət qurduğu insanlar arasındakı fərqlərə (fiziki, irqi, milli, dini, cinsi,
sosial) dözümlü yanaşır.
0 yorum:
Yorum Gönder