VIII Mövzu: Məktəbdaxili qiymətləndirmənin növləri, üsul və vasitələri
Qiymətləndirmə üsulu dedikdə bu prosesin həyata keçirilmə üsulları nəzərdə
tutulur.
Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətdir.
Əgər qiymətləndirmə üsulu müəyyənləşdirilibsə, istifadə olunan alət – imla, inşa, məsələ və misal həlli qiymətləndirmə vasitəsi olur.
Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.

Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə şagirdin bilik və
bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə, birbaşa müəllimin təlim
strategiyalarının seçilməsinə xidmət edir.
Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində,
şagird başqa ümumi təhsil müəssisəsindən
gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və
bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim
strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin
nəticələri sinif və formativ qiymətləndirmə jurnallarında qeyd olunmur, müəllimin
qeyd dəftərində öz əksini tapır, yazılı
qeydlər sinif və şagird portfoliosunda saxlanılır.
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏDƏ İSTİFADƏ OLUNAN ƏSAS
ÜSUL VƏ VASİTƏLƏR
|
|
ÜSULLAR
|
VASİTƏLƏR
|
Tapşırıqvermə
|
Çalışmalar
|
Müsahibə
|
Müəllimin qeydiyyat vərəqi
|
Müşahidə
|
Müşahidə vərəqi
|
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq
|
Söhbət və müəllimin sorğu vərəqi
|
Formativ qiymətləndirmə
Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir. Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.
Formativ qiymətləndirmənin nəticələri “Müəllimin formativ qiymətləndirmə dəftəri” və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə öz əksini tapır
Şagirdin təlim nəticələrinə nail olması və nəticədə summmativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır. Fənn müəllimi formativ qiymətləndirmə aparmaq üçün qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir.
Qiymətləndirmə meyarları birbaşa məzmun standartlarından çıxarılır.
FORMATİV QIYMƏTLƏNDIRMƏNI HƏYATA KEÇIRƏN MÜƏLLİM BİLMƏLIDIR:
Fənn üzrə hər bir dərs müəyyən məzmun standartlarının reallaşdırılmasına xidmət edir.
Hər dərsdə müəllim təlim prosesini şagirdlərin məzmun standartlarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə yönəltməlidir.
Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində həmin bacarıqlara yiyələnmənin müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər.
Müəllim əvvəlcədən hazırladığı qiymətləndirmə meyarları əsasında şagirdlərin müşahidə oluna biləcək fəaliyyət səviyyəsini zəif, orta, yüksək olmaqla qruplaşdırmalı və şagirdin adının qarşısında fəaliyyətinə uyğun müvafiq qeydlərini yazmalıdır.
Formativ qiymətləndirmənin nəticələri müəllimin qeyd dəftərçəsində və şagirdin məktəbli kitabçasında sözlə qeyd olunur.
Formativ qiymətləndirmənin həyata keçirilməsi və nəticələrinin qeydiyyatının aparılması üçün müəllim aşağıdakı bacarıqları inkişaf etdirməlidir:
1. Fənn üzrə mövzu keçilərkən hansı standartı həyata keçirəcəyini müəyyənləşdirmək.
2. Məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirmək.
3. Hər bir qiymətləndirmə meyarına uyğun 4 nailiyyət səviyyəsi üzrə (məsələn, I səviyyə, II səviyyə, III səviyyə, IV səviyyə) rubriklər hazırlamaq.

Formativ qiymətləndirmə həm şagirdə, həm də valideynə yönəlmiş ola bilər. Bundan
asılı olaraq formativ qiymətləndirmənin nəticələri müxtəlif formada çatdırılır:
Şagird üçün onun dəftərlərində və ya digər iş vərəqlərində
konstruktiv şərhlər (qeydlər) yazılır və nəticələri təkmilləşdirmək üçün
konkret göstərişlər və tapşırıqlar verilir.
Şagirdlə əks əlaqə formativ qiymətləndirmənin müxtəlif keyfiyyət üsullarından istifadə edərək yaradıla bilər.
Valideynin nəzərinə isə məktəbli kitabçası vasitəsilə çatdırılır ki, onun uşağı məzmun standartları və ya cari təlim nəticələri üzrə nə dərəcədə irəliləyib və ya hansı nəticələr əldə edib.
Müəllim formativ qiymətləndirmənin nəticələrini “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə qeyd edir.

Formativ qiymətləndirmə zamanı istifadə olunan üsul və vasitələr
|
|
ÜSULLAR
|
VASİTƏLƏR
|
Müşahidə
|
Müşahidə vərəqləri, Özünüqiymətləndirmə vərəqi
|
Şifahi sual-cavab
|
Şifahi nitq bacarıqları üzrə
qeydiyyət vərəqi
|
Oxu
|
Dinləmə üzrə qeydiyyat vərəqi, Oxu üzrə qeydiyyat vərəqi
|
Yazı
|
Yazı vərdişlərinin inkişafı üzrə qeydiyyət vərəqi
|
Tədqiqat layihəsi
|
Meyar cədvəli
|
Rubrik (sxem)
|
Meyarlar üzrə qiymətləndirmə şkalası
|
Şifahi və yazılı təqdimat
|
Meyar cədvəli
|
Test
|
Test
tapşırıqları
|
Özünüqiymətləndirmə
|
Özünüqiymətləndirmə vərəqləri
|
Oyunlar
|
Müşahidə vərəqləri
|
Nümunə:
Azərbaycan dili. V sinif
Azərbaycan dili. V sinif
Məzmun
standartı:
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.
Qiymətləndirmə
meyarları:
1. Əsaslandırma
2. Müəyyənləşdirmə
I səviyyə
|
II səviyyə
|
III səviyyə
|
IV səviyyə
|
Fikirlərini fakt və nümunələrlə sərbəst əsaslandırmır.
|
Fikirlərini fakt və nümunələrlə çətinliklə əsaslandırır.
|
Fikirlərini yalnız faktlarla sərbəst əsaslandırır.
|
Fikirlərini fakt və nümunələrlə əsaslandırır.
|
Həqiqi və ya məcazi mənada işlənən sözləri səhv
salır.
|
Yalnız bəzi sözlərin həqiqi və ya məcazi mənada
işləndiyini müəyyənləşdirir.
|
Həqiqi və ya məcazi mənada işlənən sözləri yalnız
mətn daxilində müəyyənləşdirir.
|
Həqiqi və ya məcazi mənada işlənən sözləri müəyyənləşdirir.
|
Qiymətləndirmənin «keyfiyyət» üsulları
Yalnız “kəmiyyətcə qiymətləndirmə” üsullarından
istifadə etmək kifayət deyil. Onunla yanaşı aşağıdakı “keyfiyyətcə qiymətləndirmə”
üsullarından istifadə etmək məqsədəuyğundur:
yazı və yoxlama işlərində konstruktiv qeydlər; «portfolio» sistemi; verbal (sözlə); qarşılıqlı qiymətləndirmə; özünüqiymətləndirmə; reytinqin çıxarılması; rənglərlə qiymətləndirmə; şəkillərlə qiymətləndirmə; emosional münasibət yolu ilə qiymətləndirmə; meyar cədvəli.

0 yorum:
Yorum Gönder