Leyla Bayramova Ağdaş
rayonunda anadan olmuşdur. Ağdaş şəhər 2 nömrəli tam orta məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix fakultəsinə qəbul olmuşdur. Universiteti bitirib bir il fasilədən sonra Azərbaycan Dövlət
Universitetinin magistratura pilləsində
Tarixin və eləcədə də Tədrisin metodologiyası və metodikası
(kurikulumları) fakultəsinə qəbul olmuşdur. Magistratura təhsilini başa
vurduqdan sonra ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının
dissertatura pilləsinə qəbul olmuş, hal- hazırda təhsilini dissertant kimi
davam etdirir.
13
il ümumi pedoqoji təcrübəyə, 8 il təlimçilik təcrübəsinə malikdir. Hələ
magistratura pilləsinin ilk ilində təhsil alarkən Təhsil Nazirliyinin xətti və Mədəd Azərbaycan MMC, İTE MMC-nin, TİPİİ-nin dəstəyi ilə Respublikada həyata
keçirilən çoxsaylı layihələrin (“ İxtisasartırma xidmətindən keçmiş müəllimlər
və inzibati-idarəetmə heyətinin İKT –nin tədrisdə tətbiqini dəstəkləmək məqsədi
ilə stajkeçmə (mentorluq) xidmətinin təşkili” , “ Tədris prosesində Promethean interaktiv texnologiyalardan istifadə”,
" Şagirdlərin
oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi" , “Oxu strategiyalarının inkişaf
etdirilməsi”, “Activ İnspire Promethan lövhələrin təhsilə tətbiqi”,
“İntel Gələcək üçün Təhsil Layihə metodikası”, edilmiş “Fənlər Üzrə Elektron Təhsil
Resursları”, “İKT üzrə savadlılığının artırılması”, “ASM müəllimlər üçün Məktəb İdarəetmə Proqramı”, Elektron təhsil resursların yaradılması, “Səhiyyə
işçilərinin İT sahəsində təkmilləşdirilməsi”,
“Smart Technologies” Məktəb müəllimləri və təhsil müəsisələrinin işçiləri
üçün “Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris” , “Milli Təhsil Məlumat
Bazasının doldurulması”, “Həmkardan Həmkara Dəstək layihəsi, “Müəllimlərin Peşəkarlıq
Səviyyəsinin Təkmilləşdirilməsi”, 5-7-ci siniflərdə dərs deyəcək tarix müəllimləri
üçün yeni fənn kurikulumlarının tətbiqi, “Yeni Kurikulumun tədris edilməsi
(5-9-cu siniflər) və Fəal Təlim”, “Ümumi Təhsildə Kurikulum İslahatı və Onun
İdarə Olunması”, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Beynəlxalq Qiymətləndirmə
(PİRLS) üzrə məsul şəxs kimi fəaliyyət, “ İxtisasartırma xidmətindən keçmiş müəllimlər
və inzibati-idarəetmə heyətinin İKT –nin tədrisdə tətbiqini dəstəkləmək məqsədi
ilə stajkeçmə (mentorluq) xidmətinin təşkili” layihəsində mentor, “ Şagirdlərin oxuyub anlama
bacarıqlarının inkişaf etdirilməsi üçün müəllimlərin hazırlanması proqramı” və
s) təlimçisi olmuş, hal-hazırda da mentor-təlimçi
kimi fəaliyyətini davam etdirir.
3 dəfə “Elektron Təhsil” müsabiqəsinin qalibi, 1 dəfə
“İlin ən yaxşı müəllimi” müsabiqəsinin, 1 dəfə “Ən yaxşı yazı”, 1 dəfə “Ən
yaxşı bloq” , “Təhsildə İnteraktiv texnologiyalar-2014” və s müsabiqələrinin
qalibi olmuşdur.
Kurikulum üzrə vəsaitin, 10-cu sinif tarix dərsliyi
üçün yazılmış metodik vəsaitin, ixtisası ilə əlaqəli, sayt, qəzet və
jurnallarda çoxsaylı elmi və metodiki məqalələrin
müəllifidir.
Hal –hazırda fəaliyyətini İTE (İnnovativ
Texnologiyalar Əlavə Tədris Mərkəzi) və MHM tədris mərkəzində müəllim hazırlığı
istiqamətində davam etdirir.
0 yorum:
Yorum Gönder