DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

13 Ağustos 2017 Pazar

Mənim icmal nümunəm: Azərbaycan Tarixi _Əmək alətləri necə yarandı?

 
Ümid edirəm sizə istiqamət verəcəkdir, oğurlamağa cəhd etməyin.😏😄 Çünki, NÖMRƏ 1 Tədris Mərkəzinin dəstəyi ilə işıq üzü görən Mircavid Əhmədlə birlikdə  həmmüəllifi olduğum TƏHSİLDƏ YENİLİKLƏRİ ÖYRƏNƏK, ÖYRƏDƏK, İNKİŞAF EDƏK! adlı vəsaitimizdə artıq nəşr edilib.

Dərsin Təkmilləşdirilməsi üçün Şablon

Müəllim(lər):
Bayramova Leyla
Fənin adı:
Azərbaycan Tarixi
Dərsin adı:
Əmək alətləri necə yarandı?
Sinif səviyyəsi(ləri):
V sinif
İnteqasiya olunan fənlər:
Həyat bilgisi, Ümumi Tarix, Texnologiya, İnformatika
Təlim nəticələri, standartları və məqsədinizi qeyd edin.
Şagirdlər illüstrasiya, şəkil, sənədli materiallardan istifadə edərək tədqiqat aparacaqlar. Həmiçinin, onlar öyrənmiş olduqları məlumatları təsvir edəcəklər. Şagirdlər qədim dövrdə insanların necə yaşamasını, hansı dövrlərdə əmək alətlərindən istifadəyə başlamaları və onlardan istifadə etmələrini təsvir edəcəklər. Eləcə də şagirdlər qədim əmək alətlərinin insanların həyatındakı əhəmiyyətini, əmək alətlərinin insanların həyat tərzində hansı dəyişilikliklərə səbəb olduğunu təsvir edəcəklər.
Mövzunun tədrisi zamanı həyati bacarıqlara əsaslanan bir dərs şagirdlərin yaddaşında iz buraxacaqdır. Çünki onlar əmək alətlərini öz ailələri nümunəsində təsvir edəcəklər.  Tədris zamanı Həyat bilgisi , Ümumi tarix və Texnologiya, İnformatika fənninə inteqrasiya ediləcək.
Dərs mühiti:
Dərs hansı mühitdə baş verəcək? (mövzu ilə bağlı  sinifdaxili və ya sinifdənxaric fəaliyyətlər)
Dərs sinif mühitində baş verəcək. Bu mövzunun tədrisi zamanı sinif otağına muzeydən götürülmüş əmək alətləri, əyani vəsaitlər gətiriləcək.
Youtube-den götürülmüş  Evrim videosu şagirdlərə göstəriləcək  və şagirdlərə onların idrak fəallığını artırmaq üçün suallar ünvanlanacaq. Bu suallar  aşağıdakı şəkildə olacaqdır.
·         Evinizdə valideyinləriniz iş görərkən nələrdən istifadə edirlər?
·         Məsələn həyəti qazarkən?
·         Ağacı kəsərkən?
·         Bu istifadə edilən əşyaları ümumi necə adlandırmaq olar?
·         Sizin fikrinizcə qədim dövrdə insanlar belə alətlərdən istifadə edə bilərdilər?
·         Edirdilərsə onlar hansı formada olurdu və nədən hazırlanırdı?
Şagirdlərdən fərziyyələr alındıqdan sonra şagirdlərə əmək alətləri haqqında, onların ilk dəfə necə yaranması və insanların həyatında rolu barədə qısaca diskussiya istiqamətli izah verəcəm.
Daha sonra şagirdlər istifadə edə biləcəkləri mənbələrlə, kitab və ya digər illüstrasiya və mənbələrlə tanış olacaqlar. Bundan sonra isə onlar üçün verilmiş olan məqsədyönümlü tapşırıqları icra edəcəklər. Yekun olaraq isə bütün icra edilmiş tapşırıqlar ümumiləşdirilərək müasir dövr əmək alətləri ilə müqayisə ediləcək. Onların həyatımızdakı rolu təsvir ediləcəkdir

Şagirdin tapşırığı
Şagirdlər dərs zamanı mövzu ilə bağlı hansı real problemləri həll edəcəklər?  Şagirdlər nəzərdə tutulmuş  hansı  məhsulları hazırlayıb təqdim edəcəklər? Şagirdlərin işindən digər şagirdlər necə faydalanacaq? (Şagird auditoriyasına yazın)
Şagirdlər istifadə etdikləri mənbələrin köməyi ilə, eləcə də əmək alətləri haqqındakı bilgilərinə əsaslanaraq tapşırıqlar icra edəcəklər. Əmək alətləri nümunəsində şagirdlərə verilmiş olan detallardan istifadə etməklə onlar əmək alətləri hazırlayacaq. Həmin əmək alətlərini təsvir edərək haqqında danışacaqlar. (Təqdim edəcəklər).  Bu tapşırıqlarda onlar əmək alətlərini təhlil edəcəklər və onları ailələri nümunəsində təsvir edəcəklər. Şagirdlər əmək alətləri haqqında araşdırma apararkən, həm qədim əmək alətləri ilə tanış olacaq həm də onların dövrlərə müvafiq olaraq insanların həyatındakı rolunu müəyyənləşdirmiş olacaqlar.
Qruplar bir biriləri ilə əməkdaşlıq edərək  və müzakirə əsasında onlar üçün yeni olan əmək alətlərini öyrəndikdən sonra bütün tapşırıqlar bütün qruplar tərəfindən icra ediləcək. Qrup işi zamanı şagirdlər nəinki informasiyaya malik olurlar, həmçinin onlar əməkdaşlıq və vaxtdan ümumi olaraq tez müddətdə istifadə bacarığına da yiyələnəcəklər. Bununla yanaşı şagirdlər qədim əmək alətlərini hazırlamağı onun qrafiki təsvirini öyrənməklə yanaşı öz əmək alətlərini təqdim etmə bacarığına yiyələnmiş olacaqlar.
Onlar mis və tunc metalların xüsusiyyətlərini, onlardan daha əlverişli olan metaldan istifadəni, ondan əmək alətinin hazırlanmasını və onun insan üçün nə dərəcədə əhəmiyyətli olduğunu araşdırmış olacaqlar. Qədim əmək alətlərindən toxa, xış, ox, kaman və digər daş kobud alətlərdən istifadəni təhlil edərək nəticə əldə edəcəklər.
Qiymətləndirmə Planı və Resurslar:
Dərsdə istifadə edəcəyiniz öz qiymətləndirmə planınızı təsvir edin. Şagirdlərin fəaliyyətinin qiymətləndirilməsində istifadə edəcəyiniz summativ,  formativ qiymətləndirmə meyarlarını, üsul, vasitələri göstərin.
Qiymətləndirilmə zamanı müşahidə üsulundan və müşahidə vərəqlərindən istifadə ediləcəkdir.
·         Qrup və fərdi qiymətləndirilmə keçiriləcək
·         Qrup qiymətləndirilməsi zamanı meyar cədvəlindən istifadə ediləcək
·         Fərdi qiymətləndirimə zaman rubrik səviyyələrindən istifadə ediləcəkdir
Bu meyar cədvəlləri səhifənin sonunda verilmişdir.
Azərbaycan tarixi standartları
1.2.2. İllüstrasiya, şəkil və sənədli materiallardan istifadə edərək tarixi tədqiqat aparır
1.3.1 İnsanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir.
2.1.1 İnsan və cəmiyyətin həyatı üçün əlverişli təbii amilləri təsvir edir.

Ümumi Tarix standartları –VI sinif
2.1.1. Ən qədim insan məskənlərinin, ilk sivilizasiyaların, dövlətlərin yaranması və inkişaf amillərini izah edir.
2.1.2. Təbii-coğrafi şəraiti əks etdirən xəritə əsasında hadisələrin baş verdiyi tarixi məkanı təsvir edir.

Həyat bilgisi –III sinif
4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından, habelə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz istifadə qaydalarını sadalayır. 

Texnologiya –II sinif
4.1.2. Hazırlanacaq məmulatın təsvirini çəkir. 
2.1.3. Məişət texnikalarını bir-birindən fərqləndirir. 
2.1.3. Məişət texnikalarından istifadə qaydalarını izah edir. 
1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir. 
1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar) hazırlayır. 
İnformatika
3.3.2. İnternetdə sadə iş bacarıqları nümayiş etdirir. (V sinif) bu standartla inteqrasiya edə bilərlər.


Dərs proseduru 
Şagirdlərə (qrup, cütlər, fərdi)  verilən tapşırıqlar, tapşırıqları təkmilləşdirmək üçün müəllimlərə veriləcək tövsiyyələr ,  istifadə ediləcək texnalogiya və ya proqramları göstərin.
Şagirdin təlimatları (şagird auditoriyasına yazın)
Müəllim tövsiyələri (müəllim auditoriyasına yazın)
İstifadə ediləcək texnologiya (müəllim auditoriyasına yazın)
< Şagirdin təlimatlarını daxil edin>
Sinifdə şagirdlər 4 qrupa bölünür və onlara qruplarda işləmələri üçün 20 dəqiqə vaxt veriləcək.

<Təlimatları/tövsiyələri daxil edin>


<Texnologiyanı daxil edin>
Müxtəlif resurslardan istifadə ediləcək, dərslik və mənbələrlə yanaşı, istifadə ediləcək, işin icrasında kömək edə biləcək alət tipli təchizatlardan istifadə olunacaq.
Şagirdlərdə motivasiyanı yaratmaq üçün video material nümyaiş ediləcək.


ž  I qrupa- Dərsliyinizdən və sizə təqdim edilən mənbələrdən  istifadə edərək mis və tunc metallar haqqında məlumat toplayın Alətlərin. xüsusiyyətlərini və onların insanların həyatı üçün əhəmiyyətini təsvir edin. Təsvirinizi yazılı formada təqdim etməklə yanaşı bu təsviri qrafik olaraq çəkin.
Hazırlamş olduğunuz işlərin təqdimatını edəcəksiniz


Şagirdlərə istifadə etməli olduqları mənbələr və illüstrasiyalar təqdim ediləcək. İstifadə qaydası qısa izah ediləcək.
Şagirdlərə dərslik və mənbələr təqdim ediləcək. Muzeydən gətirilmiş alətlər təqdim ediləcək. Onlara alətləri təsvir edə bilmələri üçün flip çart və markerlə veriləcəkdir. Əldə etmiş olduqları informasiyalar daxil etmək üçün iş vərəqləri veriləcəkdir.
ž  II qrupa- Toxa və xışa məxsus olan xüsusiyyətləri araşdrıma tapşırığı verilir. Eyni zamanda onlara hazır detallardan istifadə etməklə əmək alətlərini hazırlamaqları tapşırılır.
Hazırlamış olduqları əmək alətlərini yazılı və məhsul formasında təqdim edəcəklər.

Şagirdlərə istifadə etməli olduqları detallar təqdim ediləcək . Və qısa təlimat veriləcək ki, bu detalallarla işləmə prosesi uzun müddət aparmasın.
Həmçinin muzeydən gətirilmiş olan alətlər şagirdlərə təqdim ediləcək ki, təsvir zamanı ondan yararlanmış olsunlar

Şagirdlərə muzeydən gətirilmiş olan toxa və xış alətləri təqdim ediləcək.  Həmçinin onlar məhsulu hazırlamaqları  üçün detallar və alətlərlə təmin ediləcəklər
ž  III qrupa –Dərslik və onlara təqdim edilmiş resurslardan istifadə etməklə,  Ox və kaman, toxa, xışdan istifadə edərək insanlar hansı işləri görürdülər?
Bu istiqamətdə araşdırma aparmaları tapşırılır. Araşdırma bitdikdən sonra isə onlar hazır detallardan  ox və kaman hazırlayaraq təqdim edəcəklər.



Muzeydən əmək alətlərinin və qədim “azıxantropun” maketinin şagirdlərə təqdim edilməsi üçün  muzey rəhbərliyinə icazə məktubu göndəriləcək.
Əlavə mənbələrlə yanaşı, ox və kaman hazırlaya bilmələri üçün onlara müxtəlif detallar təqdim ediləcək.

Müraciət üçün e-poçt və kağız formatında məktub göndəriləcək.
ž  IV qrupa- Daş alətlərdən istifadə və onların qədim insanların həyatındakı rolunu araşdırmaları, bu alətlərdən istifadə etmə qaydaları tərtib etmələri və onu izah etmələri tapşırılır.
Hazırlamış olduğunuz istifadə qaydalarını tərtib edəcəklər.
Təqdim edəcəksiniz.

Şagirdlərə çaxmaq daşlar və eləcə də kəsici daş alətlər təqdim ediləcəkdir ki, bu alətləri təsvir edə bilsinlər.

Mənbələr və daş alətlər, həmçinin istifadə qaydalarını  qeyd etmələri üçün onlara flip çart və markerlər təqdim ediləcəkdir.
Təqdimata hazır olun. Hazırladığınız işləri təsvir edərək nümayiş etdirəcəksiniz. İstənilən qrup işinin təqdimatı edilən zaman bu müasir dövrün alətləri ilə qarşılıqlı formada həyata keçirilsin.
Hazırlamış olduğunuz işlər rayonda sərgi təşkil edildiyi zaman nümayiş oluncaqdır.
Təqdim olunmuş işlərin nümayişi fən srəgisi günü rayon tədbirinə çıxarılcaqdır. İşləri hazırlayan şagirdlər sərgidə əmək alətləri haqqında məlumat verəcəklər.
Şagird təqdimatları flip çartlarda təqdim olunacaqdır.

Dərsin təsviri:
Dərsə başlayarkən ilk əvvəl davamiyyət yoxlanılacaq. Davamiyyəti yoxlamaq üçün üzərində şagirdlərin adları yazılmış olan. Rəngli stikerlərdən istifadə ediləcək. Rəngli stikerlər pazl formasında hazırlanmışdır. Üzərində şagirdlərin adları, arxasında isə dövrlərin adları olacaq. Paleolit, Mezolit, Neolit, Enenolit
Şagirdlər adlarını götürdükdən sonra müəyyən etmiş olacam ki, hansı şagird dərsdə iştirak etmir. Bununla yanaşı şagirdlər eyni rəngli stikerləri götürüb eyni partada əyləşəcəklər. Beləliklə şagirdlər stikerlərdən pazlları düzəldib qrup adlarını müəyyən edəcəklər.
·         Daha sonra şagirdlər üçün “Evrim” videosu 3 dəqiqəlik nümyiş etdiriləcək. Bunun üçün aşağıda göstərilmiş olan youtube- linkindən istifadə ediləcək. Video nümayiş edildikdən sonra şagirdlərə suallar ünvalanlanacaq. Evinizdə valideyinləriniz iş görərkən nələrdən istifadə edirlər?
·         Məsələn həyəti qazarkən?
·         Ağacı kəsərkən?
·         Bu istifadə edilən əşyaları ümumi necə adlandırmaq olar?
·         Sizin fikrinizcə qədim dövrdə insanlar belə alətlərdən istifadə edə bilərdilər?
·         Edirdilərsə onlar hansı formada olurdu və nədən hazırlanırdı?
Sonra şagirdlərin fərziyyələri lövhədə qeyd edilərək ümumiləşdiriləcək. Bundan sonra isə, şagirdlərə əmək alətlərinin yarandığı tarixi dövrlər haqqında və əmək alətləri haqqında qısa izah veriləcək. Bundan sonra şagirdlər istifadə etməli və məlumat əldə etməli olduqları mənbələrlə tanış olacaqlar və onlar üçün verilmiş olan tapşırıqları yerinə yetirəcəklər. Bunun üçün onlara 20 dəqiqə vaxt veriləcək. Tapşırıqların icrası bitdikdən sonra isə isə şagirdlər hazırlamış olduqları işlərin təqdimatını edəcəklər. Müzakirə ediləcək sualllar veriləcək və ümumiləşdirmə aparılacaq. Bütün şagirdlər təqdimat etdikdən sonra onlar bir birləri ilə mübadilə prosesini həyata keçirəcəklər. Mübadilə yaradıcı tətbiqetmə mrəhələsində olacaq.
Şagirdlər bir birlərindən hazırlamış olduqları əmək alətlərini mübadilə edəcəklər. (alqı-satqı əvəz edən dəyişmə) mübadilə zamanı dəyişdirdikləri məhsulu “tərif etməklə” (haqqında olan xüsusiyyətləri və əhəmiyyəni, keyfiyyətini sadalamaqla)  mübadiləni həyata keçirəcəklər.
Nəticə əldə ediləcək və hazır məhsullar sərgi üçün toplanacaq.
Müəllim şagirdlərin qiymətləndirilməsini təşkil edəcək.
Qiymətləndirilmə səhifənin sonunda verilmişdir.


Resurslar
Bu dərsdə istifadə olunacaq matriallar, resursalar, avadnlıqlar linkilər və.s gostərin.
Materiallar (kitab, filipçart, rəngli kağızlar və.s):
Flip çart, marker, mismar, çəkic,
Taxta, daşlar, detallar, ip, elastik çubuqlar, kəsici bıçaq.
Texnologiya:
İKT, proyektor,
Lövhə


Internet sayıtları və ya linkləri: https://www.youtube.com/watch?v=9FZEl37oJi0
https://az.wikipedia.org/wiki/Paleolit


Digər:
Muzeydən götürülmüş, “azıxantrop”un maketi və əmək alətləri nümunələri
Əmək alətləri hazırlamaq üçün detallar
Əyani vəsaitlər.
Kitab
İllüstrasiyalar
İş vərəqləri



2 yorum:

  1. Anlayışı olmayan adam üçün hər şey pisdir. Sizi qınamıram)
    Gedin öyrənin ehtiyacınız var

    YanıtlaSil

Sağ düymə qadağası

Kopya qadağası