Müqayisə olunacaq subyekt və obyektlər
müəyyənləşdirilir. Mərkəzi anlayış və ya ifadə kağızın və ya lövhənin ortasına
yazılıb şagirdlərə təlimat verilir: Öyrənilən mövzu ilə bağlı başlıca sözü (və
ya sözləri) lövhədə yazın.
Klasterin yaradılması aşağıdakı şəkildə
həyata keçirilir.
Bu anlayışla ağlınıza gələn söz və ya
ifadələri təklif edin (və ya yazın). Fikirlərin keyfiyyəti haqqında narahat
olmayın;
Mərkəzi sözdən başlayaraq hər növbəti
söz əlaqəli olan sözlə xətlərlə birləşdiriləcək və nəticədə “hörümçək toru”na
oxşar qrafik şəkil alınacaq;
Vaxt bitənə qədər mümkün qədər çox fikir
yazın və əlaqələndirin. Fikirlərin sayını, və əlaqələri məhdudlaşdırmayın.
Vaxt bitəndən sonra alınan klasteri
müzakirə etmək və ümumiləşdirmə aprmaq.
Klaster üsulunun tətbiqində məqsəd:
Şagirdləri mövzu haqqında açıq və
sərbəst düşünməyə sövq etmək;
Verilmiş əsas anlayışa aid şagirdləri
bacardıqları qədər söz assosiasiyaları (anlayışlar, hadisələr, xüsusiyyətlər və
s.) tapmağa və ideyalar arasında əlaqələr barədə düşünməyə
istiqamətləndirmək;
Şagirdlərin mövzu barəsindəki əvvəlki
təcrübəsini nəzərdən keçirmək. Yeni assosiyasiyaları stimullaşdırmaq, bilikləri
sistemləşdirmək və əhatə dairəsini genişləndirmək;
Lüğət tərkibini zənginləşdirmək.
Klasterin tətbiqi zamanı müəllim
müxtəlif iş formalarından istifadə edə və dərsin tətqiqatın aparılması
mərhələsində və ümümiləşdirmə və nəticələrin çıxarılması
mərhələsində həyata keçirilir.
Klasterin tətbiqi 5-7 dəqiqə müddətində
həyata keçirilir.
Klaster tətbiq edilərkən müəllim ilk
öncə nəzərə almalıdır ki, mövzu şagirdlərə tanış olmalı və auditoriyanın hadisə
və proses haqqında məlumatı çox olmalıdır.
Bu metoddan həm mövzunun öyrənilməsinin
əvvəlində-şagirdlərin bu haqda nə bildiklərini aydınlaşdırmaq, həm də dərsin
axırında –onların təzə nə öyrəndiklərini aşkara çıxarmaq məqsədilə istifadə
edilə bilər.
Klasterin
tətbiqi zamanı yarana biləcək problemlər:
1. vaxtın uzanması
2. Məlumatın həddindən artıq olması və
ya az olması
3. Fikirlərin “keyfiyyəti” haqqında
düşünülməsi
Mənbə: Z.Veysova
Təhlil və nümunələrlə izahı mənə məxsusdur
0 yorum:
Yorum Gönder