Dəyirmi masa
Müəllim
bütün sinif şagirdlərini (və yaxud da sinfi iki böyük qrupa bölərək) dairəvi
masa arxasında əyləşdirərək onlara sual yazılmış bir kağız verir. Dairəvi
masa arxasında əyləşən bütün şagirdlərri sualı oxuyur və bir cavab yazır.
Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə stol ətrafında bütün
iştirakçılara ötürülür. Dairəvi formada kağızlar bütün digər şagirdlərdən
keçərək axırda ən birinci şagirdə qayıdır.
Müəllimin sinif
qarşısında qoyduğu problem bütün şagirdlər tərəfindən müzakirə edilir və sonda
təqdimat edilərək fikirlər ümumiləşdirilir. Bu üsuldan müəllim fəal dərsin
tətqiqatın aparılması, yaradıcı tətbiqetmə və nəticələrin çıxarılması və
ümumiləşdirmə mərhələsində reallaşdıra bilər.
Üsulun təbiqi
zamanı vacib olan şərtlər:
- Seçilən
sual və ya tapşırıq mövzunu əhatə etməlidir Buna görə də bu sual ən vacib
məsələləri özündə əks etdirməlidir.
- Müəllim
vaxtı məhdudlaşdırmalı və ötürmə prosesinin eyni zamanda olduğunu nəzərdə
saxlamalıdır.
- Iş
vərəqləri böyük vərəqdə yazılmalıdır ki, hər qrupa yazmaq üçün məkan olsun.
- Üsulun
tətbiqinə 15 dəqiqədən çox vaxt ayrılmamalıdır.
Üsulun tətbiqi zamanı
yaran biləcək problemlər:
1. - Vaxt
çatışmazlığı
2. - Şagirdlərdə
mövzu ilə bağlı məlumat azlığı
3. - Zəif
təşkilatçılıq
Mənbə: Z. Veysova
Təhlili mənə məxsusdur, müəllif hüquqları qorunur
0 yorum:
Yorum Gönder