“İdeyalar
xalısı”
Diskussiya
vərdişlərini inkişaf etdirmək bu üsulun əsas məqsədidir. Burada qrupların vahid
fikrə gəlməsi önəmli deyil. Başlıcası-problemin müzakirəsində irəliləmək və
düzgün diskussiya aparmaq vərdişlərini nümayiş etdirməkdir.
Üsul dərsin
tətqiqatın aparılması mərhələsində tətbiq edilir. Müəllim qruplarla iş formasından istifadə edir.
1.Müəllim
şagirdləri 4-5 nəfərlik qruplara bölür.
2.Dərsin əvvəlində (ya da dərsdən bir gün əvvəl) müəllim dərsdə həll
ediləcək problemi elan edir. Problemi vatman kağızına yazmaq lövhədən asmaq
olar.
3. Müəllim hər qrupa vatman kağızı, eyni rəngdən (məsələn, qırmızı)
olan 6 kağız zolağı, yapışqan və marker paylayır. Qruplara təklif olunur ki,
verilən problemin səbəblərini aşkara çıxarsınlar ( nəyə görə bu problem
mövcuddur?) və bu səbəbləri kağız zolaqlarına yazsınlar. Hər kağız zolağında
problemin yalnız bir həlli yolunu qeyd etmək olar. Bu zolaqlar da vatman
vərəqi üzərində yerləşdirilir.
4.Qruplar kağız zolaqlarını yazıb qurtardiqdan sonra müəllim təklif edir
ki, doldurulmuş zolaqlar vatman üzərində yerləşdirilsin. Şagirdlər zolaqları
istədikləri qaydada yerləşdirə bilərlər. Əsas məsələ odur ki, yazılanı
oxumaq mümkün olsun.
5.Qruplar
işlərini qurtardıqdan sonra müəllim onlara yazdıqlarını oxumağı təklif edir.
6.Növbəti
mərhələdə müəllim hər qrupa indi başqa rəngdən olan (məsələn, mavi) daha 6
kağız zolağı paylayır. Şagirdlərdən xahiş olunur ki, bu zolaqlarda problemin
həlli üçün nə etmək lazım olduğunu yazsınlar. Hər kağız zolağında problemin
yalnız bir həlli yolunu qeyd etmək olar. Bu zolaqlar da vatman vərəqi üzərində
yerləşdirilir.
7. Təqdimat zamanı plakatlar divardan asılır, hər qrupun nümayəndəsi
yazılanı oxuyur.
8.Növbəti
mərhələdə müəllim hər şagirdə yapışqan kağız vərəqi paylayır. Müəllim onlardan
xahiş edir ki, problemin həlli üçün nə etdiklərini və ya nə etməyə hazır
olduqlarını vərəqin üzərində yazsınlar. Şagirdlər yazdıqlarını oxuyur və
vərəqləri öz qrupun “xalısı2 üzərinə yapışdırırlar.
9.Işin
sonunda müəllim kiçik müzakirə keçirir. Müzakirə zamanı qrupların işində
problemin ən çox təkrarlanan səbəbləri və həlli yolları müəyyənləşdirilir.
Müəllim şagirdlərə problemin ən səmərəli (real, orijinal və s.) həlli yolunu
seçməyi təklif edə bilər.
Bu üsulda
qrupların işinin tərtibatı da əhəmiyyətlidir. Müəllim şagirdləri fantaziyalara
güc verməyə həvəsləndirməlidir. Qoy şagirdlərin işlədiyi vatman kağızı
rəngarəng “ideyalar xalısına” çevrilsin.
Üsul tətbiq
edilməzdən öncə müəllim nəzərə almalıdır ki, mövzu ilə bağlı şagirdlərdə
müəyyən qədər bilik olmalıdır.
Üsulun tətbiqi
zamanı yarana biləcək problemlər:
Bəzən bu üsulla iş
uzun çəkir. Əgər müəllim dərsin yaxşı təşkil olunmasını və vaxt itkisinin
olmamasını istəyirsə, əvvəlcədən lazımı materialları hazırlamalıdır, hər qrupda
vatman kağızı, kağız zolaqları, yapışqan və markerlərin olmasına nəzarət
etməlidir.
Bəzi qruplar
problemin mütləq 6 səbəbinin ( və ya yollarının) yazılmasında çətinlik
çəkirlər. Belə hallarda müəllim şagirdləri məcbur etməməlidir, onlar az sayda
zolaq yaza bilərlər( məs. 4 və ya 5)
Mənbə: Z.Veysova
0 yorum:
Yorum Gönder