Azərbaycan dili
1.4. Fəaliyyət xətləri
Azərbaycan dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı
fəaliyyət istiqamətləri ilə əlaqəlilik nəzərə alınmışdır:
· Problemin həlli
· Mühakiməyürütmə və
əsaslandırma
· Ünsiyyət
· Tədqiqetmə
· Tətbiqetmə
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
· dinlədiyi sadə fikrə münasibət bildirir;
· müşahidələrə əsaslanan danışığında, dialoji
nitqində sadə nitq etiketlərindən və mimikalardan istifadə edir;
· mətndəki yaxınmənalı
sözləri izah edir və cümlədə işlədir;
· kiçikhəcmli
mətni düzgün oxumaqla məzmununu nəql edir, əsas fikri müəyyənləşdirir;
· nəzm və nəsri
fərqləndirir;
· hərfləri sözləri
və kiçikhəcmli mətnləri hüsnxət qaydalarına uyğun yazır, müşahidə xarakterli
mətn qurur əməli yazılar yazır;
· səs və hərfi
fərqləndirir, sözləri hecalara ayırır, böyük və kiçik hərfi fərqləndirir, ad,
əlamət, hərəkət bildirən sözləri, məqsəd və intonasiyaya görə cümlələri tanıyır
və fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir.
1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş
etdirir.
1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və
şəkillər üzrə danışır.
1.2.2. Dialoqlarda sadə nitq etiketlərindən istifadə
edir.
1.2.3. Nitqini müvafiq mimika və jestlərlə müşayiət
edir.
2.Oxu
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa
düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələri
adlandırır.
2.1.2. Mətndəki müəyyən olunmuş sözləri yaxınmənalı
sözlərin köməyi ilə izah edir.
2.1.3. Mətndə öyrəndiyi yaxınmənalı sözləri cümlədə
işlədir.
2.1.4. Mətndən sadə bədii ifadələri seçir.
2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına
yiyələndiyini nümayiş etdirir.
2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz etməklə
oxuyur.
2.2.2. Müxtəlif bədii mətnləri (nəzm, nəsr)
fərqləndirir.
2.2.3. Mətnin şəkilli planını tutur.
2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə
formada ifadə edir.
2.2.5. Mətnnin məzmununu nəql edir.
3. Yazı
Şagird:
3.1. Yazı texnikasına və ilkin yazı bacarıqlarına
yiyələndiyini nümayiş etdirir.
3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını
müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.
3.1.2. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli
mətnləri üzündən köçürür.
3.1.3. Şəklə uyğun cümlələr qurub yazır.
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə xarakterli
rabitəli mətn yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən
sadə əməli yazılar (açıqca) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş
etdirir.
4.1.1. Səs və hərfi fərqləndirir.
4.1.2. Sözləri hecalara ayırır.
4.1.3. Böyük və kiçik hərfləri fərqləndirir.
4.1.4. Hərfləri əlifba sırası ilə sadalayır.
4.1.5. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır
və fərqləndirir.
4.1.6. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.
4.1.7. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.
II sinif
II sinfin sonunda şagird:
· dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır;
· müşahidə etdikləri, eşitdikləri, oxuduqları
haqqında danışığında, dialoji nitqində situasiyaya uyğun nitq etiketlərindən,
jest və mimikalardan istifadə edir;
· mətndəki yaxınmənalı və əksmənalı sözləri
fərqləndirir, frazeoloji ifadələrin mənasını izah edir;
· kiçikhəcmli mətni düzgün və sürətli oxuyur, əsas
fikrə münasibət bildirir, mətni hissələrə ayırır, bədii mətni janrlara görə
fərqləndirir;
· hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə
müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse və sadə əməli yazılar yazır;
· sait və samit səsləri fərqləndirir, sözlərin
sətirdən-sətrə keçirilməsi, böyük hərflə yazılması qaydalarını tətbiq edir, ad,
əlamət, hərəkət bildirən sözləri qruplaşdırır, onların yazılış və tələffüzünü
müəyyənləşdirmək üçün lüğətdən
istifadə edir, cümləni digər nitq vahidlərindən
fərqləndirir, məqsəd və intonasiyaya görə qurduğu cümlələri müvafiq durğu
işarələri ilə tamamlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib- anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Sual verməklə dinlədiyi fikrin mahiyyətini
aydınlaşdırır.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş
etdirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxuduqları
haqqında danışır.
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərindən
istifadə edir.
1.2.3. Nitq situasiyalarından asılı olaraq müvafiq
jest və mimikalardan istifadə edir.
2. Oxu
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa
düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müvafiq məna qrupuna aid edir.
2.1.2. Mətndə verilmiş yaxınmənalı və əksmənalı sözləri
fərqləndirir.
2.1.3. Mətndə frazeoloji ifadələrin mənasını izah
edir.
2. 2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri tələffüz normalarına uyğun
düzgün və sürətli oxuyur.
2.2.2. Kiçikhəcmli bədii mətnləri janrlara görə
fərqləndirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə məzmununa
aid sadə plan tutur.
2.2.4. Mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql
edir.
2.2.5. Mətndəki əsas fikri həyatla əlaqələndirir.
3.Yazı
Şagird:
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət və orfoqrafiya
normalarına riayət edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzündən
köçürür.
3.1.3. Marağına uyğun seçdiyi nəzm nümunəsini əzbərdən
yazır.
3.1.4. Müşahidə və təəssüratlar əsasında kiçikhəcmli
esse yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən
sadə əməli yazılar (məktub, açıqca, elan) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş
etdirir.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
4.1.2. Sözlərin sətirdən-sətrə keçirilməsi qaydalarını
tətbiq edir.
4.1.3. Sözlərin böyük hərflə yazılışına dair qaydaları
(şəxs və coğrafi adlar) məqamına uyğun tətbiq edir.
4.1.4. Mətndə rast gəldiyi yeni sözlərin yazılış və
tələffüzünü müəyyənləşdirmək üçün lüğətdən istifadə edir.
4.1.5. Ad, əlamət, hərəkət bildirən sözləri
qruplaşdırır.
4.1.6. Cümləni digər nitq vahidlərindən fərqləndirir.
4.1.7. Tələb olunan məqsəd və intonasiyaya görə cümlə
qurur və müvafiq durğu işarələri ilə tamamlayır.
III sinif
III sinfin sonunda şagird:
· dinlədiyi fikirləri müqayisəli təhlil etməklə
mövqeyini şərh edir;
· müşahidə etdiklərinə, eşitdiklərinə,
oxuduqlarına münasibət bildirməklə nəql edir, dialoqlarda iştirak edir,
situasiyaya uyğun jest və mimikalardan istifadə edir;
· sözlərin həqiqi və məcazi mənasını, çoxmənalı
sözləri fərqləndirir;
· müvafiq mətni düzgün sürətli və intonasiya ilə
oxuyur, bədii və elmi-kütləvi mətnləri fərqləndirir, mətnin məzmununu tərtib
etdiyi plana uyğun nəql edir, əsas fikri həyatla əlaqələndirir;
· hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə
təsvir və nəqli xarakterli inşa və sadə əməli yazılar yazır;
· sait və samit səsləri xüsusiyyətinə görə
fərqləndirir, sözlərin böyük hərflə yazılmasına dair qaydaları tətbiq edir,
· yeni sözlərin mənasını müəyyənləşdirmək üçün
lüğət və sorğu kitablarından istifadə edir;
· qrammatik mənalarına görə sözləri qruplaşdırır;
· cümlədə sözlərin düzgün ardıcıllığını
müəyyənləşdirir, baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir;
· məqsəd və intonasiyanı dəyişməklə cümləni
müxtəlif məqamlarda işlədir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi fikirləri müqyaisəli təhlil edir.
1.1.2. Dinlədiyi fikirləri təhlil etməklə mövqeyini
şərh edir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş
etdirir.
1.2.1. Müşahidə etdiklərini, eşitdiklərini və
oxuduqlarını müqayisə etməklə nəql edir.
1.2.2. Eşitdiyi, oxuduğu bədii nümunələri dialoq
şəklində təqdim edir.
1.2.3. Ədəbi-bədii nümunələri ifa edərkən müvafiq
situasiyaya uyğun jest və mimikalardan istifadə edir.
2. Oxu
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa
düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin
xarakterik əlamətlərini adlandırır.
2.1.2.Mətndəki çoxmənalı sözləri fərqləndirir.
2.1.3. Sözlərin həqiqi və məcazi mənasını fərqləndirir
2.2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya
ilə (cümlə növlərinə görə) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqləndirir.
2.2.3. Mətnin geniş planını tutur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir.
2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir.
3. Yazı
Şagird:
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Hüsnxət və orfoqrafiya qaydalarına riayət
etməklə səliqəli və sürətlə yazır.
3.1.2. Sadə redaktə işləri aparmaqla mətni köçürür.
3.1.3. Verilmiş mətnin planını tutur və məzmununu
yazır.
3.1.4. Təsvir və nəqli xarakterli inşalar yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən
əməli yazılar (məktub, elan, anket, dəvətnamə) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş
etdirir.
4.1.1. Sait və samit səsləri xüsusiyyətlərinə görə
fərqləndirir.
4.1.2.Sözlərin böyük hərflə yazılışına dair qaydaları
(bayramlar və tarixi günlər) məqamına uyğun tətbiq edir.
4.1.3.Rast gəldiyi yeni sözlərin mənasını, yazılış və
tələffüzünü müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir.
4.1.4. Qrammatik mənalarına görə (isim, sifət, fel,
say) sözləri qruplaşdırır.
4.1.5. Cümlənin formalaşmasında baş və ikinci dərəcəli
üzvlərin rolunu sadə şəkildə izah edir.
4.1.6. Cümlədə sözlərin düzgün ardıcıllığını müəyyən
edir.
4.1.7. Məqsəd və intonasiyanı dəyişməklə verilmiş
cümləni müxtəlif məqamlarda işlədir.
IV sinif
IV sinfin sonunda şagird:
· dinlədiyi fikirlər barədə yekun rəy bildirir və
onu əlavələrlə inkişaf etdirir;
· müşahidə etdikləri, eşitdikləri, oxuduqları fakt
və hadisələr haqqında məzmuna uyğun jest və mimikalardan istifadə etməklə
təqdimatlar edir, dialoji mətnlər qurur;
· mətndəki terminləri, obrazlı ifadələri
fərqləndirir;
· müvafiq mətni düzgün sürətli və intonasiya ilə
oxuyur, bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir, verilmiş
mətnə dair yaradıcı plan tərtib edir, məzmununu yaradıcı şəkildə davam etdirir,
mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir;
· orfoqrafiya qaydalarına riayət edir, sadə əməli
və kiçikhəcmli mühakimə xarakterli yazılar yazır;
· sadə fonetik təhlil aparır, sözlərin böyük
hərflə yazılışına dair qaydaları tətbiq edir, sözlərin mənasını
müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir, sözləri
qrammatik mənalarına görə qruplaşdırır;
· cümlənin düzgün qurulmasında baş və ikinci
dərəcəli üzvlərin yerini müəyyən edir, məqsəd və intonasiyaya görə cümlənin
növlərinə aid təqdimatlar edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi eyni məsələlər barədə müxtəlif
fikirləri ümumiləşdirməklə yekun rəy bildirir.
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş
etdirir.
1.2.1.Müşahidə etdiyi, oxuduğu, eşitdiyi fakt və
hadisələr haqqında kiçik təqdimatlar edir.
1.2.2. Dialoji mətnlər qurur və təqdimatlar edir.
1.2.4. Nitqini canlı və obrazlı etmək məqsədi ilə
məzmuna müvafiq jest və mimikalardan istifadə edir.
2. Oxu
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa
düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndəki hadisələri həyat hadisələri ilə
müqayisə edir.
2.1.2. Mətndəki terminləri fərqləndirir.
2.1.3. Mətndəki obrazlı ifadələri fərqləndirir.
2.2. Oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya
ilə (obrazların xarakterinə uyğun) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər haqqında kiçik
təqdimatlar edir.
2.2.3. Verilmiş mətni genişləndirmək, dəyişdirmək və
ya davam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
2.2.4. Mətnin məzmununu genişləndirir, dəyişdirir,
yaradıcı şəkildə davam etdirir.
2.2.5. Mətnin ideyasını müəyyənləşdirir və obrazları
sadə şəkildə səciyyələndirir.
3. Yazı
Şagird:
3.1. Yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Yazısında orfoqrafiya normalarına riayət edir
və əsas durğu işarələrindən yerində istifadə edir.
3.1.2. İxtisar və əlavələr etməklə mətni üzündən
köçürür.
3.1.3. Verilmiş mətni genişləndirərək məzmununu yazır.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy, esse, inşa
yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən
əməli yazılar (məktub, elan, ərizə, dəvətnamə) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş
etdirir.
4.1.1. Sadə fonetik təhlil aparır.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair qaydaları
(bəzi mürəkkəb adlar) məqamına uyğun tətbiq edir.
4.1.3. Mətndəki yeni sözlərin və adların mənasını,
yazılışını müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir.
4.1.4. Sözləri qrammatik mənalarına görə (bağlayıcı,
qoşma) fərqləndirir.
4.1.5.Cümlənin düzgün qurulmasında baş və ikinci
dərəcəli üzvlərin yerini müəyyən edir.
4.1.6. Cümlə və onun növləri ilə əlaqədar kiçik
təqdimatlar edir.
4.1.7. Cümlənin məqsəd və intonasiyasına görə növünü
müəyyənləşdirir.
Riyaziyyat
1.2. Məzmun xətləri
Məzmun xətti – fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını
təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hissəsidir.
Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsvir etmək üçün
müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır.
Mövcud dünya təcrübəsinin öyrənilməsi və təhlili əsasında riyaziyyat
təliminin aşağıdakı məzmun xətləri təyin edilmişdir:
· Ədədlər və əməllər
· Cəbr və funksiyalar
· Həndəsə
· Ölçmə
· Statistika və ehtimal
1.4. Fəaliyyət xətləri
Standartlar tərtib edilərkən onların hər birində riyazi proseslərin
elementləri kimi fəaliyyət yönümlü aşağıdakı 5 xəttin daxil edilməsi çox vacibdir:
· Problemlərin həlli
· Mühakiməyürütmə və isbatetmə
· Ünsiyyətqurma
· Əlaqələndirmə
· Təqdimetmə
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
· say və ədəd anlayışlarını, onlar arasındakı əlaqəni
başa düşdüyünü nümayiş etdirir;
· toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü
nümayiş etdirir;
· toplama və çıxmaya aid sadə hesablamaları yerinə
yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığı nümayiş
etdirir;
· ədədi və dəyişəni olan sadə ifadələr haqqında
təsəvvürü olduğunu nümayiş etdirir;
· ədədi bərabərsizliklər və tənliklər haqqında
təsəvvürü olduğunu nümayiş etdirir;
· müəyyən əlamətlərdən asılı olaraq kəmiyyət və
keyfiyyət dəyişiklikləri haqqında mühakimələr yürüdür;
· əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə
müqayisə edir;
· sadə həndəsi fiqurları tanıyır və verilmiş əlamətlərə
görə onların təsnifatını aparır;
· eyni adlı kəmiyyətləri müqayisə edir;
· standart və standart olmayan ölçü vahidlərindən
istifadə edir;
· əşyalar və hadisələr haqqında məlumatlar
toplayır;
· toplanmış məlumatlara əsasən proqnozlar verir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Say və ədəd anlayışlarını, onlar arasındakı
əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.1.1. 20 dairəsində bir-bir düzünə və tərsinə sayır.
1.1.2. 20 dairəsində iki-iki ritmik sayır.
1.1.3. 20 dairəsində ədədləri oxuyur və yazır.
1.1.4. Hər bir ədədə uyğun əşya qrupunu müəyyən edir.
1.1.5. Əşyalar çoxluğundan tələb olunan sayda əşyanı
ayırır.
1.1.6. 20 dairəsində ədədlər arasındakı münasibətləri
">", "<", "=" işarələri ilə yazır.
1.1.7. Ədədləri model, sxem, diaqram, qrafik və riyazi
ifadələrlə təsvir edir.
1.1.8. Sayı 10-dan 20-yə qədər olan əşyalar qrupunu
onluq və təklik tərkibinə ayırır.
1.1.9. Sıra saylarından istifadə edir.
1.2. Toplama və çıxma əməllərinin mənasını başa
düşdüyünü nümayiş etdirir.
1.2.1. Toplamanı iki qrupun əşyalarının birgə
sayılması kimi modelləşdirir.
1.2.2. Çıxma əməlini qrupun əşyalarının bir hissəsinin
götürülərək qalığın müəyyənləşdirilməsi kimi modelləşdirir.
1.2.3. «Əlavə etmək», «artırmaq», «cəm», «oldu»
ifadələrini toplama ilə, «üstündən götürmək», «azaltmaq», «fərq», «qaldı»
ifadələrini isə çıxma əməli ilə əlaqələndirərək əşyalar çoxluğu ilə nümayiş
etdirir.
1.2.4. «Ədəd (dənə) çox», «ədəd (dənə) az» ifadələrini
toplama və çıxma ilə düzgün əlaqələndirir.
1.2.5. Toplama və çıxma əməllərinin komponentlərinin
və nəticələrinin adlarını bildiyini nümayiş etdirir.
1.2.6. Toplama və çıxma əməllərinin komponentləri və
nəticələri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.
1.3. Toplama və çıxmaya aid sadə hesablamaları yerinə
yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığını
nümayiş etdirir.
1.3.1. İki qrupun əşyaları arasında sayca müqayisə
aparır və müqayisənin nəticəsini "çoxdur", "azdır",
"bərabərdir" sözlərinin köməyi ilə ifadə edir.
1.3.2. Sıfrın necə alındığını əşyalar üzərində nümayiş
etdirir.
1.3.3. 20 dairəsində toplama və çıxma əməllərini
müxtəlif üsullarla (yazılı, şifahi, sətirdə, sütunda, saymaqla) yerinə yetirir.
1.3.4. Toplama və çıxmaya aid müxtəlif növ sadə
məsələləri həll edir.
1.3.5. Həyati problemlərin həllində təxminetmə
bacarığı nümayiş etdirir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsəvvürü
olduğunu nümayiş etdirir.
2.1.1. Sadə ədədi ifadələri oxuyur və yazır.
2.1.2. Sadə ədədi ifadələrin qiymətini hesablayır.
2.1.3. Şifahi şəkildə söylənmiş riyazi fikri yazılı
ifadə edir.
2.1.4. Dəyişəni olan ifadələr haqqında ilkin təsəvvürü
olduğunu nümayiş etdirir.
2.2. Ədədi bərabərsizliklər və tənliklər haqqında
təsəvvürü olduğunu nümayiş etdirir.
2.2.1. Sadə ədədi bərabərsizliklərlə bağlı mühakimələr
yürüdür.
2.2.2. Tənliklər haqqında ilkin təsəvvürü olduğunu
nümayiş etdirir.
2.3. Müəyyən əlamətlərə (kəmiyyət və keyfiyyət) görə
dəyişikliklər haqqında mühakimələr yürüdür.
2.3.1. Əlamətlərinə görə (forma, ölçü və rəng)
dəyişmələri müəyyən edir.
2.3.2. Sabit və dəyişən kəmiyyətləri fərqləndirir.
3. Həndəsə
Şagird:
3.1. Əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə
görə müqayisə edir.
3.1.1. Əşyaları əlamətlərinə (ölçüsünə, formasına,
rənginə) görə fərqləndirir.
3.1.2. Əşyanın fəzada vəziyyətini müəyyənləşdirir.
3.1.3. Əşyanın yerinin dəyişdirilməsinə aid praktik
tapşırıqları yerinə yetirir.
3.2. Sadə həndəsi fiqurları tanıyır və verilmiş
əlamətlərə görə onların təsnifatını aparır.
3.2.1. Sadə həndəsi fiqurlar formasında olan əşyaları
tanıyır.
3.2.2. Sadə həndəsi fiqurları əlamətlərinə (rənginə,
formasına, ölçüsünə) görə təsnif edir.
3.2.3. Məsələlərin həllində və sxematik təsvirində
sadə həndəsi fiqurlardan istifadə edir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətləri müqayisə edir.
4.1.1. Hadisələrin vaxtını müqayisə edir.
4.1.2. Əşyaların uzunluqlarını müqayisə edir.
4.1.3. Əşyaların kütləsini müqayisə edir.
4.1.4. Qabların tutumlarını müqayisə edir.
4.2. Standart və şərti ölçü vahidlərindən istifadə
edir.
4.2.1. Uzunluğun ölçülməsində şərti ölçü vahidlərindən
istifadə edir.
4.2.2. Verilmiş parçanın uzunluğunu ölçür.
4.2.3. Uzunluğu verilmiş parçanı çəkir.
4.2.4. Tam saatları müəyyən edir.
4.2.5. Pul vahidlərindən (manat, qəpik) hesablamalarda
istifadə edir.
4.2.6. Əşyanın kütləsini tərəzinin köməyi ilə
kiloqramla ifadə edir.
4.2.7. Tutumun ölçülməsində standart və şərti ölçü
vahidindən istifadə edir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Əşyalar və hadisələr haqqında məlumatlar
toplayır.
5.1.1. Verilmiş obyektlərə (əşya, şəkil, diaqram) aid
suallar tərtib edir.
5.1.2. Suallar əsasında topladığı məlumatları təqdim
edir.
5.2. Məlumatlar əsasında proqnozlar verir.
5.2.1. Təkrarlanan (dövri) sadə proseslərdə
qanunauyğunluğu müəyyən edir.
5.2.2. Müəyyən əlamətə görə verilmiş əşyalar və
ədədlər çoxluğunda nizamı pozan (çatışmayan) elementi islah (bərpa) edir.
II sinif
II sinfin sonunda şagird:
· ədəd anlayışını, ədədin strukturunu, ədədlər
arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir;
· hesab əməllərinin mənasını və onlar arasındakı
əlaqəni başa düşdüyünü nümayiş etdirir;
· 100 dairəsində ədədlər üzərində şifahi və yazılı
toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir,
təxminetmə bacarığını nümayiş etdirir;
· ədədi və dəyişəni olan sadə ifadələrin qiymətini
hesablayır;
· ifadələri müqayisə edir, tənliklər haqqında
təsəvvürü olduğunu nümayiş etdirir;
· asılı kəmiyyətlərin dəyişməsi haqqında
mühakimələr yürüdür;
· istiqamət və məsafə haqqında təsəvvürü olduğunu
nümayiş etdirir;
· sadə həndəsi fiqurları tanıyır və təsvir edir;
· eyni adlı kəmiyyətlərin müqayisəsini aparır;
· alətlər vasitəsilə kəmiyyətlərin ölçüsünü
vahidlərlə ifadə edir;
· müxtəlif üsul və formalarla topladığı
məlumatları təqdim edir;
· toplanmış məlumatlara əsasən proqnozlar və
şərhlər verir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Ədədlər və əməllər
1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər
arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir.
1.1.1. 100 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. 100 dairəsində ədədləri onluq tərkibinə ayırır.
1.1.3. 100 dairəsində ədədləri müxtəlif formalarda
təsvir edir.
1.1.4. 100 dairəsində ədədlərin müqayisəsinin
nəticəsini ">", "<", "=" işarələri ilə
ifadə edir.
1.1.5. 100 dairəsində düzünə və tərsinə iki-iki,
üç-üç, dörd-dörd, beş-beş ritmik sayır.
1.1.6. Ədədin cüt və təkliyini müəyyənləşdirir.
1.2. Hesab əməllərinin mənasını və onlar arasındakı
əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Vurma və bölməni müxtəlif yollarla
modelləşdirir.
1.2.2. "Dəfə çox", "dəfə az"
ifadələrini uyğun olaraq vurma və bölmə əməlləri ilə düzgün əlaqələndirir.
1.2.3. Vurmanın yerdəyişmə xassəsindən hesablamalarda
istifadə edir.
1.2.4. Toplama və çıxma əməlləri arasındakı qarşılıqlı
əlaqəni nümunələrlə izah edir.
1.2.5. Vurma və bölmə əməlləri arasındakı qarşılıqlı
əlaqəni nümunələrlə izah edir.
1.2.6. Toplama və çıxma, vurma və bölmə əməlləri arasındakı
qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir.
1.2.7.Vurma və bölmə əməllərinin komponentləri və
nəticələri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.
1.2.8.Vurma əməlini ədədin bərabər toplananlarının
cəmi kimi modelləşdirir.
1.2.9. Bölmə əməlini ədədin bərabər ədədlərin
çıxılması kimi modelləşdirir.
1.2.10. Toplamanın qruplaşdırma xassəsindən
hesablamalarda istifadə edir.
1.3. 100 dairəsində ədədlər üzərində şifahi və yazılı
toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir,
təxminetmə bacarığını nümayiş etdirir.
1.3.1.100 dairəsində toplama və çıxma əməllərini
müxtəlif üsullarla şifahi yerinə yetirir.
1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və
çıxır.
1.3.3. 2, 3, 4 və 5-ə vurma və bölmə cədvəllərindən
hesablamalarda istifadə edir.
1.3.4. Məsələ həllində əməlin seçilməsini
əsaslandırır.
1.3.5. Toplama və çıxmaya aid ikiəməlli, vurma və
bölməyə aid isə sadə məsələləri həll edir.
1.3.6. Həyati problemlərin həllində təxminetmə
bacarığını nümayiş etdirir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Ədədi və dəyişəni olan ifadələr haqqında
təsəvvürü olduğunu nümayiş etdirir.
2.1.1.Mötərizəsiz, mötərizəli və ədədi ifadələri
oxuyur və yazır.
2.1.2. Mötərizəli və mötərizəsiz ədədi ifadələrin
qiymətini hesablayır.
2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə
edir və riyazi ifadələri sözlərlə oxuyur.
2.1.4. Məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə
uyğun məsələ qurur.
2.1.5. Dəyişənin verilmiş qiymətlərində ifadənin
qiymətini hesablayır.
2.2. İfadələri müqayisə edir, tənliklər haqqında
təsəvvürü olduğunu nümayiş etdirir.
2.2.1. Ədədi ifadələrin müqayisəsini ">",
"<", "=" işarələrlə ifadə edir.
2.2.2. Hesab əməllərinə aid tənliklər haqqında
təsəvvürü olduğunu nümayiş etdirir.
2.3. Asılı kəmiyyətlər arasındakı əlaqəni müəyyən
edir.
2.3.1.Qiymət, miqdar, dəyər arasındakı asılılığa dair
məsələ həll edir.
2.3.2. Asılı kəmiyyətlərdən birinin dəyişməsinin
digərinə təsirini şərh edir.
3. Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə haqqında təsəvvürü olduğunu
nümayiş etdirir.
3.1.1.Həndəsi fiqurlar üzərində konstruktiv
bacarıqları nümayiş etdirir.
3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konus
formalı əşyaları qruplaşdırır.
3.2. Sadə həndəsi fiqurları tanıyır.
3.2.1.Bucaq haqqında təsəvvürü olduğunu nümayiş
etdirir.
3.2.2.Müxtəlif əlamətlərə görə həndəsi fiqurları
təsnif edir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsini aparır.
4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri
vaxta görə müqayisə edir.
4.1.2. Tutum anlayışını şərh edir.
4.1.3. Qabların tutumunun müqayisəsini aparır.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə
edərək kəmiyyətləri ölçür.
4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə
ölçmələr aparır.
4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu,
kütləni və tutumu ölçür.
4.2.3. Vaxtı saat və dəqiqə ilə təyin edir.
4.2.4. Pul vahidlərindən hesablamalar və mübadilə
zamanı istifadə edir.
4.2.5. Kəmiyyətlərin ölçülməsinə aid məsələləri həll
edir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Müxtəlif üsul və formalarla topladığı məlumatları
təqdim edir.
5.1.1. Suallar əsasında topladığı məlumatlara şərhlər
verir.
5.2. Toplanmış məlumatlara əsasən proqnozlar və
şərhlər verir.
5.2.1. Ədədlər, əşyalar və hadisələr ardıcıllığında
qanunauyğunluğu müəyyən edir.
5.2.2. Hadisələrin baş verməsi ilə bağlı "ola
bilməz", “ola bilər”, “mütləq”, “yəqin ki” ifadələrindən istifadə etməklə
fikir yürüdür.
III sinif
III sinfin sonunda şagird:
.
· ədəd anlayışını, ədədin strukturunu, ədədlər
arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş
etdirir;
· hesab əməllərinin mənasını, xassələrini və onlar
arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;
· hesab əməllərini yerinə yetirərkən təxminetmə
bacarığı nümayiş etdirir;
· riyazi ifadə anlayışlarını başa düşdüyünü
nümayiş etdirir;
· ədədi ifadələri müqayisə edir və tənlik
anlayışını başa düşdüyünü nümayiş etdirir;
· sadə funksional asılılıqları başa düşdüyünü
nümayiş etdirir;
· istiqamət və məsafə anlayışları ilə bağlı sadə
məsələləri sxematik təsvir əsasında həll edir;
· sadə həndəsi fiqurların xassələrini bildiyini
nümayiş etdirir;
· eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini
şərh edir;
· ölçü vahidlərindən və alətlərindən istifadə
edərək kəmiyyətləri ölçür;
· məlumatların təhlili üçün müxtəlif üsul və
formalardan istifadə edir;
· proqnozlar verməklə ehtimal anlayışını başa
düşdüyünü nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər
arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş
etdirir.
1.1.1. 1000 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. 1000 dairəsində ədədlərin yazılışında hər bir
mərtəbədəki rəqəmə görə mərtəbə vahidlərinin sayını və mərtəbə qiymətini
müəyyən edir.
1.1.3. 1000 dairəsində ədədlərin müqayisəsinin
nəticəsini ">", "<", "=" işarələrlə ifadə
edir.
1.1.4. 1000 dairəsində ədədləri mərtəbə
toplananlarının cəmi şəklində göstərir.
1.1.5. 1000 dairəsində ədədləri müxtəlif ekvivalent
formalarda təsvir edir.
1.1.6. 1000 dairəsində düzünə və tərsinə on-on,
yüz-yüz ritmik sayır.
1.1.7.Verilmiş rəqəmlərin köməyi ilə müxtəlif
üçrəqəmli ədədlər düzəldir.
1.1.8. Tamın hissəsi anlayışını başa düşdüyünü nümayiş
etdirir.
1.2. Hesab əməllərinin mənasını, xassələrini və onlar
arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Vurma və bölmənin müxtəlif mənalarını başa
düşdüyünü nümayiş etdirir.
1.2.2.Vurmanın paylama xassəsindən hesablamalarda
istifadə edir.
1.2.3.Vurmanın qruplaşdırma xassəsindən hesablamalarda
istifadə edir.
1.2.4. Cəmin ədədə bölünməsi qaydasını şərh edir.
1.2.5. Cəmin ədədə bölünməsi qaydasından
hesablamalarda istifadə edir.
1.2.6. Qalıqlı bölməni yerinə yetirir.
1.2.7. Qalıqlı bölmənin mahiyyətini şərh edir.
1.2.8. Hesab əməlləri arasında qarşılıqlı əlaqəni izah
edir.
1.2.9. Hesab əməlləri arasında qarşılıqlı əlaqədən
çalışmaların həllində istifadə edir.
1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə
bacarığını nümayiş etdirir.
1.3.1. 1000 dairəsində şifahi toplama və çıxmanı
yerinə yetirir.
1.3.2. 1000 dairəsində yazılı toplama və çıxmanı
yerinə yetirir.
1.3.3. Hesablamalar zamanı təxminetmə bacarığını
nümayiş etdirir.
1.3.4. Hesablamaların nəticəsinin yoxlanılmasında
əməllər arasındakı qarşılıqlı əlaqədən istifadə edir.
1.3.5. 1000 dairəsində ikirəqəmli və üçrəqəmli
ədədləri birrəqəmli ədədə vurma və bölmə əməllərini yerinə yetirir.
1.3.6. Sadə və ən çoxu üçəməlli məsələləri həll edir.
1.3.7. Ədədin hissəsini tapır.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Riyazi ifadə anlayışlarını başa düşdüyünü nümayiş
etdirir.
2.1.1. Mötərizəsiz və mötərizəli ədədi ifadələrin
hesablanmasında əməllər sırasından düzgün istifadə edir.
2.1.2. Dəyişəni olan ifadələri yazır, oxuyur.
2.1.3. Dəyişənin verilmiş qiymətlərində ifadənin
qiymətini hesablayır.
2.1.4. Məsələyə uyğun ifadə və ifadəyə uyğun məsələ
qurur.
2.1.5. Münasibətlərin doğruluğunu təmin edən
simvolları müəyyənləşdirir.
2.2. Ədədi ifadələri müqayisə edir və tənlik
anlayışını başa düşdüyünü nümayiş etdirir.
2.2.1. Ədədi ifadələrin müqayisəsinin nəticəsini
">", "<","=" işarələrinin köməyi ilə yazır.
2.2.2. "Məchul", "tənlik",
"tənliyin həlli" anlayışlarını başa düşdüyünü nümayiş etdirir.
2.2.3. Sadə tənlikləri həll edir.
2.3. Sadə funksional asılılıqları başa düşdüyünü
nümayiş etdirir.
2.3.1. Dəyişəni olan ifadənin qiymətinin dəyişənin
qiymətindən asılı olduğunu başa düşdüyünü nümayiş etdirir.
2.3.2. Kəmiyyətlər arasındakı sadə asılılıqları başa
düşdüyünü nümayiş etdirir.
3. Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə
məsələləri təsvirlər əsasında həll edir.
3.1.1. Həndəsi fiqurların sadə yerdəyişmələri haqqında
təsəvvürü olduğunu nümayiş etdirir.
3.1.2. Əşyaların və həndəsi fiqurların müxtəlif
tərəflərdən görünüşləri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini
nümayiş etdirir.
3.2.1. Sadə müstəvi fiqurları tanıdığını nümayiş
etdirir.
3.2.2. Sadə müstəvi fiqurları xətkeşin köməyi ilə
çəkir.
3.2.3. Sadə fəza fiqurlarının bəzi xassələrini
bildiyini nümayiş etdirir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini
şərh edir.
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtın
müqayisəsinin nəticəsini şərh edir.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə
edərək kəmiyyətləri ölçür.
4.2.1. Kəmiyyətlərin vahidləri arasındakı əlaqələrdən
hesablamalarda istifadə edir.
4.2.2. Ölçmənin dəqiqliyini artırmaq üçün daha kiçik
vahidlərdən istifadə edir.
4.2.3. Çoxbucaqlının tərəflərinin uzunluqları cəmini
hesablayır.
4.2.4. Vaxtı və vaxt aralığını müəyyənləşdirir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və
formalardan istifadə edir.
5.1.1. Müşahidə, ölçmə və təcrübə yolu ilə məlumatları
toplayır.
5.1.2. Toplanmış məlumatları cədvəl və diaqramların
köməyi ilə təqdim edir.
5.1.3. Toplanmış məlumatların təhlili əsasında
nəticələr çıxarır.
5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa
düşdüyünü nümayiş etdirir.
5.2.1. Müşahidə və sınaqlar əsasında hadisələrin baş
verməsi ilə bağlı ehtimal irəli sürür.
IV sinif
IV sinfin sonunda şagird:
· ədəd anlayışını, ədədin strukturunu, ədədlər
arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir, sadə kəsrləri tanıyır
və şərhlər verir;
· hesab əməllərinin mənasını, xassələrini və onlar
arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir və onlardan istifadə edir;
· ədədlər üzərində hesab əməllərini yerinə yetirərkən
və məsəslə həlli zamanı təxminetmə bacarıqları nümayiş etdirir;
· riyazi ifadələrdən istifadə edir və şərhlər verir;
· ədədi ifadələrin müqayisəsini aparır və sadə
tənlikləri həll edir;
· sadə funksional asılılıqları riyazi ifadə edir və
şərhlər verir;
· istiqamət və məsafə anlayışları ilə bağlı sadə
məsələləri sxematik təsvir əsasında həll edir və şərhlər verir;
· sadə həndəsi fiqurların bəzi xassələrini bilir və
onlardan çalışmaların həllində istifadə edir;
· eyni adlı kəmiyyətlərin müqayisəsini aparır və
müqayisənin nəticəsini şərh edir;
· ölçü vahidlərindən və alətlərindən istifadə edərək
kəmiyyətləri ölçür və nəticəni qiymətləndirir;
· məlumatların təhlili üçün müvafiq metod seçir və
tətbiq edir;
· toplanmış məlumatlara əsasən proqnozlar verir, sadə
ehtimal anlayışını başa düşür və tətbiq edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Ədəd anlayışını, ədədin sturukturunu, ədədlər
arasındakı münasibətləri başa düşdüyünü və sadə kəsrləri tanıdığını nümayiş
etdirir.
1.1.1. 1000000 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. Mərtəbə və sinif anlayışlarına əsasən ədədin
yazılışında rəqəmin qiymətini müəyyənləşdirir.
1.1.3. 1000000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini
">", "<", "=" işarələrinin köməyi ilə
yazır.
1.1.4. 1000000 dairəsində ədədləri mərtəbə
toplananlarının cəmi şəklində göstərir.
1.1.5. 1000000 dairəsində ədədləri müxtəlif ekvivalent
formalarda təsvir edir.
1.1.6. Sadə kəsrləri modelləşdirir.
1.1.7. Məxrəcləri eyni olan kəsrləri müqayisə edir.
1.1.8. Kəmiyyətin hissələrini kəsrlərin köməyi ilə
təsvir edir.
1.2. Hesab əməllərinin xassələrini və onlar arasındakı
əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Hesab əməllərinin xassələrindən hesablamalarda
istifadə edir.
1.2.2. Məsələlərin həllində hesab əməlləri arasındakı
əlaqələrdən istifadə edir.
1.2.3. Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə
yazılı vurma və bölmə alqoritmlərini bildiyini nümayiş etdirir.
1.2.4. Qalıqlı bölməni yerinə yetirir.
1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə
bacarıqları nümayiş etdirir.
1.3.1. Çoxrəqəmli ədədlər üzərində şifahi və yazılı
hesablamalar aparır.
1.3.2. Hesablamaların nəticəsinin yoxlanılmasında
əməllər arasındakı qarşılıqlı əlaqədən istifadə edir.
1.3.3. Ədədin hissəsini və hissəsinə görə ədədi tapır.
1.3.4. Sadə və ən çoxu dördəməlli mürəkkəb məsələləri
həll edir.
1.3.5. 1000000 dairəsində ədədləri tələb olunan
mərtəbələrə qədər yuvarlaqlaşdırır.
1.3.6. Hesab əməllərinin nəticələrini təxmini müəyyən
edir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Hesablamalarda riyazi ifadələrdən istifadə edir.
2.1.1. Riyazi ifadələrin qiymətinin hesablanmasında
əməllər sırasından istifadə edir.
2.1.2. Münasibətlərin doğruluğunu təmin edən
simvolları müəyyənləşdirir.
2.1.3. Ədədlərdən, dəyişənlərdən və simvollardan
istifadə edərək hesab əməllərinin köməyi ilə müxtəlif riyazi ifadələr tərtib
edir.
2.2. Ədədi ifadələrin müqayisəsini aparır və sadə
tənlikləri həll edir.
2.2.1. Ədədi ifadələrin müqayisənin nəticəsini
">", "<", "=" işarələrin köməyi ilə yazır.
2.2.2. Sadə tənlikləri həll edir.
2.2.3. Məsələni riyazi modelləşdirərkən tənliklərdən
istifadə edir.
2.2.4. Kəmiyyətlərin müqayisəsi zamanı
bərabərsizliklərdən istifadə edir.
2.3. Sadə funksional asılılıqları riyazi ifadə edir.
2.3.1. Asılı dəyişənlərdən birinin dəyişməsinin
digərinə necə təsir etdiyini şərh edir.
2.3.2. Sadə funksional asılılıqları həyati məsələlərlə
əlaqələndirir.
2.3.3. Müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər,
sürət, zaman, gedilən yol, əmək məhsuldarlığı, işin müddəti, işin həcmi)
arasındakı funksional asılılıqları şərh edir.
2.3.4. Kəmiyyətlər arasındakı asılılıqları hərflərin
köməyi ilə düstur şəklində ifadə edir.
3. Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə
məsələləri təsvirlər əsasında həll edir.
3.1.1. Əşya və fiqurların yerdəyişmələri haqqında
təsəvvürlərini şərh edir.
3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konusun
açılış şəkillərini müəyyənləşdirir.
3.1.3. Əşya və fiqurların müxtəlif tərəflərdən
görünüşlərini təsvir edir.
3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini
nümayiş etdirir.
3.2.1. Çoxbucaqlının perimetri və sahəsi anlayışlarını
başa düşdüyünü nümayiş etdirir.
3.2.2. Sadə həndəsi fiqurların təsnifatını aparır.
3.2.3. Həndəsi fiqurlardan çalışmaların həllinin
modelləşdirilməsində istifadə edir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini
şərh edir.
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtın,
perimetrin, sahənin müqayisəsinin nəticəsini şərh edir.
4.1.2. Eyni sahəyə malik olan müxtəlif ölçülü fiqurlar
haqqında şərhlər verir.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə
edərək kəmiyyətləri ölçür.
4.2.1. Uzunluğu, kütləni, tutumu, perimetri, sahəni,
bucağı müvafiq vahidlər və alətlərin köməyi ilə müəyyənləşdirir.
4.2.2. Eyni adlı kəmiyyətlərin vahidləri arasındakı
əlaqədən hesablamalarda istifadə edir.
4.2.3. Vaxtı saat, dəqiqə və saniyə dəqiqliyi ilə
təyin edir.
4.2.4. Pul vahidlərindən məsələ həllində istifadə
edir.
4.2.5. Uzunluq, kütlə, tutum, perimetr, sahə, bucaq
ölçmələrinə dair məsələlər həll edir.
4.2.6. Sürət anlayışını başa düşdüyünü nümayiş
etdirir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və
formalardan istifadə edir.
5.1.1. Müxtəlif üsullarla topladığı məlumatları şərh
edir.
5.1.2. Məlumatlar əsasında, mühakimə yürüdür.
5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa
düşdüyünü nümayiş etdirir.
5.2.1. Ehtimalın doğruluğuna inanmaq üçün təcrübələr
aparır.
5.2.2. Hadisənin baş vermə ehtimalı haqqında
mühakimələr yürüdür.
Təsviri incəsənət
1.2. Məzmun xətləri
Kurikulumda təsbit olunmuş məqsəd və vəzifələri
aşağıdakı məzmun xətləri vasitəsilə həyata keçirmək nəzərdə tutulur :
· Cəmiyyət və təsviri incəsənət
· Təsviri və dekorativ
yaradıcılıq
· Estetik reaksiya
1.4. Fəaliyyət xətləri
Kurikulumda fənnin məzmunu bacarıqlar şəklində ifadə
olunmuş standartların vasitəsilə verilir. Bacarıqlar isə şagirdin müxtəlif
fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyi ilə nümayiş etdirilir.
Buna görə Təsviri incəsənət fənni üzrə məzmun standartları
müəyyənləşdirilərkən, aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə
alınmışdır:
Ø təsviretmə
Ø tətbiqetmə
Ø məlumat mənbələrindən istifadə;
Ø əlaqələndirmə
Ø müqayisə və təhliletmə
Ø sistemləşdirmə və təsnifetmə
Ø proqnozlaşdırma
Ø problemin həlli
Ø təqdimetmə
Ø dəyərləndirmə
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
· təsviri və dekorativ sənətin əsas növlərini
sadalayır;
· Azərbaycanın görkəmli təsviri incəsənət
nümayəndələrini (Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Fuad
Əbdürrəhmanov) ən məşhur əsərlərini sadalayır;
· sadə təsvir alətlərindən (karandaş, fırca,
flamaster, kömür) və bədii ifadə vasitələrindən (xətt, cizgi, ton) istifadə
edir;
· sadə həndəsi fiqurlar çəkir, kiçik
kompozisiyalar qurur;
· verilmiş sadə formalı əşyaların xüsusiyyətlərini
şərh edir, rəng çalarlarına ayırır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri və dekor sənətin əsas növlərini
tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri sənətin əsas növlərini (qrafika,
rəngkarlıq, heykəltəraşlıq) sadalayır.
1.1.2. Dekorativ – tətbiqi sənətin əsas növlərini
(xalçaçılıq, misgərlik, milli geyim) sadalayır.
1.1.3. Azərbaycnın görkəmli təsviri sənət
nümayəndələrini (Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Fuad
Əbdürrəhmanov) və onların ən məşhur əsərlərini sadalayır.
2.Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1.Təsviri sənət üzrə zəruri sadə təsvir alətlərindən
istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Sadə təsvir alətlərindən (karandaş, qələm,
fırça, flamaster, kömür) təyinatına görə istifadə edir.
2.1.2. Sadə bədii ifadə vasitələrindən (xətt, cizgi,
ton) istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.
2.1.3. Əsas rəngləri tanıyır, onları sadalayır.
2.1.4. Sadə və rəngli karandaşlarla səthi təsvir
yaradır.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş
etdirir.
2.2.1. Müxtəlif növ xətlərdən sadə həndəsi fiqurlar
cəkir, plastik materialdan sadə fiqurlar düzəldir, hazır fiqurlardan kiçik
kompozisiyalar qurur.
3. Estetik reaksiya
Şagird:
3.1. Verilmiş sadə təsviri və dekorativ sənət
nümunələrinə münasibət bildirir.
3.1.1. Verilmiş sadə formalı təsvir və əşyaları şərh
edir.
3.1.2. Verilmiş əsərlərdə rəng çalarlarını ayırır və
adlandırır.
II sinif
II sinfin sonunda şagird:
· təsviri və dekorativ sənətin əsas növ və
janrlarını fərqləndirir;
· Azərbaycanın görkəmli təsviri sənət
nümayəndələrini (Mirzə Qədim İrəvani, Mikayıl Abdullayev, Maral Rəhmanzadə,
Cəlal Qaryağdı) ən məşhur əsərlərini sadalayır;
· sadə bədii təsvir (rəngli kağız, karton) və
ifadə (forma, rəng, işıq-kölgə) vasitələrindən istifadə etməklə rəngli
təsvirlər yaradır;
· sadə həndəsi fiqurlardan ritmik dekorativ
kompozisiya qurur;
· verilmiş sadə əşyaları məzmun və formasına, rəsm
əsərlərini rəng çalarlarına görə izah edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri və dekor sənətin əsas növlərini
tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri sənət növ və əsas janrlarını
(animalist, mənzərə, natürmort) sadalayır.
1.1.2. Dekorativ-tətbiqi sənətin əsas növlərini
(tikmə, zərgərlik, dulusçuluq) nümunələrə görə fərqləndirir.
1.1.3. Azərbaycnın görkəmli təsviri sənət
nümayəndələrini (Mirzə Qədim İrəvani, Mikayıl Abdullayev, Maral Rəhmanzadə,
Cəlal Qaryağdı) və onların ən məşhur əsərlərini tanıyır.
2. Təsviri və dekorativ yaradıcılıq
2.1. Təsviri sənət üzrə bədii ifadə vasitələrindən
istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Təsvir alətləri (sadə və rəngli karandaşlar,
flamasterlər) vasitəsilə sadə təsvirlər yaradır.
2.1.2. Sadə bədii ifadə vasitələrindən (rəng,
işıq-kölgə, həcm) istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.
2.1.3. Sadə əşyaları nisbi dəqiqliklə təsvir edir.
2.1.4. Əsas rənglərdən alınmış çalarları adlandırır.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş
etdirir.
2..2.1. Sadə materiallardan (rəngli kağız, karton,
parça, təbiət materialları) həndəsi fiqurlardan və təbiət formalarından ritmik,
dekorativ kompozisiya tərtib edir.
3. Estetik reaksiya
Şagird:
3.1. Təsviri və dekorativ sənət nümunələrinə münasibət
bildirir.
3.1.1. Verilmiş sadə təsvirləri, əşyaları məzmun və
forma baxımından şərh edir.
3.1.2. Verilmiş əsərdə rəng çalarlarını izah edir.
III sinif
III sinfin sonunda şagird:
· təsviri və dekorativ sənətin növ və janrlarını
nümunələrə görə fərqləndirir;
· Azərbaycanın görkəmli təsviri və dekorativ sənət
nümayəndələrini (Qəzənfər Xalıqov, Ələkbər Rzaquliyev, Tokay Məmmədov, Lətif
Kərimov, Toğrul Nərimanbəyov) və onların ən məşhur əsərlərini fərqləndirir;
· rənglərdən və bədii ifadə vasitələrindən
istifadə edərək sadə təsviri və dekorativ kompozisiyalar qurur;
· sadə dekorativ kompozisiyaları məişət
predmetlərinə tətbiq edir;
· verilmiş sadə və mürəkkəb əşyaları, məzmun və
formasına, rəsm əsərlərində rəngləri emosional məna çalarlarına görə şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri və dekor sənətin əsas növlərini
tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri incəsənətin növ və janrlarını (portret,
məişət) nümunələr əsasında fərqləndirir
1.1.2. Dekorativ-tətbiqi sənətin əsas növlərini (ağac
üzərində oyma, keramika, metal üzərində döymə) nümunələrə görə fərqləndirir.
1.1.3.Azərbaycanın görkəmli təsviri və dekorativ sənət
nümayəndələrini (Qəzənfər Xalıqov, Ələkbər Rzaquliyev, Tokay Məmmədov, Lətif
Kərimov, Toğrul Nərimanbəyov) və onların ən məşhur əsərlərini fərqləndirir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1.Təsviri sənət üzrə bədii ifadə vasitələrindən
istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Təsvir alətləri (rəngli karandaşlar, flomaster
və sulu boyalar) vasitəsilə sadə təsvirlər yaradır.
2.1.2. Təsviri və dekorativ kompozisiyalarda bədii
ifadə vasitələrindən (kolorit, ton, siluet) istifadə bacarıqları nümayiş
etdirir.
2.1.3. Sadə üçölçülü əşyaları naturadan nisbi
dəqiqliklə təsvir edir.
2.1.4. Rənglərdən istifadə edərək sadə kompozisiyalar
qurur.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş
etdirir.
2.2.1. Sadə dekor (bəzək) kompozisiyaları məişət
predmetlərinə tətbiq edir.
3. Estetik reaksiya
Şagird:
3.1. Təsviri və dekorativ sənət nümunələrinə münasibət
bildirir.
3.1.1. Verilmiş sadə və mürəkkəb əşyaları məzmun və
forma baxımından şərh edir.
3.1.2. Verilmiş əsərlərdə rəngləri məna çalarlarına
görə şərh edir.
IV sinif
IV sinfin sonunda şagird:
· təsviri və dekorativ sənətin növ və janrlarına
aid kiçik təqdimatlar edir;
· Azərbaycanın görkəmli təsviri və dekorativ sənət
nümayəndələrini (Salam Salamzadə, Elbəy Rzaquliyev, Cəfər Müciri, Tahir
Salahov, Ömər Eldarov) və onların ən məşhur əsərlərini fərqləndirir;
· əşya və hadisələri praktik yolla təsvir edir;
· əşyaların xarici səthində bəzək kompozisiyaları
yaradır;
· real əşya və hadisələri mücərrəd formada təsvir
edir;
· verilmiş əşyanın məzmun və forması arasındakı
əlaqəni şərh edir, rəsm əsərindəki rəngləri emosional məna çalarlarına görə
müqayisə edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri və dekorativ sənətin əsas növlərini
tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri və dekorativ sənət növlərini əsas
xüsusiyyətlərinə görə şərh edir.
1.1.2. Təsviri və dekorativ sənətin növ və janrları
barədə kiçik təqdimatlar edir.
1.1.3. Azərbaycanın görkəmli təsviri və dekorativ
sənət nümayəndələrini (Salam Salamzadə, Elbəy Rzaquliyev, Cəfər Müciri, Tahir
Salahov, Ömər Eldarov) və onların ən məşhur əsərlərini fərqləndirir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1. Təsviri sənət üzrə bədii ifadə vasitələrindən
istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Fırçadan istifadə etməklə sulu boyalar (akvarel
və quaş) vastəsilə sadə təsvirlər, dekorativ kompozisiyalar yaradır.
2.1.2. Bədii ifadə vasitələrindən istifadə etməklə
sadə təsvirlər və dekorativ kompozisiyalar yaradır.
2.1.3. Sadə üçölçülü əşyaları naturadan və yaddaşdan
nisbi dəqiqliklə təsvir edir.
2.1.4. Əşya və hadisələri praktik yolla təsvir edir.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş
etdirir.
2.2.1. Müxtəlif əşyaların xarici səthində bəzək
kompozisiyaları yaradır.
2.2.2. Real əşya və hadisələri mücərrəd formada təsvir
edir.
3. Estetik reaksiya
Şagird:
3.1. Təsviri və dekorativ sənət nümunələrinə münasibət
bildirir.
3.1.1. Verilmiş əsərlərdə və əşyalarda məzmun və forma
arasındakı əlaqəni şərh edir.
3.1.2. Verilmiş əsərlərdə rəngləri emosional məna
çalarlarına görə müqayisə edir.
Həyat bilgisi
Məzmun xətti aşağıdakı alt-xətləri əhatə edir:
· Fərd, ailə, cəmiyyət və dövlət
· Cəmiyyətin sosial-iqtisadi həyatı
· İnsan
hüquqları və vətəndaşlıq
1.4. Fəaliyyət xətləri
Kurikulumda fənnin məzmunu bacarıqlar şəklində ifadə olunmuş standartların
köməyi ilə verilir. Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində
əldə olunur və onların köməyi ilə nümayiş etdirilir. Buna görə standartlar
müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə
alınmışdır:
· Mühakiməyürütmə və
əsaslandırma
· Əlaqələndirmə
· Tədqiqetmə
· Problemin həlli
· Təqdimetmə
Fəaliyyət xətləri məzmunun mənimsənilməsinin, ondan istifadə olunmasının,
fənnin öz daxilindəki mövzularla və digər fənlərin mövzuları ilə əlaqə
yaratmağın ən yaxşı yollarıdır. Fəaliyyət xətləri fənni bir-birilərindən
təcrid olunmuş bilik və bacarıqlar toplusu kimi yox, bütöv bir tam kimi
başa düşməyə kömək göstərir.
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
• müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin
mahiyyətini anladığını nümayiş etdirir;
• sadə coğrafi bilik və bacarıqlara malik olduğunu
nümayiş etdirir;
• canlılar aləmi haqqında təsəvvürlərə malik olduğunu
nümayiş etdirir;
• ekoloji bilik və bacarıqlara yiyələndiyini nümayiş
etdirir;
• insanı sosial varlıq kimi dərk etdiyini nümayiş
etdirir;
• sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir;
• dövlət rəmzlərini tanıdığını nümayiş etdirir;
• hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir;
• ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir;
• insan mənəviyyatını şərtləndirən amilləri anladığını
nümayiş etdirir;
• mənəviyyatın formalaşmasında dinin rolunu anladığını
nümayiş etdirir;
• mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu
nümayiş etdirir;
• sağlamlığın mühafizəsi və sağlam həyat tərzi
haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir;
• həyat və sağlamlıq üçün təhlükə törədən mənbələrə
dair bilik və bacarıqlar nümayiş etdirir;
• fövqəladə hallar barəsində ilkin təsəvvürlərə malik
olduğunu nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Müşahidə etdiyi varlıqların və təbiət
hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıqları, hadisələri sadə şəkildə təsvir
edir.
1.1.2. Varlıqları, hadisələri xarakterik əlamətlərinə
görə fərqləndirir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu
nümayiş etdirir.
1.2.1. Coğrafi obyektləri (dağ, təpə, dərə, düzənlik,
çay, göl) əlamətlərinə görə fərqləndirir.
1.2.2. Yaşadığı ərazinin sadə coğrafi təsvirini verir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik
olduğunu nümayiş etdirir.
1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki,
heyvan, insan) tanıyır.
1.3.2. Canlıların yaşamasını şərtləndirən amilləri
sadalayır.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
1.4.1. Ətraf mühitin (evin, sinifin, həyətin, havanın,
suyun) təmiz saxlanmasının vacibliyini sadə şəkildə şərh edir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş
etdirir.
2.1.1. “Fərd”, “ailə” və “kollektiv” anlayışları
barədə təsəvvürlərini bildirir.
2.1.2. Birgə fəaliyyətin faydasını nümunələr əsasında
izah edir.
2.1.3. Ailədə və kollektivdə üzərinə düşən vəzifələri
sadalayır.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
2.2.1. Gün rejimi haqqında təsəvvürlərini sadə şəkildə
ifadə edir.
2.2.2. “Büdcə” anlayışını sadə şəkildə izah edir.
2.2.3. Azərbaycan Respublikasının pul nişanlarını
tanıyır.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Azərbaycan Respublikasının Dövlət rəmzlərini
sadə şəkildə izah edir.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş
etdirir.
2.4.1. Məktəbin daxili nizam-intizam qaydalarını
sadalayır.
2.4.2. Şagird hüquqlarını sadalayır.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir.
3.1.1. İnsanlararası ünsiyyət etiketlərinə (salamlaşmaq,
özünütəqdim, müraciət, müraciətə cavab, xudahafizləşmək) əməl edir.
3.1.2. Etiketdənkənar davranışları fərqləndirir.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri
anladığını nümayiş etdirir.
3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri (düzlük,
doğruçuluq, çalışqanlıq, səmimilik) sadə şəkildə şərh edir.
3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə (yalançılıq,
paxıllıq, xəbərçilik) münasibət bildirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu
anladığını nümayiş etdirir.
3.3.1. Təsvirlərdə dini rəmzləri (ibadətgahlar,
nişanlar, dini kitablar, əşyalar) fərqləndirir.
3.3.2. Dinlər haqqında ilkin təsəvvürlərini sadə
şəkildə izah edir.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu
nümayiş etdirir.
3.4.1. Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə və
xəstələrə qayğı) haqqında təsəvvürlərini ifadə edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi
haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
4.1.1. Sağlam həyat tərzinin şərtlərini (təmizkarlıq,
düzgün qidalanma, yuxu və istirahət) sadalayır.
4.1.2. Hava durumuna uyğun geyim seçiminin
əhəmiyyətini sadə formada əsaslandırır.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbələrə
dair bilik və bacarıqlar nümayiş etdirir.
4.2.1. Həyat və sağlamlıq üçün təhlükə törədə bilən
məişət alət və avadanlıqlarını (elektrik və qaz cihazları, alışdırıcı, kəsici
və deşici alətlər) sadalayır.
4.2.2. Ətrafdakı şübhəli əşyalara toxunmağın və
tanımadığı insanlarla ünsiyyətin təhlükəsini izah edir.
4.2.3. Sadə yol hərəkət qaydalarını (səki və yolun
kənarı ilə hərəkət etmək, svetoforun işarələrinə əməl etmək) sadalayır.
4.2.4. Nəqliyyat vasitələrini (lift, eskalator,
avtomobil, avtobus, qatar, gəmi, təyyarə) tanıyır.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə
malik olduğunu nümayiş etdirir.
4.3.1. Təbii fövqəladə hadisələri (daşqın, subasma,
qasırğa, ildırım, zəlzələ, torpaq sürüşməsi, qar uçqunu) və texnogen qəzaları
(partlayış, yanğın, böyük nəqliyyat qəzası, ətraf mühitin zəhərli maddələrlə
çirklənməsi) təsvirlərdə tanıyır.
4.3.2. Mülki-müdafiə siqnallarını və qəzalardan
mühafizə vasitələrini (əleyhqaz, respirator, yanğınsöndürmə balonu, su, qum)
tanıyır.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal
vəziyyətlərdə su, qum, respiratordan istifadə bacarıqları nümayiş etdirir.
II sinif
II sinfin sonunda şagird:
· varlıq və hadisələri xarakterik əlamətlərinə
görə qruplaşdırır və müvafiq avadanlıqlardan sərbəst istifadə edir;
· coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik,
çay, göl) yaranma səbəblərini izah edir;
· canlılar aləminə aid olan varlıqları spesifik
xüsusiyyətlərinə görə fərqləndirir;
· ətraf mühiti çirkləndirən mənbələri şərh edir;
· “fərd”, “ailə” və” kollektiv” anlayışlarını,
özünün ailədə və kollektivdəki vəzifələrini şərh edir;
· şəxsi büdcəsini tərtib edir və müvafiq
hesablamalar aparır;
· dövlətin əlamətlərini tanıdığını nümayiş
etdirir;
· məktəbdaxili nizam-intizam qaydalarını izah
edir;
· özünün və yoldaşlarının hüquqlarını bilir;
· insanlararası ünsiyyət etiketlərinə dair bilik
və bacarıqlarını nümayiş etdirir;
· şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətlərə
münasibət bildirir;
· mənəviyyatın formalaşmasında dinin rolunu izah
edir;
· müxtəlif dinlərin ümumi cəhətlərini şərh edir;
· insanlara qayğı göstərməyin mənəvi borc olması
barədə fikirlərini şərh edir;
· mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu
nümayiş etdirir;
· sağlam həyat tərzi və yoluxucu xəstəliklər
barədə fikirlərini şərh edir;
· məişətdə və ətraf mühitdə insan sağlamlığı üçün
zəruri olan təhlükəsizlik qaydalarını izah edir;
· təbii və texnogen qəzalardan mühafizə
vasitələrini bilir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Müşahidə etdiyi varlıqların və təbiət
hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıqları, hadisələri xarakterik əlamətlərinə
görə qruplaşdırır.
1.1.2. Varlıq və hadisələri öyrənmək üçün müvafiq
avadanlıqlardan sərbəst istifadə edir.
1.1.3. Suyun təbiətdə dövranını sadə şəkildə təsvir
edir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu
nümayiş etdirir.
1.2.1. Coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik,
çay, göl) yaranma səbəblərini izah edir.
1.2.2. Üfüqün cəhətlərini təyin edir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik
olduğunu nümayiş etdirir.
1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki,
heyvan, insan) təsvir edir.
1.3.2. Tanıdığı canlıları spesifik xüsusiyyətlərinə
görə fərqləndirir.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
1.4.1. Ətraf mühiti çirkləndirən mənbələri ayırd edir.
1.4.2. Təqdim olunmuş materiallarda ətraf mühitə
münasibəti qiymətlən-dirir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş
etdirir.
2.1.1.” Fərd”, “ailə” və” kollektiv” anlayışlarını
fərqləndirir.
2.1.2. Özünün və yoldaşlarının kollektiv daxilindəki
fəaliyyətinə münasibət bildirir.
2.1.3. Ailədə və kollektivdə vəzifələrin əhəmiyyətini
izah edir.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
2.2.1. Gün rejiminin nümunəsində vaxtdan səmərəli
istifadə etdiyini nümayiş etdirir.
2.2.2. Verilmiş şərtlərə uyğun şəxsi büdcəsini tərtib
edir.
2.2.3. Milli pulla müvafiq hesablamalar aparır.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Dövlətin əlamətlərini (ərazi, ordu, milli pul,
rəhbər, paytaxt) tanıyır.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş
etdirir.
2.4.1. Məktəbin daxili nizam-intizam qaydalarının
mahiyyətini sadə formada izah edir.
2.4.2. Özünün və yoldaşlarının hüquqlarının pozulması
hallarına münasibət bildirir.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir.
3.1.1. İnsanlararası ünsiyyət etiketlərinə (yoldaşını
təqdim etmək, hal-əhval tutmaq, təbrik etmək, kömək təklif etmək) əməl edir.
3.1.2. Etiketdənkənar davranışlara tənqidi münasibət
bildirir.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri
anladığını nümayiş etdirir.
3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri
(mərhəmət, ailəyə və vətənə məhəbbət, düşmənə nifrət, səhvini etiraf etmək)
şərh edir.
3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə (kin, nifrət,
laqeydlik) münasibət bildirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu
anladığını nümayiş etdirir.
3.3.1. Nümunələr əsasında müxtəlif dinlərin mövcudluğunu
izah edir.
3.3.2. Dinlərin ümumi cəhətlərini izah edir.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu
nümayiş etdirir.
3.4.1. Mənəvi borc (dəstək olmaq, mərhəmət, şəfqət və
yardım göstərmək) haqqında biliklərini izah edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi
haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
4.1.1. Sağlam həyat tərzi haqqında mülahizələrini şərh
edir.
4.1.2. Yoluxucu xəstəliklərdən (qrip, angina) qorunma
yollarını sadə formada şərh edir.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və
obyektləri tanıyır və nəzərə alır.
4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik
avadanlıqlarının, habelə alışdırıcı, deşici və kəsici alətlərin hansı hallarda
təhlükə mənbəyinə çevrildiyini sadə formada təsvir edir.
4.2.2. Ətrafda həyat üçün təhlükəli olan yer və
obyektləri (gəzinti qadağan olunan yerlər, elektrik və qaz qurğuları)
sadalayır.
4.2.3. Zəruri yol hərəkət qaydalarını (piyada keçid
nişanları olan və olmayan yerlərdə) izah edir.
4.2.4. Nəqliyyat vasitələrində (lift, eskalator,
avtomobil, avtobus, qatar) təhlükəsizlik qaydalarını (minmək, düşmək,
pəncərədən boylanmamaq, qolunu çıxarmamaq, sallanmamaq) izah edir.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə
malik olduğunu nümayiş etdirir.
4.3.1. Fövqəladə halları əlamətlərinə görə (təbii,
texnogen) fərqləndirir.
4.3.2. Qəzalardan mühafizə vasitələrini təyinatına
görə izah edir.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal
vəziyyətlərdə (zəlzələ, subasma, yanğın, partlayış təhlükəsi zamanı həyəcan
siqnalı) özünümühafizə bacarıqları nümayiş etdirir.
III sinif
III sinfin sonunda şagird:
• varlıq və hadisələr arasındakı əlaqələri şərh edir,
maddələrin və hadisələrin təbiətini öyrənmək üçün kiçik təcrübələr aparır və
nəticələri izah edir;
• coğrafi obyektləri əlamətlərinə görə fərqləndirir;
• sadə əşyaların və evinin planını çəkir;
• canlılar arasındakı əlaqəni, ətraf aləmin dərk
edilməsində duyğu orqanlarının rolunu izah edir;
• ətraf mühitin sağlamlaşdırılmasında bitki örtüyünün
rolunu izah edir;
• təbiətimizin qorunmasında Azərbaycan dövlətinin
rolunu izah edir;
• “cəmiyyət” anlayışı və onun tərkibi barədə
fikirlərini şərh edir;
• mövcud resurslardan (ərzaq, su, qaz, elektrik
enerjisi) qənaətlə istifadə, “gəlir”, “xərc” və “ailə büdcəsi” anlayışları
barədə fikirlərini şərh edir;
• Azərbaycanın dövlət rəmzlərini tanıdığını nümayiş
etdirir;
• “qayda” və “qanun” anlayışlarının fərqini izah edir;
• uşaq hüquqları haqqında müvafiq sənədləri sadalayır;
• ünsiyyət zamanı nəzakət qaydalarına əməl edir;
• digər xalqların ünsiyyət qaydalarına tolerant
yanaşır;
• mənəviyyata zidd xüsusiyyətlərə münasibət
bildirir;
• müxtəlif dinlərin peyğəmbərlərini və səmavi
kitablarını tanıyır, dinlərin təbliğ etdiyi dəyərləri şərh edir;
• mənəvi borc haqqında biliklərini həyat təcrübəsi
incəsənət əsərləri əsasında şərh edir;
• sağlam həyat tərzinə zidd olan vərdişlərin, mövsümə
görə yayılan xəstəliklərdən qorunma yollarını şərh edir;
• məişətdə istifadə olunan qaz, elektrik avadanlıqlarından
vaxtı ötmüş qida məhsullarından istifadənin təhlükəli olması barədə fikirlərini
şərh edir;
• nəqliyyat vasitələrindən təhlükəsizlik qaydaları
barədə bilik və bacarıqlarını nümayiş etdirir;
• fövqəladə halları səciyyəvi xüsusiyyətlərinə görə
izah edir və qəzalardan mühafizə qaydalarını bilir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
1.1. Müşahidə etdiyi varlıqların və təbiət
hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıqlar, hadisələr arasındakı əlaqələri sadə
formada şərh edir.
1.1.2. Maddələrin və hadisələrin təbiətini öyrənmək
üçün kiçik təcrübələr aparır və nəticələri izah edir.
1.1.3. “Zaman”, “məkan” və “hərəkət” anlayışlarını
sadə şəkildə izah edir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu
nümayiş etdirir.
1.2.1. Coğrafi obyektləri (dəniz, okean, ada, materik)
əlamətlərinə görə fərqləndirir.
1.2.2. Azərbaycanın sadə coğrafi təsvirini verir.
1.2.3. Sadə əşyaların və evinin planını çəkir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik
olduğunu nümayiş etdirir.
1.3.1. Bitkiləri və heyvanları səciyyəvi əlamətlərinə
görə qruplaşdırır.
1.3.2. Canlılar arasındakı əlaqəni izah edir.
1.3.3. Ətraf aləmin dərk edilməsində duyğu
orqanlarının rolunu izah edir.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
1.4.1. Ətraf mühitin sağlamlaşdırılmasında bitki
örtüyünün rolunu şərh edir.
1.4.2. Təbiətimizin qorunmasında Azərbaycan dövlətinin
rolunu izah edir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş
etdirir.
2.1.1. Fərd-ailə və fərd-kollektiv münasibətlərini
şərh edir.
2.1.2. “Cəmiyyət” anlayışı haqqında təsəvvürlərini
ifadə edir.
2.1.3. Cəmiyyətin tərkibi (ailə, kollektiv) barədə
biliklərini sadə şəkildə şərh edir.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
2.2.1. Mövcud resurslardan (ərzaq, su, qaz, elektrik
enerjisi) qənaətlə istifadə barədə fikirlərini ifadə edir.
2.2.2. “Gəlir” və “xərc”, ailə büdcəsi, anlayışlarını
sadə şəkildə izah edir.
2.2.3. Digər dövlətlərin pul nişanlarını tanıyır.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Verilmiş əlamətlərə uyğun olaraq Azərbaycan
dövlətini təsvir edir.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş
etdirir.
2.4.1. “Qayda” və “qanun” anlayışlarının fərqini sadə
şəkildə izah edir.
2.4.2. Uşaq hüquqları haqqında müvafiq sənədləri (Uşaq
Hüquqları Konvensiyası, Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları haqqında
Azərbaycan Qanunu) sadalayır.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir.
3.1.1. Ünsiyyət zamanı nəzakət qaydalarına (müsahibini
sonadək dinləmək, sözü kəsməmək, müsahibinə təşəkkür etmək) əməl edir.
3.1.2. Başqa xalqların ünsiyyət qaydalarındakı milli
ünsiyyət etiketlərimizə uyğun gəlməyən fərqliliklərə tolerant yanaşır.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri
anladığını nümayiş etdirir.
3.2.1. Şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətləri
(sadəlik, təvazökarlıq, səbrlilik, iradəlilik, çətin vəziyyətlərdə özünü
itirməmək) şərh edir.
3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə (lovğalıq,
qorxaqlıq, xəyanət) münasibət bildirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu
anla¬dığını nümayiş etdirir.
3.3.1. Dinin mahiyyətini sadə formada şərh edir.
3.3.2. Dinlərin təbliğ etdiyi dəyərləri şərh edir.
3.3.3. Peyğəmbərləri və səmavi kitabları tanıyır.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu
nümayiş etdirir.
3.4.1. Mənəvi borc haqqında biliklərini nümunələr
(həyati, bədii və təsviri sənət əsərləri) əsasında şərh edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi
haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
4.1.1. Ətraf mühitdə orqanizmə mənfi təsir göstərən
amilləri, sağlam həyat tərzinə zidd olan vərdişləri izah edir.
4.1.2. Mövsümə görə geniş yayılan xəstəliklərdən
qorunma yollarını izah edir.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və
obyektləri tanıyır və nəzərə alır.
4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından,
habelə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz istifadə qaydalarını
sadalayır.
4.2.2. Vaxtı ötmüş qida məhsullarından, dərman
preparatlarından icazəsiz istifadənin həyat üçün təhlükəli olduğunu izah edir.
4.2.3. Zəruri yol nişanlarını (xəbərdarlıq, qadağan,
məlumatverici) fərqləndirir.
4.2.4. Nəqliyyat vasitələrində (gəmi, təyyarə)
təhlükəsizlik qaydalarını (göyərtənin kənarlarına yaxınlaşmamaq, xilasedici
gödəkçədən və təhlükəsizlik kəmərindən istifadə, ayaqüstə durmamaq, mobil
telefondan və digər texniki vasitələrdən istifadə etməmək) izah edir.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə
malik olduğunu nümayiş etdirir.
4.3.1. Fövqəladə halları səciyyəvi xüsusiyyətlərinə
görə izah edir.
4.3.2. Qəzalardan mühafizə vasitələrindən istifadə
qaydalarını şərh edir.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal
vəziyyətlərdə (əleyhqaz, yanğınsöndürmə balonu) özünümühafizə bacarıqları
nümayiş etdirir.
IV sinif
IV sinfin sonunda şagird:
• varlıq və hadisələrin mahiyyəti haqqında kiçik
təqdimatlar edir;
• coğrafi obyektləri xəritədə göstərir, yaşadığı
məhəllənin planını çəkir;
• bitki, heyvan və mikroorqanizmin insan həyatında
rolunu, insan orqanlarının funksiyalarını sadə şəkildə izah edir;
• ekologiyanın sağlamlaşdırılması, qorunması ilə bağlı
kiçik təqdimatlar edir;
• insanı sosial varlıq kimi səciyyələndirən cəhətlər
barədə təqdimatlar edir;
• “vergi”, “dövlət bücəsi” və “sığorta” anlayışlarını
sadə şəkildə izah edir;
• ”qənaət”, “israf” anlayışlarını müqayisə edir;
• dövlət orqanlarının (təhsil, səhiyyə, vergi, daxili
işlər, məhkəmə) funksiyalarını izah edir;
• öz hüquqlarını uşaq hüquqları sənədləri baxımından
şərh edir;
• ünsiyyət mədəniyyətinə aid kiçik təqdimatlar edir;
• müzakirə və diskussiyalarda mənəvi keyfiyyətləri
nümayiş etdirir;
• dini dəyərləri xurafatdan fərqləndirir;
• ailə və vətən qarşısında mənəvi borcla bağlı kiçik
təqdimatlar edir;
• sağlamlığa mənfi təsir göstərən əsəbilik və digər
emosional gərginlikləri nümunələrlə izah edir;
• məişətdə istifadə olunan qaz və elektrik
avadanlıqlarından təhlükəsiz istifadə qaydalarını izah edir
• yol hərəkəti və nəqliyyatdan istifadə qaydaları ilə
bağlı kiçik təqdimatlar edir;
• fövqəladə hallar zamanı tibbi yardım barədə
biliklərini şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Müşahidə etdiyi varlıqların və təbiət
hadisələrinin mahiyyətini anladığını nümayiş etdirir.
1.1.1. Varlıq və hadisələrin mahiyyəti haqqında kiçik
təqdimatlar edir.
1.1.2. Təbii resurslardan, təbiət hadisələrindən
(“işıq”, “səs” və “enerji”) istifadədə elmin rolunu izah edir.
1.1.3. Azərbaycanda mövcud olan enerji mənbələri
haqqında kiçik təqdimatlar edir.
1.2. Sadə coğrafi bilik və bacarıqlara malik olduğunu
nümayiş etdirir.
1.2.1. Coğrafi obyektləri xəritədə göstərir.
1.2.2. Yerin təbii zonalarını sadə şəkildə təsvir
edir.
1.2.3. Yaşadığı ərazinin, məhəllin planını çəkir.
1.3. Canlılar aləmi haqqında təsəvvürlərə malik
olduğunu nümayiş etdirir.
1.3.1. Canlı və cansız təbiət arasındakı əlaqələri
izah edir.
1.3.2. Bitki, heyvan və mikroorqanizmlərin insan
həyatında rolunu izah edir.
1.3.3. İnsan orqanlarının funksiyalarını sadə şəkildə
izah edir.
1.4. Ekoloji bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
1.4.1. Yaşadığı ərazidə ekologiyanın sağlamlaşdırılması
üçün kiçik layihələr hazırlayıb təqdim edir.
1.4.2. Ekologiyanın qorunması ilə bağlı kiçik
təqdimatlar edir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. İnsanı sosial varlıq kimi dərk etdiyini nümayiş
etdirir.
2.1.1. Cəmiyyətdə fərd, ailə, kollektivin rolunu sadə
şəkildə izah edir.
2.1.2. İnsanı sosial varlıq kimi səciyyələndirən
cəhətlər barədə kiçik təqdimat hazırlayır.
2.1.3. Ailə və kollektivdə üzərinə düşən vəzifələr
haqqında təqdimatlar hazırlayır.
2.2. Sadə iqtisadi bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
2.2.1. “Qənaət” və “israf “ anlayışlarını müqayisə
edir.
2.2.2. “Vergi”, “Dövlət büdcəsi” və “Sığorta”
anlayışlarını sadə şəkildə izah edir.
2.2.3. Milli pul nişanları ilə digər dövlətlərin pul
nişanlarını fərqləndirir.
2.3. Dövlət rəmzlərini tanıdığını nümayiş etdirir.
2.3.1. Dövlət orqanlarının (təhsil, səhiyyə, vergi,
daxili işlər, məhkəmə) funksiyalarını izah edir.
2.4. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş
etdirir.
2.4.1. Müvafiq situasiyalarda qanun və qaydalara əməl
edir.
2.4.2. Öz hüquqlarını uşaq hüquqları haqqında müvafiq
sənədlər baxımından şərh edir.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyəti haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir.
3.1.1. Tənqidi münasibətdə nəzakət qaydalarına
(şəxsiyyətə toxunmamaq, kobud ifadələr işlətməmək, sərt formada etiraz etməmək,
qəbuledilməz təkliflərə “yox” demək ) riayət edir.
3.1.2. Ünsiyyət mədəniyyətinə həsr olunmuş kiçik
təqdimatlar edir.
3.2. İnsan mənəviyyatını şərtləndirən amilləri
anladığını nümayiş etdirir.
3.2.1. Bədii əsər, film və tamaşa qəhrəmanlarının
nümunəsində mənəvi keyfiyyətləri izah edir.
3.2.2. Yiyələnmiş olduğu mənəvi keyfiyyətləri müzakirə
və diskussiyalarda nümayiş etdirir.
3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu
anladığını nümayiş etdirir.
3.3.1. İslam dininin böyük şəxsiyyətlərini tanıyır.
3.3.2. İslam peyğəmbərinin həyat və fəaliyyəti
haqqında kiçik təqdimatlar edir.
3.3.3. Dini dəyərlərlə xurafatı fərqləndirir.
3.4. Mənəvi borc haqqında təsəvvürlərə malik olduğunu
nümayiş etdirir.
3.4.1. Ailə və Vətən qarşısında mənəvi borcla bağlı
kiçik təqdimatlar edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlamlığın mühafizəsi və sağlam həyat tərzi
haqqında bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
4.1.1. Əsəbi halların və digər emosional
gərginliklərin insan sağlamlığına mənfi təsirini izah edir.
4.1.2. Nümunələr əsasında sağlamlığın qorunmasına aid
kiçik təqdimatlar edir.
4.2. Həyat və sağlamlıq üçün təhlükə törədən mənbə və
obyektləri tanıyır və nəzərə alır.
4.2.1. Məişətdə istifadə olunan qaz və elektrik
avadanlıqlarından, habelə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz
istifadə qaydalarını izah edir.
4.2.2. Müvafiq nişanlara (yüksək gərginlik, minalanmış
sahə, yanğın təhlükəsi, radioaktivlik, zəhərli maddə, torpaq sürüşməsi, uçqun,
daşqın və çimərlik nişanları) görə həyat üçün təhlükə mənbələrini fərqləndirir.
4.2.3. Yol hərəkəti və nəqliyyatdan istifadə qaydaları
ilə bağlı kiçik təqdimatlar edir.
4.2.4. Nəqliyyat vasitələrindən istifadə zamanı
təhlükəsizlik qaydalarına riayət edir.
4.3. Fövqəladə hallar barəsində ilkin təsəvvürlərə
malik olduğunu nümayiş etdirir.
4.3.1. Fövqəladə halların nəticələrinə dair kiçik
təqdimatlar edir.
4.3.2. Qəza zamanı ilkin tibbi yardım barədə
biliklərini şərh edir.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış ekstremal
vəziyyətlərdə mühafizə və tibbi yardım bacarıqları nümayiş etdirir.
Ətraflı hamısı üçün sənədi yükləyin
salam LEYLA XANIM. Mənə standartlardan çıxan səviyyələr üzrə meyarlar lazımdır. buradan yükləmişdim. indi tapa bilmirəm
YanıtlaSilSalam Zəhmət olmasa bu fayli atinda mene
YanıtlaSil