II Mövzu:
Fənn kurikulumu,
Standartlar, məzmun standartlarının quruluşu, Taksonomiyalar:
Fənn kurikulumunun xarakterik cəhətləri
Fənlər üzrə təhsil proqramı (kurikulumu) hər fənn üzrə məqsəd və
vəzifələri müəyyənləşdirən və ona doğru istiqamətlənmiş standartların
reallaşması üçün zəruri fəaliyyətləri əhatə edən konseptual sənəddir.
Fənn kurikulumunun strukturu:
Giriş: Fənnin məqsəd və vəzifələri, Fənnin xarakterik xüsusiyyətləri
Giriş: Fənnin məqsəd və vəzifələri, Fənnin xarakterik xüsusiyyətləri
1. Fənnin
məzmunu
Ümumi təlim nəticələri Məzmun xətləri
Məzmun
xətləri üzrə
təlim
nəticələri
Məzmun standartları
İnteqrativlik
|
2. Təlim strategiyası
Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
Forma
və üsulların təkmilləşdirilməsi barədə
tövsiyələr
Müəllimin
təlim fəaliyyəti-
nin planlaşdırılmasına dair
nümunələr
Məzmun
standartlarının
şərhi
|
3. Şagird nailiyyətinin
qiymətləndirilməsi
Əsas qiymətləndirmə növləri
Qiymətləndirmə
standartları və qiymətləndirmə vasitələri
|
Fənn kurikulumunda siniflər üzrə fənnin məzmunu
(fənnin məqsədləri, məzmun xətti, standartlar, alt- standartlar), təlim strategiyaları, qiymətləndirmə standartları,
növləri, üsulları və vasitələri əks olunub.
Təlim modeli: məzmun-metod-öyrədici mühit-qiymətləndirmə
Təlim nəticələri-
müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Təlim nəticələri fənn kurikulumundakı məzmun standartlarının əsasını təşkil edir.
Təlim modeli: məzmun-metod-öyrədici mühit-qiymətləndirmə
Təlim nəticələri-
müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Təlim nəticələri fənn kurikulumundakı məzmun standartlarının əsasını təşkil edir.
Məzmun xətti -fənn üzrə ümumi təlim nəticələrinin
reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri
hissəsidir.
Məzmun standartı -təhsil alanların bilik və bacarıqlarına qoyulmuş dövlət tələbidir.
Əsas
standartların funksiyası
ü Fənlər üzrə müəyyən olunan təlim
nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
Alt-standartların
funksiyaları
ü Təlim məqsədlərinin dəqiq
müəyyən olunması üçün etibarlı zəmin yaradır.
ü Təlim strategiəalarının düzgün seçilməsində mühüm rol oynayır.
ü Təlimdə inteqrativliyi təmin edir.
ü Təlimin məzmununun davamlı
inkişafını təmin edir.
ü Sinif və fənlər üzrə summativ
qiymətləndirmənin aparılmasını təmin edir.
Məzmun
standartlarının komponentləri üzrə təsnifat
1. Bilik: 2. Fəaliyyət
Biliyin kateqoriyaları: Standartlarda
ifadə edilən bilik adətən alt standartlarda üç geniş kateqoriyadan
birinə aid olur. Bu kateqoriyalar
biliyin üç əsas növünü təmsil edir.
1. Deklarativ/Faktoloji bilik: prosesləri və ya fəaliyyət mərhələlərini
ehtiva etmir. Müəyyən fənn üzrə məlumat xarakterli biliklərdir. Bunların
sırasına artıq mövcud olan mühüm anlayışlar və faktlar, terminologiya və
təriflər, hər hansı bilik sahəsini dərk etmək və problemləri həll etmək üçün
vacib olan məlumatlar daxildir.
2. Prosedural bilik: prosesi ehtiva edir. Bu bilik hər hansı fənn üzrə mühüm vərdiş və proseslər kimi qəbul edilə bilər. Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən prosedur qaydaları əhatə edən biliklərdir. Bunların sırasına tədqiqat, araşdırma və tətbiqetmə metod və texnikaları, alqoritmlər, xüsusi metodologiyalar daxildir.
3. Kontekstual/Konseptual bilik: sadəcə prosedural ve ya deklarativ biliyin
əsasında qurulan biliyin yeni məzmununu təşkil edir. Konseptual bilik problemin
həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir. Bunların sırasına müəyyən
bilik sahəsinə münasib faktları ümumiləşdirən
və əlaqələndirən şəxsin yaratdığı yeni konsepsiyalar, ümumiləşdirmələr,
nəzəriyyələr, təsnifatlar, prinsiplər, modellər, strukturlar daxildir.
Məlumat xarakterli
biliklərdir. Bunların sırasına anlayışlar, təriflər, faktlar daxilldir.
Fəaliyyətin icrasına dair
prosedur qaydaları əhatə edən biliklərdir.
Problemin həll edilməsi yolu
ilə əldə olunan yeni biliklərdir.
İdrak prosesinin gedişatına,
dərketmə qabiliyyətinin refleksiyasına və dərk edilməsinə kömək edən
biliklərdir. Bunların sırasına problemin həlli və idrak məsələlərinin necə
həyata keçirilməsi haqqında strateji və ya reflektiv biliklər, idrak prosesi
haqqında təsəvvürlər daxildir.
Fəaliyyət növləri:
1. İdraki (Koqnitiv)
tanımaq, qaydanı izah etmək, nümunə
göstərmək, istifadə etmək, təhlil etmək, müqayisə etmək, dəyərləndirmək 2. Emosional-affektiv (Ünsiyyət)
seçimini izah etmək, təsvir etmək, şərh
etmək, reaksiya vermək, təqdim etmək
3. Psixomotor
3. Psixomotor
rəqs etmək, qaçmaq,
yazmaq, rəsm çəkmək, yapmaq, quraşdırmaq
TƏLİM MƏQSƏDLƏRİNİN TAKSONOMİYASINA DAİR
TƏLİM MƏQSƏDLƏRİNİN TAKSONOMİYASINA DAİR
*
Təlim məqsədləri bilik, bacarıq, vərdiş və dəyərlərin formalaşmasını əks
etdirir.
*
Taksonomiya təlim məqsədlərinin həm iyerarxiyasını, həm də təsnifatını özündə
birləşdirir.
Təlim
məqsədlərinin taksonomiyası Benjamen Blum
(ABŞ) tərəfindən 1956-ci ildə təklif olunmuşdu və 3
sahəni əhatə edirdi : koqnitiv (idraki),
affektiv (emosional) və psixomotor məqsədlər.
*
Blumun taksonomiyasının
təkmilləşdirilmiş variantı L.Anderson və D.Krasvol (2001) tərəfindən
hazırlanan taksonomiyasıdır
Summativ qiymətləndirmə Alt standarta əsasən aparılmır.Esas standartda əsasən aparılır
YanıtlaSilMəzmun standartları əsasında aparılır.(TAİM/MAKSİMUM)İ.Həsənov.səh.23
SilFənn kurikulumun seciyyevi cəhətləri hansılardlr?
YanıtlaSilBir alt standartın reallaşdırmaq üçün necə təlim nətlim nəticəsi müəyyən etmək olar
YanıtlaSilSalam. Məlumat üçün təşəkkür edirəm.
YanıtlaSil