I Mövzu:
Təhsil islahatları, Təhsilə aid sənədlər, Kompetensiyalar, Kurikulum anlayışı
Təhsil islahatları, Təhsilə aid sənədlər, Kompetensiyalar, Kurikulum anlayışı
Kompetensiyalar: Bacarıqların müəyyən edilmiş standarta uyğun
olması
Həyatda
vacib olan yüksək səviyyədə biliklər + bacarıqlar + vərdişlər+ keyfiyyətlər + dəyərlər = kompetensiyalar:
Əsas
kompetensiyalar
|
Metakompetensiyalar
|
Ana
dilində ünsiyyət kompetensiyası
|
tənqidi təfəkkür,
yaradıcı yanaşma,
təşəbbüskarlıq,
problemlərin həlli,
riskin qiymətləndirilməsi,
qərarların qəbul edilməsi
hislərin konstruktiv idarə
edilməsi
|
Xarici
dillərdə ünsiyyət kompetensiyası
|
|
Riyazi
savad, elm və texnologiyada əsas kompetensiyalar
|
|
Kompüter
savadı kompetensiyası
|
|
Müstəqil
öyrənmə kompetensiyaları
|
|
Sosial
və vətəndaşlıq kompetensiyaları
|
|
Yenilik
və sahibkarlıq kompetensiyası
|
|
Məlumatlılıq
və mədəni sahədə özünü ifadə etmək kompetensiyası
|
TƏLİM YANAŞMALARI
|
|
ƏNƏNƏVI YANAŞMA
|
MÜASİR YANAŞMA
|
1. Proqramın tələblərinə
yönəlib
|
1. Şagirdin tələblərinə
yönəlib
|
2. Müəllimə yönəlib
|
2.Şagirdə
yönəlib
|
3. Fənnin məqsədlərinə
yönəlib
|
3. Təlim nəticələrinə
yönəlib
|
4. Biliklərə yönəlib
|
4. Kompetensiyalara
yönəlib
|
Kurikulum islahatını zəruri edən səbəblər
ü Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması
ü Planlı iqtisadiyyatdan bazar
iqtisadiyyatına keçid
ü Dünya təhsil sisteminə inteqrasiya
ü İnformasiya əsrinin tələbləri
ü Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması
ü Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi
Təhsil islahatlarının mərhələləri (1999-2013)
|
Ümumtəhsil
sistemində dövlət siyasətini əks etdirən sənədlər
4. «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası» 24 oktyabr 2013
5. 2006 – Azərbaycan
Respublikası ümumi təhsilin konsepsiyası (Milli Kurikulum)
Azərbaycan Respublikasının təhsilində 5 pillə müəyyən olunur: məktəbəqədər, ümumi orta, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali.
Azərbaycan Respublikasının təhsilində 5 pillə müəyyən olunur: məktəbəqədər, ümumi orta, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali.
Ümumi orta pilləsi 3 səviyyəyə bölünür: ibtidai, ümumi orta, tam orta
Kurikulum: təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir
Kurikulum anlayışı
“Kurikulum”
latın sözü olub, lüğəvi mənası “kurs”, “elm”, “yol”, “istiqamət” deməkdir. Bu
söz ingiliscə-rusca lüğətlərdə “təlim kursu”, “tədris planı”, “proqram”kimi
izah olunur. Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan
bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-ci
ildə ABŞ-da meydana gəlmışdir.
Kurikulumun “şəxsiyyətyönümlülük”,
“şagirdyönümlülük” və “nəticəyönümlülük” yanaşmaları təlimin mərkəzində
şagirdin olmasını göstərir. Bu yanaşmalar xüsusən təlim məqsədlərinin yazılışında da əks
olunur.
Kurikulum
xüsusiyyətlərinin təlim-tərbiyə
prosesində böyük faydası var: təlim-tərbiyə prosesini daha səmərəli edir, təcrübə yönümlü bacarıqlar formalaşdırmağa
imkan yaranır. Bununla əlaqədar
müəllimin qarşısında yeni tələblər qoyulur.
Müasir təhsil proqramının xüsusiyyətləri
(prinsipləri)
Şagirdyönümlülük:Təhsil
sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və təlabatlarının
ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına
xidmət etməsidir.
Şəxsiyyətyönümlülük:Təhsil alanın
idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını
inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır
Tələbyönümlülük:Fərdin,
cəmiyyətin və dövlətin dəyişən ehtiyac və təlabatlarının nəzərə alınmasıdr.
Nəticəyönümlülük:Nəzərdə tutulan
təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir.
İnteqrativlik:Təhsilin
məzmun komponentlərinin bir –biri ilə və həyatla sistemli şəkildə
əlaqələndirilməsidir.
Qiymətləndirmə
standartları:Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir
Ənənəvi təhsil proqramı
Ənənəvi təhsil proqramı
1.
Bilikyönümlüdür. 2.
Müəllimyönümlüdür. 3.
Fənyönümlüdur.
4. Təklifyönümlüdür.
5. Fəndaxili və fənlərarası əlaqə sistemli xarakter daşımır.
6. Bəzi fənlər üzrə
qiymət normaları müəyyən edilib.
0 yorum:
Yorum Gönder