Tərbiyə
insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına,müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü professional fəaliyyətdir.
Tərbiyə
təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir.
Tərbiyəyə Müxtəlif Baxışlar
Orta əsrlərdə tərbiyəyə insanı idarə etmək vasitəsi kimi baxılırdı:
uşaq qoyulmuş qaydalara, böyüklərin tələblərinə tabe olmalı idi.
Belə tərbiyə avtoritar tərbiyə adlanırdı.
Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi.
uşaq qoyulmuş qaydalara, böyüklərin tələblərinə tabe olmalı idi.
Belə tərbiyə avtoritar tərbiyə adlanırdı.
Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi.
Kapitalizmin inkişafı ilə əlaqədar tərbiyəyə yeni baxışlar meydana çıxdı.
Tərbiyə insanın təbii qüvvələrini inkişaf etdirən,
onun sərbəst inkişafını təmin edən vasitə kimi başa düşülürdü.
Bu əsasda azad tərbiyə ideyası irəli sürüldü (C.C.Russo).
Tərbiyə insanın təbii qüvvələrini inkişaf etdirən,
onun sərbəst inkişafını təmin edən vasitə kimi başa düşülürdü.
Bu əsasda azad tərbiyə ideyası irəli sürüldü (C.C.Russo).
Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması
və inkişafı prosesi kimi baxır.
Tərbiyəçi və tərbiyə olunan ümumi məqsəd üçün birgə qüvvə ilə
çalışan fəal tərəflər kimi qəbul olunur.
Tərbiyə uşağa birtərəfli təsir kimi yox, pedaqoji əməkdaşlıq kimi başa düşülür.

Tərbiyənin Xüsusiyyətləri
1.Tərbiyə çoxamilli prosesdir.
Bu o deməkdir ki, uşaq şəxsiyyətinin formalaşması çox müxtəlif amillərin təsiri ilə baş verir:
məktəb, ailə, ictimaiyyət, geniş sosial mühit, məhəllə və yoldaşlıq mühiti,
yaşlı adamlar, kino, televiziya, bədii əsərlər və s. tərbiyədə mühüm rol oynayır.

2.Tərbiyə uzun sürən və fasiləsiz prosesdir.O, insanın doğulduğu gündən başlayıb,
bütün ömrü boyu davamedir.Tərbiyədə fasilə yoxdur:o, hər gün, hər an, hətta tərbiyəçi (valideyn)
olduğı dövrdə də davam edir.
bütün ömrü boyu davamedir.Tərbiyədə fasilə yoxdur:o, hər gün, hər an, hətta tərbiyəçi (valideyn)
olduğı dövrdə də davam edir.
3.Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir. Şəxsiyyətin keyfiyyətləri bir birindən ayrı olmayıb, sıx vəhdət təşkil edir.
Tərbiyə prosesində uşağın şəxsiyyəti hissəhissə yox, bütöv proses kimi, kompleks halda formalaşır
Tərbiyə prosesində uşağın şəxsiyyəti hissəhissə yox, bütöv proses kimi, kompleks halda formalaşır
4.Tərbiyədə xırda məsələ yoxdur; hər bir "xırda" məsələ şəxsiyyətə müəyyən təsir göstərir.
Əslində, tərbiyə işi gündəlik xırda təsirlərdən ibarətdir.
Əslində, tərbiyə işi gündəlik xırda təsirlərdən ibarətdir.
5. Tərbiyə özünütərbiyə və yenidəntərbiyə ilə dialektik vəhdət təşkil edir.
Tərbiyə məqsədyönlü, mütəşəkkil prosesdir.
Tərbiyə məqsədyönlü, mütəşəkkil prosesdir.
Tərbiyə Prosesinin Əsas Mərhələləri.
düzgün davranış normaları və tələbləri ilə tanışlıq
həmin norma və tələblərə münasibətin formalaşdırılması:
düzgün davranış motivlərinin və arzusunun aşılanması;
ictimai davranış normalarına baxış və əqidənin formalaşdırılması;
düzgün davranış təcrübəsinin, adətlərinin yaradılması;
tərbiyənin özünütərbiyəyə keçməsi, insanda özünütərbiyə tələbatının yaranması.
0 yorum:
Yorum Gönder