Tərbiyə işinin forması son dərəcə rəngarəng, zaman nöqteyi nəzərdən isə dinamikdir. Fəlsəfə lüğətlərində forma-bu predmetin, hadisə prosesinin təşkili üsulu və eləcə də mövcudluğu üsuludur.
Tərbiyə işi- tərbiyə prosesinin daxili əlaqəsini , onun elementlərini əks etdirən və pedoqoqla ( müəllimlə) tərbiyə olunanın (şagirdin) münasibətləri ilə xarakterizə edilən tərbiyə prosesinin təşkilinin üsuludur.
Tərbiyə işində yanaşmalar
Fərdi yanaşma – Pedoqoqun şəxsiyyətə baza və fərdiliyi əsasıda , uşağın yaradıcılıq potensialı əsasında yanaşmadır
Fəaliyyət yanaşması- tərbiyənin yei sisteminin şüur və fəaliyyət ideyasında işlənib hazırlanmasına gətirib çıxarır. Şəxsiyyətin inkişafına kömək edir.
Şəxsi fəaliyyətli yanaşma – məktəbin insanın fəaliyyətini təmin etməsini, şəxsiyyətin təşəkkülünü nəzərdə tutmasıdır.
Yaradıcı yanaşma- tərbiyə prosesində müəllim və pedoqoqun yaradıclığını ön plana çəkir.
Münasibətli yanaşma- şagirdlərin ünsiyyət münasbətlərinə onların xüsusi yaradılmış situasiyaların köməyi ilə humanistləşməsidir.
Hadisəli yanaşma- əvvəlcədən planlaşdırılmış bu və ya digər tədbiri bütün kollektivin üzvlərinin , iştirakçılarının yaddaşında qalması üçün son dərəcə əhəmiyyətlidir.
Differensial yanaşma- uşaqların fərdi maraq uçotları , onların liderlik imkanları , kollektivdə təşkilatçılıqfunksiyalarını realizə etmək bacarığıdır.
Sinfi yanaşma- daha çox sosial təbəqələşmə yəni və varlı və kasıb təbəqənin məqsəd və prinsipləri uyğunlaşdırılır
Dəyərə görə yanaşma- Ümumbəşəri mənəvi və maddi dəyərlərin mənimsənilməsi
Dixomatik yanaşma – mənası tamı hissələrə ardıcıl bölmə deməkdir. Məsələn uşaq bitki kimidir . O nəinki ona üzvi maddələrin verilməsini tələb edir , onun qolunun, budaqlarının , tikanlarının qurumuş yarpaqlarının təmizlənməsini tələb edir. Burada elə incə bacarıqlı pedoqoq olmaq lazımdır ki, bu ölçünü tutsun bununla da tərbiyə sistemini idarə edə bilsin.
0 yorum:
Yorum Gönder