IX Mövzu: Məktəbdaxili qiymətləndirmənin növləri, Rubrik
Summativ qiymətləndirmə
Summativ qiymətləndirmə kiçik, böyük və yekun
summativ qiymətləndirmələrdən ibarətdir. Kiçik və böyük summativ qiymətləndirmə
təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda)
yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları
əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə
aparılır.
Kiçik və böyük summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda, fənni tədris edən müəllim tərəfindən aparılır.
BSQ yarımillərin sonunda məktəb rəhbərliyinin və ya məktəbdə yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
YEKUN QİYMƏTLƏNDİRMƏ:Yekun qiymətləndirmə təhsil səviyyələrinin sonunda buraxılış imtahanları şəklində aparılır.

ÜSULLAR
|
VASİTƏLƏR
|
Layihə
|
Təqdimat
|
Şifahi sorğu
|
Sual-cavab
|
Test
|
Test tapşırıqları
|
Tapşırıqvermə
|
Tapşırıq, çalışma və laboratoriya işləri
|
Yaradıcılıq və əl işləri
|
Fənlərə müvafiq olaraq rəsmlər, hazırlanan məmulatlar
və digər əl işləri
|
Kiçik summativ qiymətləndirmə tədris vahidinin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır. Kiçik summativ qiymətləndirmə vasitələri (tapşırıqlar, yazı işləri və s.) fənni tədris edən müəllim tərəfindən hazırlanır.
Böyük summativ qiymətləndirmə vasitələri (tapşırıqlar) ümumi təhsil müəssisəsinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır.
1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə qayıtdıqdan sonrakı bir ay ərzində böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir.
1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti “0” qəbul olunur. Şagird 2-ci yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə ümumtəhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə həmin şagirdin 2-ci yarımil üzrə qiyməti onun bu yarımildə iştirak etdiyi kiçik summativ qiymətləndirmələrin nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir.
Üzrsüz səbəbdən 2-ci böyük summativ qiymətləndirmədə iştirak etməyən şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul edilir.
Şagirdin yarımillik qiyməti kiçik summativ (yarımillik ərzində keçirilən) qiymətləndirmənin
nəticələri 40%, böyük summativ
(yarımillik sonunda keçirilən) qiymətləndirmənin nəticələri 60 % hesab
olunmaqla aşağıdakı düstur əsasında çıxarılır:
Burada, Y- şagirdin I və ya II yarımil üzrə qiymətini, ksq1, ksq2 ,..., ksqn -şagirdin müvafiq yarımil ərzində kiçik summativ qiymətləndirmələrinin nəticələrini, n-müvafiq yarımildə keçirilən kiçik summativ qiymətləndirmələrin sayını, BSQ isə, I və ya II yarımildə keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir. \
İLLİK QİYMƏT:
İllik qiymət isə
aşağıdakı düsturla müəyyən edilmə lidir:
Burada - illik qiymət, və - yarımillik qiymətlərdir. Məsələn, şagird I yarımildə 3, ikincidə isə 4 qiymət alıbsa, olur.
01 may 2014-cü il
tarixli “Ümumi təhsil müəssisələrində
şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar” da şagirdin
illik qiymətinin hesablanmasının yeni qaydası təsbit olunub.
RUBRİK
Rubrik – meyar əsasında
şagirdin nailiyyət səviyyəsinin qiymətləndirmə şkalasıdır. O, iki əsas suala
cavab verir:
Mən nəyi qiymətləndirməliyəm (bacarıq meyarları)? Bu meyar üzrə hansı nailiyyət səviyyələri ola bilər?
Mən nəyi qiymətləndirməliyəm (bacarıq meyarları)? Bu meyar üzrə hansı nailiyyət səviyyələri ola bilər?
Rubrik bacarıq və
ya nəticəni artan keyfiyyət kontinuumunda
(aşağı səviyyədən yuxarı səviyyəyə qədər) təsvir edir.
Rubrik qiymətləndirmənin həm üsulu, həm də vasitəsi kimi çıxış edir.
Qiymətləndirmə şkalası naliyyət səviyyələrinə qiymət (balla və ya sözlə) verilməsi üçün mexanizmdir.
Rubrik – formativ qiymətləndirmənin ən faydalı üsullarından biridir.Lakin o həm diaqnostik, həm də summativ qiymətləndirmədə istifadə oluna bilər.
Rubriklərin üstün cəhətləri:
Rubriklər qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl olmasına imkan verir.
Rubrikləri hazırlamaq üçün müəllimlər müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirir və bununla təlim məqsədlərini daha yaxşı təsəvvür edir.
Rubriklər müəllimlərin şagirdin işini qiymətləndirməyə sərf etdiyi vaxtı azaldır.
Rubriklər tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir.
Rubriklər keyfiyyət səviyyələri intervalı vasitəsilə heterogen (müxtəlif qabiliyyətə malik şagirdlərin olduğu) siniflərində qiymətləndirmə aparmağa kömək edir.
Rubriklər 2 növə ayrılır:
Holistik rubrik - şagirdin fəaliyyətinə verilən tələbləri meyarlar şəklində təsvir edir və onların nailiyyət səviyyələrini göstərir.
Analitik rubrik - şagirdin fəaliyyətinə verilən tələblərdən irəli gələn meyarları bir neçə aspektə ayıraraq nailiyyət səviyyələrini müəyyən edir.
Holistik qiymətləndirmə şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir. Analitik qiymətləndirmə isə şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir, şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verir.
Holistik qiymətləndirmə sürətli, analitik qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.
Rubrik nümunəsi

Aspektlər (meyarlar)
|
Qiymətləndirmə şkalası (nailiyyət səviyyəsi üzrə göstəricilər)
|
||||
1
|
2
|
3
|
4
|
Bal
|
|
Göz təması
|
Heç vaxt göz təması qurmur və ya bu nadir
hallarda baş verir
|
Bəzi hallarda göz təması qurur
|
Adətən göz təması qurur
|
Təqdimatın gedişatında göz təması qurur
|
|
Səs səviyyəsi
|
Səs səviyyəsi qeyri münasib olur
|
Səs səviyyəsi bəzən münasib səviyyədə olur
|
Adətən səs səviyyəsi münasib surətdə olur
|
Səs hər zaman münasib səviyyədə olur
|
|
Ruh yüksəkliyi (ürəkdən,
həvəslə danışır)
|
Təqdimat zamanı nadir hallarda ruh yüksəkliyi
göstərir
|
Təqdimatda təsadüfi hallarda ruh yüksəkliyi
mövcud olur
|
Əksər təqdimatlarda ruh yüksəkliyi olur
|
Təqdimat boyunca ruh yüksəkliyi göstərir
|
|
Ümumiləşdirmə
|
Ümumiləşdirmədə səhvlər çox olur
|
Ümumiləşdirmədə bir neçə səhv olur
|
Ümumiləşdirmədə sadəcə bir ya iki səhv
|
Ümumiləşdirmə tamamən dəqiq olur
|
|
Ümumi bal :
|
|||||
Orta bal:
|
0 yorum:
Yorum Gönder