III Mövzu:
Taksonomiyalar, Təlim strategiyaları, Fəal Təlim
Taksonomiyalar, Təlim strategiyaları, Fəal Təlim
Blumun idrak taksonomiyası bütün müəllimlər üçün təlim məqsədlərini və onlara müvafiq fəaliyyət növlərini müəyyən etməyə kömək edən çox dəyərli vasitədir.
Lakin son 15
illərin araşdırmaları göstərdi ki, Blumun taksonomiyası bu sahədə ən tanınmış
modellərdən biri olmasına baxmayaraq, artıq müasir elmi nailiyyətlərə tam uyğun
deyil və yenidən nəzərdən keçirilməlidir.
2001-ci ildə Amerika alimləri
L.Anderson və D.Krasvol Blumun idrak taksonomiyasının psixoloji əsaslara görə
dəqiqləşdirilmiş variantını (2) təklif etdilər.
Taksonomiyalar: İdrak taksonomiyası (Blum, 1956), Affektiv-emosional (ünsiyyət) taksonomiyası -(Krasvol, 1964), Psixomotor taksonomiyası (Kennes Mur,1972)
Məzmun standartları fəaliyyət baxımından idraki, emosional və psixomotor bacarıqlara bölünür. Bu bacarıqlar onların inkişaf səviyyəsi üzrə taksonomiyalarda iyerarxik qaydada yerləşdirilib. Taksonomiyalar təlimi daha ardıcıl və səmərəli qurmağa zəmin yaradır.
Taksonomiyalar: İdrak taksonomiyası (Blum, 1956), Affektiv-emosional (ünsiyyət) taksonomiyası -(Krasvol, 1964), Psixomotor taksonomiyası (Kennes Mur,1972)
Məzmun standartları fəaliyyət baxımından idraki, emosional və psixomotor bacarıqlara bölünür. Bu bacarıqlar onların inkişaf səviyyəsi üzrə taksonomiyalarda iyerarxik qaydada yerləşdirilib. Taksonomiyalar təlimi daha ardıcıl və səmərəli qurmağa zəmin yaradır.
Taksonomiyalar təlim prosesində böyük rol oynayır,
aşağıdakı imkanlar yaradır:
təlim məqsədlərini
düzgün müəyyənləşdirmək;
problemləri
düzgün müəyyənləşdirmək və şagirdlər
üçün tapşırıqları tərtib etmək;
qoyulmuş
məqsədlərə uyğun qiymətləndirmə vasitələrini seçmək;
təlim nəticələrinə
əsaslanaraq refleksiyanı düzgün keçirmək:
bu və ya digər materialın öyrənilməsində şagirdlərin hansı çətinliklərlə
qarşılaşdıqlarını müəyyən etmək.
FƏAL
(İNTERAKTİV) TƏLİMİN ƏSAS XÜSUSİYYƏTLƏRİ
Fəal
(interaktiv) və ənənəvi təlimin arasında həm oxşar, həm də fərqli cəhətlər
vardır. Eyni zamanda, elə xüsusiyyətlər vardır ki, onlar yalnız fəal
(interaktiv) təlimə məxsusdur. Onlar aşağıdakılardır:
- Təlimin subyekt - subyekt xarakteri
daşıması;
- İştirakçıların bütün dərs zamanı
fəallığı;
- Dərsin əvvəlində problem situasiyanın
yaradılması və onun gedişinin problemin həllinə yönəldilməsi;
- Dərsin tədqiqat şəklində keçirilməsi,
təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi;
- Şagirdlərin düşündürücü və
istiqamətləndirici suallar vasitəsi ilə yeni biliklərin müstəqil kəşf
edilməsinə yönəldilməsi;
- Dərsin dialoq şəklində aparılması;
- Müəllim və şagirdlər arasında qarşılıqlı əməkdaşlığın, əks əlaqənin
yaradılması;
- Qrup işindən geniş istifadə olunması,
şagirdlərin birgə fəaliyyəti;
- Təlim vasitələrinin və tapşırıqların
müxtəlifliyi və yeniliyi;
- İş vərəqlərinin istifadəsi;
- Bliklərin yaradıcı tətbiqi və s.
FƏAL (İNTERAKTİV) TƏLİMİN ÜSTÜNLÜKLƏRİ:
müstəqil düşünmək və sərbəst nəticə çıxarmaq imkanı,
şagirdlərin fəallığı, az vaxt ərzində daha çox məlumat mənimsəmək imkanı,
tədqiqat vərdişlərinin formalaşması və inkişafı, əməkdaşlığın və qarşılıqlı
hörmətin formalaşması.
FƏAL TƏLİMİN MEXANİZMLƏRİ
FƏAL TƏLİMİN MEXANİZMLƏRİ
Mexanizm №1. Problemli şəraitin yaradılması. Şagirdin qarşısına problem qoyulur (problemli şəraiti yaratmaq) və
onun problemi həll etməyə yönəldilməsi nəticəsində idrak fəallığı yaranır.
Mexanizm №2. Şagird – tədqiqatçı, müəllim –
fasilitator. Fəal (interaktiv) təlim
zamanı şagird subyekt mövqeyini tutmalı, bu prosesin bərabər iştirakçısı
olmalıdır. Şagird tədqiqatçı, müəllim isə - bələdçi rolunu həyata keçirməlidir.
Şagirdlər bilikləri müstəqil şəkildə tədqiqat zamanı əldə etməlidirlər.
Mexanizm №3. Dialoqun və əməkdaşlığın
zəruriliyi. Fəal (interaktiv) təlim
dialoji şəkildə əməkdaşlıq şəraitində keçirilir
Mexanizm №4.
Psixoloji dəstək: hörmət və etibar. Şagirdlərin
idrak fəallıqlarını saxlamaq vasitəsi- onların psixoloji dəstəklənməsidir:müəllimin
xeyirxah münasibəti, şagirdlərə hörmət etibarı, onların bacarığına inamı.
0 yorum:
Yorum Gönder