İstiqamətləndirilmiş mühazirə
Dərsin əvvəlində müəllim mövzunu elan
edir. Məsələn mövzu “Avstraliyanın kəşfi” adlanır. Sonra müəllim sinfi qruplara
ayırır. Şagirdlərə təklif edir ki, mövzu üzrə bildiklərini yada salsınlar. Və
siyahı hazırlasınlar. Bunun üçün ağ vərəqdə cədvəl çəkilir, vərəqin bir
tərəfində “Avropa Avstraliyaya nə verib?”, digər bir tərəfində “Avstraliya
Avropaya nə verib?” suallarını yazmaq lazımdır. Verilən vaxt ərzində qruplar bu
suallarla əlaqədar fikir mübadiləsi edir və öz vərəqlərində qeydiyyat
aparırlar.
Qruplarda iş bitdikdən sonra müəllim bütün
siniflə müzakirə aparır, şagirdərin fikirlərini ümumiləşdirir və lövhədəki
cədvəldə qeyd edir. Şagirdlərə bildirir ki, mühazirənin məzmunu ilə siyahını
müzakirə edəcəklər, diqqətli oxusunlar.
Müəllim mətnin 1-ci hissəsini 10-15 dəqiqə
ərzində mühazirə edir. (mühazirə 15 dəqiqədən çox olduqda şagirdlərin fikri
yayınır və müəllimi dinləmirlər) Mühazirənin 1-ci hissəsi bitdikdən sonra
müəllim şagirdlərdən xahiş edir ki, mövzu haqqında öz fikirlərini indicə
mühazirədə eşitdikləri informasiya ilə müqayiseə edib, qeydlərində düzəliş
etsinlər və lövhədəki cədvəldə qruplar qedy edir, fikirlərini söyləyirlər.
Yazdıqlarından hansı düz çıxdı?Hansı səhvdir? Müəllim şagirdlərə çatdırmalıdır
ki, mühazirənin 2-ci hissəsində onları maraqlandıran, lakin 1-ci hissədə cavab
tapmadıqları suallara rast gələcəklər. Müəllim mühazirənin 2-ci hissənini
oxuyur. Mühazirə bitdikdən sonra o şagirdlərə müraciət edir ki, yeni
öyrəndiklərinizi cədvəldə qeyd edin. Dərsin sonunda şagirdlərə 5 dəqiqəlik
esse(sərbəst yazl) yazmaq tapşırılır. Yəni şagirdlər Avropaya Avstraliyanın
təsiri haqqında öz fikirlərini qısa şəkildə vərəqə qeyd edirlər. əgər vaxt
varsa, sinifdə yazarlar, vaxt yoxdursa, evdə yazıb gətirərlər. Müəllim yazıları
yığır və onlarla tanış olur. Müəllim mütləq bu esselər haqqında öz fikirlərini
bildirməlidir.
0 yorum:
Yorum Gönder