X Mövzu: Planlaşdırma
Perspektiv planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən bacarıqlar:
Ø Məzmun standartlarına əsasən
tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq
Ø Tədris vahidlərinin
və mövzuların ardıcıllığını müəyyənləşdirmək
Ø İnteqrasiya imkanlarını müəyyən etmək
Ø Əlavə resurslar seçmək
Ø Təlim məqsədinə görə məqsədyönlü vaxt bölgüsü aparmaq
Ø Təlim məqsədinə görə nailiyyətlərin qiymətləndirilməsi
növlərini müəyyənləşdirmək
İllik planlaşdırmanın aparılma qaydaları
bağlı tövsiyyələr
-Standartlar qrupuna əlavə standartlar daxil etmək.
-Mövzuları dəyişdirmək və ya artırmaq.
-İnteqrasiya üçün əlavə imkanlar müəyyən etmək.
-Əlavə resurslar seçmək.
-Mövzular üzrə vaxt
bölgüsündə dəyişikliklər etmək.
Standratlar
|
Tədris vahidi
|
Mövzular
|
İnteqrasiya
|
Resurslar
|
Qiymətləndirmə
|
Saat
|
Tarix
|
Şagirdlərin qiymətləndirilməsinin illik
planlaşdırılması
İllik
planlaşdırmada qiymətləndirmə bölməsi həm şagirdlərin təlim fəaliyyətinin izlənilməsini,
həm də onların nailiyyətlərinin yoxlanmasını nəzərdə tutur.Yəni illik
planlaşdırma cədvəlində gündəlik dərslərdə şagirdlərin fəaliyyətini izləmək məqsədilə
seçilmiş qiymətləndirmə üsulu, summativ qiymətləndirmə saatlarında isə onun
üçün müəyyənləşdirilmiş yoxlama vasitəsi
yazılır.
FƏAL DƏRSİN PLANLAŞDIRILMASI
1. Dərsin gözlənilən nəticələrini müəyyən etmək (alt-standart əsasında dərsin təlim nəticələrini müəyyənləşdirmək)
2. Dərsin sonunda şagirdlərin hansı nəticələrə (ümumiləşdirmələrə) gələcəklərini müəyyənləşdirmək
3. Dərsin motivasiyasını hazılamaq (problem situasiyanın yaradılması, motivasiya növünün seçilməsi, tədqiqat sualının düzgün qoyulması)
4. Tədqiqat zamanı yeni biliyi toplamaq üçün istifadə olunan bilik mənbələrini müəyyənləşdirmək
5. Müəyyən edilmiş gözlənilən nəticələrə gətirə biləcək tədqiqat tapşırıqlarını hazırlamaq
6. Tədqiqat metodlarını müəyyənləşdirmək
7. Lazımi materialları və iş vərəqlərini hazırlamaq, tədqiqatın təqdimat formasını müəyyənləşdirmək
8. Müzakirə zamanı istifadə olunan yönəldici sualları ifadə etmək
9. Məlumatın sistemləşdirilməsi (sxem, düstur, qrafik, cədvəl, şəkil, siyahı, kollaj, layihə və s.)
10.Güman edilən yeni nəticələri nəzərə alaraq əlavə məlumat, tapşırıqlar hazırlamaq
11.Dərsin hər mərhələsi üçün vaxtı müəyyən etmək
12.Dərsin yaradıcı tətbiqetmə mərhələsi üçün tapşırıqlar hazırlamaq
13.Qiymətləndirmə formasını (üsulunu) seçmək, meyarları müəyyənləşdirmək
14.Müəllim və şagirdlərin tələbatlarına əsaslanan refleksiyanın gedişatını müəyyənləşdirmək
15.Dərsdə istifadə olunacaq texniki vasitələri müəyyənləşdirmək
16.Dərsdə istifadə olunacaq dəftərxana ləvazimatlarını hazırlamaq
-Dərsin planlaşdırılması üçün onun bütün komponentlərinin bir biri ilə uzlaşdırılması vacibdir.
-Təlim
məqsədləri tapşırıqlarla bilavasitə əlaqəli olmalıdır. Ümümiləşdirmələrə əsasən
dərsin tədqiqat sualı tərtib olunur. Bütün bunlar dərsin tamlığını və
sistemliliyini (dərsin əvvəlinin və sonunun sıx əlaqəsi), təlim nəticələrinə
nail olmasını təmin edir.
Standartlar
|
Mövzu
|
İnteqrasiya
|
Texnikalar
|
İş forması
|
Resurslar
|
DƏRSİN TƏLİM NƏTİCƏLƏRİ
|
|||||
1.MOTİVASİYA
|
|||||
Tədqiqat sualı
|
|||||
2.TƏDQİQATIN APARILMASI
|
|||||
3.MƏLUMAT MÜBADİLƏSİ
|
|||||
4.MƏLUMATIN MÜZAKİRƏSİ VƏ
TƏŞKİLİ
|
|||||
5.NƏTİCƏ
|
|||||
6.YARADICI TƏTBİQETMƏ (dərsdə,
evdə)
|
|||||
7.QİYMƏTLƏNDİRMƏ (meyarları və
üsulları) və REFLEKSİYA
|
İnteqrasiya
İnteqrasiya - müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin
təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları
inkişafa və özünüinkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun
komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməkdir
Müasir dünya
təcrübəsində, əsasən, inteqrasiyanın 3 səviyyəsi fərqləndirilir:
Fəndaxili inteqrasiya – müəyyən bir fənn üzrə anlayış, bilik və
bacarıqların əlaqələndirilməsi – fənn daxilindəki faktların sistemləşdirilməsidir.
Bu səviyyədə inteqrasiyanı verilmiş materialın
ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar. Bu isə
son nəticədə fənnin məzmununun, strukturunun dəyişdirilməsinə gətirib çıxarır.
Fəndaxili inteqrasiya həm üfüqi, həm də şaquli ola bilər.
Fənlərarası inteqrasiya – iki və ya daha artıq fənnin əhatə etdiyi anlayış, bilik, bacarıq və prinsiplərin sintezidir. Bu inteqrasiya bir fənnə aid olan qanun, nəzəriyyə və metodların başqa bir fənnin öyrədilməsi zamanı istifadəsini nəzərdə tutur. Məzmunun bu modelə uyğun sistemləşdirilməsi şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazının yaradılması ilə yanaşı, həm də ümumelmi anlayışlar, kateqoriyalar və yanaşmalarla xarakterizə olunan yeni tip biliklərin formalaşdırılmasına təkan verir. Müxtəlif fənlərə aid oxşar və bir-birini tamamlayan mövzular elə planlaşdırılır və iş elə təşkil olunur ki, müəyyən bir çərçivə yaranır, yəni onlar eyni vaxtda tədris olunur.
Fənlərüstü (transfənn) inteqrasiya – inteqrasiyanın ən yüksək səviyyəsi olmaqla özündə təlimin əhatə etdiyi əsas və əlavə məzmun komponentlərinin sintezini ehtiva edir. Yəni bu inteqrasiya ilə şagirdlərin məktəbdə öyrəndikləri məzmunla məktəbdən kənarda aldıqları məzmun sintez edilir.

0 yorum:
Yorum Gönder