sözlərindən düzələrək, bir səxsin və ya idarənin adından is görmək üçün verilən
rəsmi sənəddir. “Etibar” ərəbcə çoxmənalı sözdür: a) nəzərə almaq, əhəmiyyət vermək:
b) hörmət və nüfuz: c) etimad. “Namə” isə farsca məktub, əsər mənasındadır.
Bütövlükdə etibarnamə zaminlik kagızı, etibaretmə sənədi mənası verir.
Etibarnamənin mahiyyəti. Etibarnamə hər hansı bir isin icrasını bir tərəfin
(etibar edən, etibarnaməni verən) basqa bir nəfərə (etibar edilənə, etibarnamə alana)
etibar etdiyini bildirən sənəddir. Sənəd hüquqi əhəmiyyət dasıyır. Etibar edilən səxs
etibar edilən isi icra etməyə borcludur. Hər hansı bir səbəbdən is icra edilə bilmədikdə, etibar edənə mütləq məlumat verilməlidir.
Etibarnamənin məzmunu. Etibarnamələr müxtəlif məzmunda ola bilər.
Səlahiyyət həcminə görə etibarnamələrin 3 növü qeyd edilir: konkret bir isi görmək
üçün birdəfəlik etibarnamə verilir. Buna birdəfəlik etibarnamə deyilir. Bir nəfər imkanı olmadıgı üçün əmək haqqını, ev orderini, mükafatı ala bilmədikdə istədiyi adama etibarnamə verir ki, bu, birdəfəlik etibarnamə adlanır. Xüsusi etibarnamə müəssisə rəhbəri tərəfindən müəssisənin hüqüq məsləhətçisinə verilir. Arbitraj – iqtisad məhkəməsində etibar edilən səxs etibarnaməni qeydiyyatdan keçirərək təmsil etdiyi müəssisənin hüquqlarını, mənafeyini qoruyur. Bundan əlavə, ümumi və bas etibarnamə də vardır ki, bu etibarnamənin səlahiyyəti daha böyükdür. Son vaxtlar belə
etibarnamələr daha çox avtomobillər üçün verilir. Bas etibarnamə mülkiyyətin basqa
növlərini də idarə etmək üçün verilə bilər. Məsələn, sürülərin, evlərin və basqa əmlakın idarə edilməsi üçün verilən etibarnamələr 3 il müddətinə verilir. əgər etibarnamədə idarəetmə müddəti göstərilməyibsə, onda həmin etibarnamə verildiyi gündən bir il keçdikdən sonra öz əhəmiyyətini itirmis olur. Etibarnaməni verən səxsin ünvanı, habelə pasport və ya onu əvəz edən sənəd haqqında məlumat, etibarnaməni alanın adı, atasının adı və soyadı, ünvanı haqqında məlumat da etibarnamənin məzmununa aiddir.
Etibarnamənin forması. Etibarnamənin (xüsusən də bas etibarnamənin) xüsusi
forması olur və notarius tərəfindən təsdiq edilir. Birdəfəlik etibarnamə vəkalətnaməyə
çox oxsayır. Birdəfəlik etibarnamədə vərəqin ortasında «Etibarnamə» sözü yazılır.
Asagıdakı sətirdə sol tərəfdə etibarnamənin yazıldıgı səhər, həmin sətirdə, vərəqin sag
tərəfində etibarnamənin verildiyi tarix göstərilir. Etibarnamənin məzmunu
qurtardıqdan sonra etibar edən səxs onu imzalayır. əgər tərəflər bir müəssisədəndirlərsə, müəssisənin kadrlar söbəsinin rəisi və ya rəhbəri tərəfindən, əgər tərəflərlər müxtəlif idarə və təskilatlara aiddirlərsə, onda etibarnaməni notarius təsdiq
edir.
Nümunə
ETİBARNAMƏ
Bakı səhəri 2 iyul 2014-cü il
Mən, Bakı səhəri Nizami rayonu 8-ci km qəsəbəsi, Məhsəti küçəsi, 8 saylı binanın
156-cı mənzilində yasayan, 1979-cu ildə həmin rayonun 16-cı polis bölməsi tərəfindən verilmis Və – JQ seriyalı 254253 nömrəli səxsiyyət vəsiqəsinin sahibi Mürsəl Qurban oglu əliyev Azərbaycan Dövdət əqtisad Universiteti Həmkarlar Təskilatının mənə verdiyi 1500 manat məbləgindəki mükafatı almagı Bakı səhəri Xətayi rayonu, əhmədli qəsəbəsi, Gəncə prospekti, 2 nömrəli evin 27 saylı mənzilində yasayan is yoldasım
Cəfərov Cəfər əbdül ogluna etibar edirəm.
imza: M.Q.Əliyev
M.Q.əliyevin imzasını təsdiq edirəm
ADəU kadrlar söbəsinin rəisi: Qurbanov M.
0 yorum:
Yorum Gönder