musabiqe. edu.az saytı hər il olduğu kimi müsabiqələr keçirirdi. Mən bu müsabiqələrdə hər il iştirak edirdim amma fərqlənmə alırdım. Hər il daha çox əzmkarlıq göstərib üzərimdə işləyirdim ki, fərqlənmə yox qalib diplomu alım. 2014 -2015 ci tədris ilində keçirilən müsabiqədə iştirak etdim və metodik tövsiyə nominasiyasına resurs verdim. Mərhələləri keçdim sonuncu mərhələ müdafiə mərhələsi idi. Bu mərhələni münsiflər heyəti aparırdı. Hansısa bir "ağıllı münsif "in mənə bu sualı verdiyini heç zaman unutmuram. "Sən özünü ustad hesab edirsən ki, videolar çəkib metodik tövsiyə verirsən? " deməsi məni çaşdırdı. Təbii digər münsif cavabında qayıdıb ona " əgər müsabiqə iştirakçıları metodik tövsiyə verə bilməzsə niyə bu nominasiyanı elan etmişik ? " dedi. Bundan sonra isə üzümü münsiflərə tutub davam etdim və həqiqətən də metodik tövsiyə verəcək qədər bilgiyə, təcrübəyə sahib olduğumu izah etdim. Və bu gün texniki səbəblərdən bağlamalı olduğum metodiktovsiyye.blogspot.com adlı bloqum müsabiqədə qalib gəldi ( müəyyən ədalətsizliklər olsa da. ...) Bunu yazmaqda məqsədim odur ki, bu gün o dırnaqarası münsif əgər bu yazımı oxuyursa bilsin ki, metodik tövsiyə vodeolarımdan 10 minlərlə müəllim olmağa hazırlaşan və təcrübəli müəllimlər istifadə edir. Və mən bundan heç bir təmənna və qarşılıq güdmürəm. Onların imtahandan çıxandan sonra youtube kanalıma, istər səhifəmə, istər inboxuma təşəkkür yazması o qalibiyyət sevincini hər dəfə mənə yaşadır. metodiktovsiyye.blogspot.com adlı bloqumum texniki problemlerini aradan qaldıra bilmədiyim üçün, bir müddət sonra onu eləcə açıb istifadənizə verəcəm. Amma daha orda heç bir paylaşım etməyəcəm. Yeni paylaşımlarım üçün məni leylabayramova adlı bloqumdan izləyərsiniz. Hələki aktiv deyil amma bir qisim tamamlamalardan sonra aktiv edəcəm.
Bu isə MİQ, DQ kimi imtahanların bitməsinə baxmayaraq sizlər üçün yeni videom... Müəllim olan hər kəs bilir ki, müəllim olmaq asan deyil. Müəllim olmaq üçün imtahandan keçmək kifayət deyil. Metodikanı praktik cəhətdən yerinə yetirə bilməyən şəxs nə qədər savadlı olsa belə o savad yalnız özünə kifayət edir. Öyrənci üçün onun o savadı zülmət kimi görsənir. Bunun üçün yaxşı metodika və əsl metodist müəllim olduqca əhəmiyyətlidir
QEYD: Qeyd edim ki Videodakı gündəlik planlaşdırma üçün verilmiş şablon "Quran ayəsi" deyil. Yəni orda verilmiş şablonda standart, mövzu, inetqrasiya və ya iş üsulu, iş formasının yerlərini dəyişdirmək böyük qəbahət deyil. Əsas olan düzgün məqsəddir ki standart reallaşdırılsın və o məqsədə görə seçilmiş düzgün metod və icra edilcəək tapşırıqların düzgün təyin edilməsidir. Bununla bağlı növbəti dərslərdə videolar çəkəcəm. O baxımdan bu videoda o qədər dərinliyinə toxunmammışam
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
0 yorum:
Yorum Gönder