Qərarlar ağacı
Qərarlar ağacı üsulu
Con Patrik və Riçard Remi ( ABŞ) tərəfindən təklif olunmuşdur.
Bu üsulun köməyi
ilə çətin ziddiyət yaradan məsələlərdə qərar qəbul etmək üçün problemlərin
həlli yollarını tapmaq, mübahisəli baxışları və qərarları yaxınlaşdırmaq,
şagirdlərin biliklərini cəlbedici
formada ümumiləşdirmək və onları qiymətləndirmək mümkündür. Bu
üsuldan istifadə etməklə şagirdlər mümkün qərarların bütün variantlarını,
bu variantlarla əlaqəli müsbət və mənfi cəhətləri ətraflı təhlil edirlər.
Bununla həm qərarın qəbul edilməsi asanlaşır, həm də cəmiyyətdə hər
hansısa bir problemlə qarşılaşdığı zaman şagirddə düşünülmüş qərar qəbul
etmək bacarığı formalaşır. Müəllim Qərarlar ağacı üsulunun tətbiqinə
başlarkən iş formasını da doğru müəyyən etməlidir. Bu üsul müxtəif iş
formalarından ( qruplarla,
kollektiv, cütlərlə, fərdi) istifadə etməklə reallaşdırıla bilər. Eyni
zamanda üsulun tətbiqi zamanı müəllim dərsin mərhələsini də doğru
seçməlidir. Qərarlar ağacı üsulundan dərsin tətqiqatın aparılması
mərhələsi, ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsində istifadə etmək
olar. Bu üsulun tətbiqinə başlamazdan əvvəl müəllim müzakirə problemini izah edir və
qruplar üçün cədvəllər hazırlayır.
Nümunə:
Müəllim şagirdləri 4-6
nəfərdən ibarət kiçik qruplara bölür.
Hər qrupa cədvəllər və markerlər
verilir. Müəllim tapşırığın yerinə yetirilmə müddətini müəyyən edir: 15
və ya 20 dəqiqə
Şagirdlər qruplarda çalışaraq,
cədvəlləri doldurur, hər variantın üstünlüklərini və qüsurlarını yazıya
alır və problemin həlli üsulu haqqında qərar qəbul edirlər.
Tapşırıq yerinə
yetirildikdən sonra qrupların nümayəndələri öz işlərinin nəticələri
haqqında növbə ilə danışırlar. Müəllim əldə olunmuş nəticələri müqayisə
edə, bu və ya digər hallarda qrupların nə üçün eyni, yaxud fərqli qərarlar
qəbul etdiyini söyləyə, şagirdlərin suallarına cavab verə bilər.
Yarana biləcək problemlər:
-
Təcrübə
göstərir ki, çox hallarda şagirdlər tapşırığı alarkən elə o dəqiqə qərar
qəbul etməyə və variantlardan hansısa birini seçməyə cəhd göstərirlər.
Onlara elə gəlir ki, cavab aydındır, başqa variantların müzakirəsi isə
artıq vaxt aparır. Belə hallarda şagirdlərə yenə də xatırlatmaq lazımdır
ki, yalnız bütün variantların müzakirəsindən sonra qərar qəbul etmək
lazımdır.
-
Bəzi
şagirdlərə hansısa bir variantı seçmək çətin olur və onlar bir neçə
variantı birləşdirməyə çalışırlar. Bəzən isə onlar yeni variant təklif
edirlər. Onlara izah edilməlidir ki, tapşırığın şərti variantlardan yalnız
birini seçməyi nəzərdə tutur. Ancaq təqdimatdan sonra problemin başqa
həlli yollarını göstərməyə çalışan şagirdlərin fikirləri ilə
bağlı müzakirə aparmaq olar. Əgər bu cür hallar tez-tez baş verərsə,
onda müəllim tapşırığa yenidən baxa və problemin həlli variantlarında
düzəliş edə bilər.
Üsulun təhlili və nümunə üzərində izahı mənə məxsusdur
Mənbə: Z.Veysova
0 yorum:
Yorum Gönder