İki hissəli
gündəlik strategiyası
Sinifdəki şagirdləri cütlərə ayırırıq. Hər bir şagirdə tapşırırıq
ki, “Qədim Roma dövləti” mövzusuna aid fikirlərini qısa şəkildə qeyd etsinlər.
Hər iki yoldaş yazıb qurtardıqdan sonra fikirlərini bir birilə bölüşürlər.
Bütün siniflə müzakirə aparmaq üçün bir şagirdi qaldırır, öz fikirlərini
soruşuruq və digər şagirdlər də deyilənlərə əlavələr edə bilərlər. Sonra
şagirdlərə Roma dövlətinə aid mənbə olan
“Romul və Rem” rəvayəti
oxumağı tapşırırıq, rəvayəti oxuduqca onlar iki hissəli gündəliyə uyğun
qeydlər etməlidirlər. İki hissəli gündəlik fəal dərsin ikinci mərhələsi olan tədqiqatın
aparılması mərhələsində tətbiq edilə bilən bir üsul növüdür.
İki hissəli gündəlik tərtib etmək üçün şagirdlər ağ vərəqi şaquli
xətlə 2 yerə ayırırlar. Vərəqin sol tərəfində onlar mətndən yadda qalan, onlara
çox təsir etmiş, nəyi isə xatırladan sitatları qeyd edirlər. Vərəqin sağ tərəfində
isə onlar fikirlərini şərh edirlər: Niyə
bu sitatı yazıblar?, Sitat onlarda hansı fikirləri oyadıb?, Bununla bağlı hansı
suallar meydana çıxmışdır?
Nümunə:
Rəvayətdən götürülən sitat
|
Verilən şərhlər. Nəyə görə bu sitatı yazıb?
|
1.
2.
3.
4.
5
|
1.
2.
3.
4.
5.
|
Şagirdlər rəvayəti oxuyub 2 hissəli
gündəlikdə qeyd edirlər. Sonra müzakirəni bütün siniflər aparmaq lazımdır.
Cütlərdən biri qaldırılır, yazdıqlarını söyləyirlər, digərləri isə öz
fikirlərini əlavə edirlər. Müzakirə qurtardıqdan sonra, müəllim şagirdlərdən
xahiş edir ki, 10 dəqiqə ərzində “Qədim Roma” mövzusuna aid düşüncələrini
yazsınlar. (Bu metod 10 dəqiqəlik ESSE adlanır)
Bu dərs zamanı müəllim proqramda verilmiş
rəvayəti sadəcə olaraq şərh etmir, şagirdlərdən də həmin anda rəvayəti evdə öyrənməklərini tələb etmir. Şagirdlərdə rəvayət üzərində
apardıqları tədqiqat işi vasitəsi ilə maraq yaradır və sonra öyrənməyi tapşırır.
T- cədvəl
T-Cədvəl metodu
şagirdlərdə məntiqi və tənqidi təfəkkürü qiymətləndirmə, münasibət bildirmə
kimi bacarıqların inkişafına əlverişli imkan yaradır. Üsul tətqiqatın
aparılması, yaradıcı tətbiqetmə mərhələrində tətbiq edilə bilər.
Üsulu tətbiq etməzdən öncə müəllim sinfi kiçik qruplara bölür. Üsulun
tətbiqində müəllim müxtəlif iş formalarından (kiçik, bpyek qruplar, cütlər,
fərdi) istifadə edə bilər.
Üsulu tətbiq edərkən müəllim üsulun
tətbiqinə maksimum 15 dəqiqədən çox vaxt ayırmamalıdır.
Nümunə:
Meyarlar/Şəxsiyyətlər
|
Daha mübariz
|
Daha əzmli
|
Daha səriştəli
|
Daha məqsədli
|
Yuli Sezar
|
||||
Oktavian Avqust
|
Müəllim sinfi 4 və ya 5 nəfər
olmaqla qruplara bölür.
Onların qarşısında daxilində
müxtəlif meyarlar olan, mövzu ilə əlaqədar problem qoyur.
Problem şagirdlər tərəfindən sözlərlə və
yaxud da minus, plyus işarəsi qoymaqla da həll edilir.
Üsulu tətbiq etməzdən öncə vacib olan
məsələlər:
1. - Meyarlar
müəyyənləşdirilməli
2. - Vaxt
müəyyənləşdirilməli
3. - Şagirdlərdə
mövzu ilə bağlı məlumat olmalı
Sitat nedir
YanıtlaSil