DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Temmuz 2017 Perşembe

MMT- Cədvəl

MMT (Müsbət, Mənfi, Təklif)-Cədvəl--Üsulun yaradılması özümə məxsusdur. Müəllifliyi qorunur
Bilirik ki, üsulları tətbiq edərkən  dərsin müəyyən mərhələsini gözləyirik. Eləcə də, üsullar tətbiq edilərkən reallaşdırmalı olduğumuz standartın fəaliyyət hissəsinə baxaraq tətbiq edirik. 
MMT-cədvəli üsulu daha çox yaradıcı tətbiqetmə mərhələsində, tətqiqatın aparılması mərhələsində tətbiq edilə bilər. Bu cədvəldə real hadisələr, faktlar, təriflər və ya düsturlar  fənndən asılı olaraq  qeyd edilir. Daha sonra isə, həmin real faktın mənfi və müsbət tərəfləri qeyd edilir. Şagird real faktı öyrənir və onun üçün ayrılmış sahədə üsul üzərində faktı qeyd edir. Daha sonra, fakta uyğun olaraq müəyyən biliklərə malik olduğundan, faktın müsbət və mənfi tərəflərini müvafiq yerlərdə qeyd edir. Üsulumuzun əsas vacib və şagirdin yaradıcılığını inkişaf etdirən hissəsi, təkliflər hissəsidir. Şagird fənndən və faktdan asılı olaraq özünün mənimsəmiş olduğu biliyin əsasında təkliflərini irəli sürür.

Tarix fənni əsasında nümunə ilə qeyd edəcəm ki, daha aydın olsun.
Nümunə: ( içərisi boş versiyada)
Nümunə: ( İçərisi işlənilmiş versiyada)
Hətta əgər tədqiqatın aparılması mərhələsində bu üsulu tətbiq etmisinizsə bu zaman, ilk 3 hissəni işlədib, sonuncu hissəni yaradıcı tətbiqetmə mərhələsi üçün boş saxlada bilərsiniz.
Şagirdlərə tapşırıq verərsiniz ki, Fakt, MüsbətMənfi tərəfləri qeyd etsinlər, Təklif hissəsi boş saxlanılsın. Tədqiqat bitdikdən sonra, Yaradıcı tətbiqetmə mərhələsində yenidən iş vərəqlərindəki tapşırıqları müvafiq qruplara paylamaqla bu  tapşırığın davamını ,təkliflər hissəsini  yazmaq tapşırılır.

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası