Müzakirə zamanı müsbət və mənfi cavablar üçün (razıyam, etiraz
edirəm), yaxud müqayisəli fikirlərin qeyd edilməsi üçün T-sxemlər adlanan
qrafik göstəricilərdən istifadə olunur.
T-sxemlər fəal dərsdə tədqiqatın aparılması , yaradıcı tətbiqetmə,
ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələlərində
reallaşdırılması daha məqsədəuyğundur. Ancaq, bu üsulun tətbiqi üçün ən əlverişli
hesab edilən mərhələ fəal dərsin tədqiqatın aparılması və ümumiləşdirmə və
nəticələrin çıxarılması mərhələsidir.
Müəllim bir mətni şagirdlərə verir, onlarla razıyam və ya etiraz
edirəm prinsipi ilə oxuyurlar və aşağıdakı cədvəli tərtib edirlər. (Yaxşı olar
ki, mövzu Qarabağ hadisələri, qaçqınlar haqqında olsun-şagirdlərdə vətənpərvərliyi
tərbiyə etmək üçün)
Nümunə:
Yuxarı
Qarabağı Azərbaycandan ayırmaq olmaz(səbəblər)
|
Yuxarı
Qarabağı Azərbaycandan ayrımaq olar.(səbəblər)
|
1. Azərbaycanın tarixi ərazisidir
2. Ermənilər bura köçürülüblər(XIX əsrin I yarısında)
3. və s
|
1.
2.
3.
|
Cədvəl tərtibindən sonra iş cütlərlə gedir. 5 dəqiqə vaxt verilir
ki, səbəblər yazılsın, birinci 5 dəqiqə ərzində cədvəlin sol tərəfində qoyulan
suala cavab yazılır, ikinci 5 dəqiqə ərzində isə cədvəlin sağ tərəfindəki
sualla əlaqədar səbəblər yazılır. Sonra hər cüt özünə yaxın olan cütlə
fikir mübadiləsi edir. Axırda müəllim yazı lövhəsində bütün sinif üçün sxem tərtib
edir, bütün cütlərin fikirlərini ümumiləşdirir və nəticə çıxarır.
Üsulun tətbiqi
zamanı yarana biləcək problemlər:
- - Ümumi
cəhəti müəyyənləşdirməkdə çətinlik
- - Vaxtın
uzanması
- - Nəticənin
çıxarılmasında çətinlik
- - Müqayisənin
primitiv şəkildə aparılması
Üsulun təhlili və nümunələrlə izahı mənə məxsusdur
Mənbə: Anonim
0 yorum:
Yorum Gönder