Semantik əlamətlərin
təhlili
Semantika
fransızca semantique, yunanca semantikos işarə edən, sema işarə deməkdir,
semantikanın tətqiqat obyekti işarənin (sözün) üçüncüsünün (işarələyən,
denotat, işarələnən) vəhdətidir. İşarələyən (zahiri ünsür, səslərin yaxud
qarfiq işarələrin ardıcıllığı) denotat (adlandırılan predmet və gerçəklik
hadisələri) işarələnənlə ( predmet və hadisələrin insan şüurunda əksi)
bağlıdır. Bu 3 əlaqə semantikanın məna kateqoriyasını təşkil edir.
Bu strategiyadan şagirdlərdə əsas
biliklərin formalaşdırılması və inkişafı üçün istifadə etmək olar. Semantik
əlamətlərin təhsili metodu şagirdlər üçün tanış olmayan mövzunun tədrisi zamanı
daha əhəmiyyətlidir. Bu metodun tətbiqi zamanı keçilmiş mövzu ilə yeni
mövzu müqayisə edilir.
Bunun
üçün müəllim yazı lövhəsində sxem çəkir. Sxemin sol tərəfində
yuxarıdan aşağıya 3 müqayisə olunacaq obyektin adı yazılır. Kağızın yuxarı hissəsində
soldan sağa müqayisə olunan xüsusiyyətlər yazılır. Şagirdlər də bunu özləri
üçün qeyd edirlər. Uşaqlar 2 və ya 3 tanış obyekti müqayisə edərək, semantik əlamətlərin
altında hər bir obyektə müvafiq işarə və qeydlər qoyurlar. ( “Hə” üçün +, “yox”
üçün -, tam əmin olmadıqları üçün sual ? işarəsi qoyurlar)
Bundan
sonra şagirdlər mütaliə yolu ilə mətni öyrənməyə başlayırlar və müzakirə edirlər.
Mətnlə tanış olduqdan sonra lazım gəlsə öz sxemlərində düzəliş aparırlar. Sonda
müəllim özünün hazırladığı sxem üzərində şagirdlərin köməyi ilə düzəliş edir və
ya cavabları təsdiq edir.
Fəal dərsin
tədqiqatın
aparılması, ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsində tətbiqi
daha əlverişlidir.
Nümunə:
Ölkələr
|
Harada yerləşir
|
Kəşfləri
|
Sərvətləri
|
|||||||||||
Asiya
|
Afrika
|
Avropa
|
əlifba
|
şahmat
|
Rəqəm
|
Ağac
|
metal
|
qızıl
|
||||||
Hindistan
|
+
|
-
|
-
|
-
|
+
|
+
|
?
|
?
|
?
|
|||||
Misir
|
-
|
+
|
-
|
+
|
-
|
+
|
?
|
?
|
?
|
|||||
Roma
|
-
|
-
|
+
|
+
|
-
|
-
|
?
|
?
|
?
|
|||||
Yunanıstan
|
-
|
-
|
+
|
+
|
-
|
-
|
?
|
?
|
?
|
|||||
Üsulun tətbiqi
zamanı yarana biləcək problemlər:
- - Meyarları
müəyyənləşdirməkdə çətinlik
- - Vaxtın
uzanması
- - Nəticənin
çıxarılmasında çətinlik
- - Şagirdlərdə
fikir ayrılığı
- -
İşgüzar səs-küy
Üsulun təhlili və nümunələrlə izahı mənə məxsusdur
Mənbə:Anonim
0 yorum:
Yorum Gönder