Həyatda başıma bu tipli hadisələr çox gəlib. Ya gözlədiyim üçün çox xoşbəxt olmuşam, ya da əksinə orda olduğum üçün çox peşiman. .. Amma peşimanlığın belə təcrübə qazandırdığı qənaətinə gəlsək bütün hallarda zərəri daha azdır. Böyük xoşbəxtliklər hər zaman tələskənlik və ya gecikmələr səbəbi ilə itirilir
#leylabayramova
Nyu-York şəhərinin taksi sürücülərindən birinin başına gələn əhvalat
Çağırıldığım adresə çatdım və siqnal verdim. Bir neçə dəqiqə gözlədikdən sonra yenə siqnal verdim. İş növbəmin son reysi olduğuna görə evə getmək haqda fikirləşirdim, amma maşını küçənin qırağına verib evin qapısına yaxınlaşdım və qapını döydüm... "Bir dəqiqə" - deyə qoca və əzgin bir qadın səsi eşitdim. Qapının o biri tərəfində ağır nəsə bir əşyanın sürüklənməsini eşidirdim. Uzun fasilәdәn sonra qapı açıldı. Qarşımda balaca boylu, 90 yaşlı bir qadın dayanmışdı. Uzun paltarlı və vuallı şlyapa taxmışdı.1940-cı illərin kinolarındaki kimi geyinmişdi. Evi elə görünürdü ki, sanki uzun illərdir burada heç kim yaşamır. Bütün mebel və əşyalar ağ mələfələrə bürünmüş halda idi. Divarlarda nə saat var idi, nədə rəflərdə qab-qacaq. Otağın yaxın küncündə fotolarla və şüşə qablarla dolu bir yeşik var idi. Qoca qadın dedi: "mənə çemodanımı daşımağa kömək edə bilərsiniz mi?" Onun çemodanını yük yerinə yerləşdirdikdən sonra qadına yerimək üçün kömək etdim. Maşına çatana qədər qadın mənə qayğıkeşliyə görə minnətdarlıq etdi. Mən isə ona sadəcə başqalarının öz anamla necə rəftar etməsini istədiyim kimi yanaşdığımı bildirdim.
Maşına oturandan sonra mənə adresi dedi və şəhərin mərkəzi ilə getməyimi xahiş etdi. Mən isə şəhərin mərkəzi ilə getsək yolumuzun uzanacağını deyəndə qoca qadın dedi:
- Zərər yoxdur, Hospiece (Ömrünə az qalan insanların lazımi qayğı ilə təmin olunduğu dövlət yeri) gedirəm. Bunu eşitdikdə güzgüdən ona baxdım. Gözləri parlayırdı. Bütün yaxınlarım artıq çoxdan dünyadan köçüblər. Əlimi taksi sayğacına uzadıb söndürdüm. İki saat boyunca şəhəri gəzdik. Qoca qadın mənə bir vaxtlar liftçi qız olaraq işlədiyi binanı, hәyat yoldaşı ilə xoşbəxt yaşadıqları evi, onun balaca qız uşağı ikən getdiyi, lakin indi mebel mağazasına çevrilmiş rəqs məktəbinin binasını göstərdi. Bəzən o məndәn hansısa binaların qarşısında saxlamağı xahiş edir və dinməzcə o binaya bir neçə dəqiqə baxırdı. Sonra isə o mənə daha yoruldum, gedək dedi. Daha yol boyu danışmadıq. Adresə çatanda alçaq bir bina gördüm. Qarşısında iki sanitar var idi. Yəqinki qoca xanımı gözləyirdilər. Maşına yaxınlaşaraq yavaşca qadına düşməyə kömək etdilər. Maşının yük yerini açıb çemodanı çıxardığımda, artıq qadın əlil arabasında idi. O məndən soruşdu:
- Sizə nə qədər pul borcluyam? Mən dedim ki, heç nə qədər. Qadın gülümsəyərək dedi:
- Axı siz də çörək pulu qazanmalısınız.
- Bunun üçün başqa sərnişinlər də var.
- Çox sağolun, qoca bir qadına az da olsa sevinc bəxş etdiniz.
Bir an belə fikirləşmədən əyilib onu qucaqladım. O da məni bərk qucaqlamışdı. Əlini sıxaraq oradan uzaqlaşdım. Arxadan qapının örtülmə səsini eşitdim. Bu səs daha bir həyat kitabının son səhifəsinin səsi idi.
Evə qədər sakitcə, düşüncələr içində maşını sürdüm. Daha heç bir sərnişini o gün maşına mindirmədim və heç kimlə danışmadım. Görəsən o gün həmin qadına əsəbi bir sürücü və ya evə tələsən bir taksist rast gəlsəydi nə olardı? Görəsən mən özüm şəhərin mərkəzi ilə getməkdən imtina etsəydim və ya 1-2 dəfə siqnal verdikdən sonra qapını döymədən çıxıb getsəydim nə olardı?
Bircə ona əminəm ki, həyatım boyu görə biləcəyim ən mühüm işi gördüm.
İnstagram ünvanı
Facebook ünvanı
Etiketler
- Kurikulum və idarəetmə (77)
- Video təlim (72)
- Metodika (70)
- Kurikulum (58)
- Kurikulum materiallar (46)
- Təlim üsulları (30)
- İşgüzar sənədlər (26)
- Sitatlarım (23)
- Digər (21)
- Standartlar (20)
- sınaqlar (19)
- Pedoqogika (11)
- Elmi Məqalələrim (9)
- Sinifdənkənar iş (9)
- İKT (9)
- Məqalələrim (8)
- Sual bankı (4)
- Ümumi Resurslar (2)
- Elanlar (1)
- Məktəbəqədər (1)
- Uğurlarım (1)
- milyonçu oyunu (1)
Ən çox oxunan
-
II Mövzu: Fənn kurikulumu, Standartlar, məzmun standartlarının quruluş...
-
1.2. Məzmun xətləri Xarici dil təlimində qarşıya qoyulmuş məqsəd və vəzifələri reallaşdırmaq ücün məzmun xətləri aşağıdakı şəkildə müə...
-
Müqayisə olunacaq subyekt və obyektlər müəyyənləşdirilir. Mərkəzi anlayış və ya ifadə kağızın və ya lövhənin ortasına yazılıb şagirdlərə ...
-
IX Mövzu: Məktəbdaxili qiymətləndirmənin növləri , Rubrik Summativ qiymətləndirmə Summativ qiymətləndirmə kiçik, böyük və yekun summat...
-
Hörmətli təhsil nümayəndələri.... Daha çox yerdə rast gəldiyim halla bağlı sualım var. Niyə esse, hekayə, inşa, mətn anlayışlarını eyn...
-
Azərbaycan dili 1.4. Fəaliyyət xətləri Azərbaycan dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət istiqamə...
-
Teleqram haqqında m ə lumat «Teleqram» yunanca tele-uzaq, qramma – yazı birl əs m ə sind ə n ə m ə l ə g ə lib, uza g a köçürm ə k ...
-
Venn diaqramı Venn diaqramı tarix dərslərində daha çox tətbiq edilə bilən, şagirdlərin müqayisə etmə bacarıqlarını, məntiqi və tənqidi t...
-
Tərbiyə i nsanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına,müəyyən baxışların yaranmasına yönəlmiş məq...
-
XI Mövzu: DƏRSLİK KOMPLEKTİ, Elektron tədris resursları (ETR), Tərbiyə Dərslik - məzmun standartlarının reallaşdırılması üçün mühüm vas...
İzlənmə sayı
Paylaşımlar
Səhifələr
Blog Arxivi
Mətn Widgetləri
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Blogger tarafından desteklenmektedir.
0 yorum:
Yorum Gönder