Bu dünyanın bütün ölkələrində belədir. Çünki cəmiyyət müxtəlif təbəqəli insanlardan ibarətdir. Sinif auditoriyası cəmiyyətin kiçik bir üzüdür , güzgüsüdür . Hər bir şagird ailəsindən əldə etdiyi tərbiyə formasını bu kiçik sinif auditoriyasında əks etdirir. Bu balaca qızcığazın sözləri mənə çox təsir etdi və mən onu sizinlə paylaşma ehtiyacı duydum. Müəllimlik peşəsi haqqında dəfələrlə yazılarım olub. Hər dəfəsində qeyd edirəm ki, müəllim olunmur müəllim doğulur. Müəllim maximum dərəcədə çox diqqət etməli, hər kəlməsinə, hər hərəkətinə, hər qərarına, hər davranışına. .....şagirdlər bir birini incitsə belə, bu unudulmaz yara olsa belə təsiri böyüdükcə çox qalmır sadəcə həyat dərsinə çevrilir. Ancaq müəllimin şagirdə qarşı etdiyi səhv və ya verdiyi yanlış qərar şagirdə həyat dərsi ilə yanaşı travma qazandırır. .
Bu balaca qızcığaz necə gözəl anladırsa əlavə təhlilinə ehtiyac duymuram. Sadəcə dinləyib paylaşın bu qədər sadə...hər birimizin maariflənməyə və maarifləndirməyə ehtiyacı var.
Hörmətlə,
Leyla Bayramova
#leylabayramova
0 yorum:
Yorum Gönder