Ümumilikdə 13 il pedoqoji stajım var ki, bunun 13 ili şagird hazırlığı və tədrisi, 9 ilini müəllim hazırlığı ilə məşğul olmuşam. Bütün tələbəm və müdavimim olan şəxslər qeyd edərlər ki, heç bir zaman başa düşdünüz? Anladınız? Deyə şagirdlərə sual verməmişəm. Bunu özümə ayıb və qarşı tərəfi əzmək kimi başa düşmüşəm. Çünki bu ifadəni kimsə mənə qarşı işlətsə mən onu qəbul etmərəm. Hər zaman " izah edə bildimmi?" Və "Fikrimi ifadə edə bildimmi? " deyə sual verirəm. Məncə bu insanın daxilindən gələn cümlədir. Mən hər zaman deyirəm ki, müəllim olunmur, müəllim doğulur. Bir insanın müəllimlik qanında olmalı, canında olmalı, duyğularında, hislərində olmalı. ..müəllimlik yüksək nəzəriyyə bilgisi ilə olunmaz, ustadlıq alimliklə ölçülməz.
F. adında bir kimya müəllimim vardı, M. adında da bir fizika müəllimim. ..
Onları heç sevmədim. İnsan kimi gözəl insan ola bilərdilər, çox savadlı ola bilərdilər , universitetə yüksək balla daxil olan şagirdləri ola bilərdi amma yaxşı ustad deyildilər. Heç vaxt da olmadılar mənə görə. ...
11 il oxuduğum sinfin əlaçı şagirdi olmuşam. Amma buna baxmayaraq onların sinifdə şagirdləri əzən ifadələri həmişə qəlbimə toxunub və onlara nifrət etmişəm. Fizika müəllimi dərsi izah edirdi, hər 5 dəqiqədən bir "qoyun sürüsü yığılıb bura " deyə hamını təhqir edirdi. Beləcə ilk fizikanın əsasını belə desək bünövrəsini qoyan fizika müəllimim sayəsində 11 il fizikanı qiymət xatirinə sevmədən və anlamadan oxudum. Öyrəndim yox haa oxudum))
Kimya müəllimimiz isə şəxsi prinsipləri olan adam idi. Ləzgi idi milliyətcə. .Bir zamanların məşhur pop star verilişi vardı. Gələrdi sinifə, 4 qız vardı ki, onların evində krosna antena vardı. Bizdə isə yox. Atam almırdı ki, dərslərimizə diqqəti daha çox ayıraq. Sinifə girəndən o 4 qızı ön sıraya keçirər və dünənki pop stardan danışardı. Qiymət vaxtı çatanda isə onlara 5 digər uşaqlara aşağı qiymət yazar və sözün əsl mənasında qiymət kəsərdi. Beləcə mən də onun dərslərini oxumamağa başladım. Bir gün sinifdə qiymətimi kəsəndə sözümü deyib gözləri qarşısında kimya kitabını cırıb, altıma qoyub oturdum ☺ Sinif rəhbərimiz evə zəng etmişdi. Sağ olsun anam uşaqlıqdan məni ağıllı qızı hesab edib. Uşaqlıqdan öz güvənli böyütmüşdü məni o cümlələri ilə. ... sinif rəhbərimə də demişdi ki, mənim qızım ağıllıdır səbəbsiz heç vaxt elə hərəkət etməz. Hətta qeyd edim ki, 11 ci sinfin sonunda kimya imtahanından imtina etmiş və imtahana girməmişdim. . Bütün fənlərdən 5 aldım yalnız attestatımda 4 kimyadan yazıldı. İmtahana girmədiyim halda əlaçı olduğum üçün rəhbərlik 5 yazmağı planlayırdı. Dedim yazmayın 4 yazın. Ömür boyu unutmayacağım və nümunə danışacağım səbəbim olsun
Bəlkə də o müəllimlərin mənə qazandırdığı bir tək əsl ustad belə olmaz təcrübəsi oldu. Həyatımda ən çox iz buraxan 2 müəllim. Əslində baş ağrısı olmasın deyə çox yazmadım. Oxuduğum müəissədə tələbəni əzən müəllimlərim çox idi. Hətta ibtidai sinif müəllimim belə yerlibazlıq (həmkəndlisi) edirdi )) varlı uşaqlar və öz yerlilərinə verdiyi dəyər digərlərindən daha üstün idi. Bəlkə də ilk təbəqələşmə anlayışını da ondan öyrəndim.
Ustadlıq sevgidir, ustadlıq mərhəmətdir. Ustadlıq övladın kimi görmək və yanaşmaqdır. ...bu gün o müəllimlərin adını açıq aşkar yazmadım çünki oxuyanda özlərini tanıyacaqlar. Adlarını yazsam məni uşaqlıqdan tanıyan hamı tanıyacaqdı. .. gec deyil. Həm onlar, həm də özünü burda görən əziz müəllimlər. .. hamı alim olmaz və ya hamı sizin istədiyiniz kimi olmaz. Yanaşma bu və ya buna bənzərdisə dəyişmək lazımdır. YA USTAD OL YA DƏYİŞ PEŞƏNİ
P.S Məncə bu adi söhbət edən insanlar arasında münasibət zamanı da əks olunmalı, nəinki ustadlıqda. Ən əsası əsl insan olaq
Hörmətlə,
Leyla Bayramova
#leylabayramova
İnstagram ünvanı
Facebook ünvanı
Etiketler
- Kurikulum və idarəetmə (77)
- Video təlim (72)
- Metodika (70)
- Kurikulum (58)
- Kurikulum materiallar (46)
- Təlim üsulları (30)
- İşgüzar sənədlər (26)
- Sitatlarım (23)
- Digər (21)
- Standartlar (20)
- sınaqlar (19)
- Pedoqogika (11)
- Elmi Məqalələrim (9)
- Sinifdənkənar iş (9)
- İKT (9)
- Məqalələrim (8)
- Sual bankı (4)
- Ümumi Resurslar (2)
- Elanlar (1)
- Məktəbəqədər (1)
- Uğurlarım (1)
- milyonçu oyunu (1)
Ən çox oxunan
-
II Mövzu: Fənn kurikulumu, Standartlar, məzmun standartlarının quruluş...
-
1.2. Məzmun xətləri Xarici dil təlimində qarşıya qoyulmuş məqsəd və vəzifələri reallaşdırmaq ücün məzmun xətləri aşağıdakı şəkildə müə...
-
Müqayisə olunacaq subyekt və obyektlər müəyyənləşdirilir. Mərkəzi anlayış və ya ifadə kağızın və ya lövhənin ortasına yazılıb şagirdlərə ...
-
IX Mövzu: Məktəbdaxili qiymətləndirmənin növləri , Rubrik Summativ qiymətləndirmə Summativ qiymətləndirmə kiçik, böyük və yekun summat...
-
Hörmətli təhsil nümayəndələri.... Daha çox yerdə rast gəldiyim halla bağlı sualım var. Niyə esse, hekayə, inşa, mətn anlayışlarını eyn...
-
Azərbaycan dili 1.4. Fəaliyyət xətləri Azərbaycan dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət istiqamə...
-
Teleqram haqqında m ə lumat «Teleqram» yunanca tele-uzaq, qramma – yazı birl əs m ə sind ə n ə m ə l ə g ə lib, uza g a köçürm ə k ...
-
Venn diaqramı Venn diaqramı tarix dərslərində daha çox tətbiq edilə bilən, şagirdlərin müqayisə etmə bacarıqlarını, məntiqi və tənqidi t...
-
Tərbiyə i nsanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına,müəyyən baxışların yaranmasına yönəlmiş məq...
-
XI Mövzu: DƏRSLİK KOMPLEKTİ, Elektron tədris resursları (ETR), Tərbiyə Dərslik - məzmun standartlarının reallaşdırılması üçün mühüm vas...
İzlənmə sayı
Paylaşımlar
Səhifələr
Blog Arxivi
Mətn Widgetləri
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Blogger tarafından desteklenmektedir.
0 yorum:
Yorum Gönder