“TAP”
Şagirdlərin sayı:
30 nəfərə qədər
Zəruri vaxt: 20
dəqiqəyədək
Təchizat: Üzərində
anlayışlar yazılmış vərəqlər (A4 ölçüdə)
İş Qaydası:
1-ci addım: Müəllim mövzuda və ya proqramın bölməsində
dərsdə öyrədilmiş anlayış seçir, onları qeyri-şəffaf kartoçkaların üzərinə
yazır(hər kartoçkada bir anlayış) Kartoçkanın ölçüsü təxminən vərəqin (A4)
yarısı boyda olur.
2-ci addım: Sonra müəllim sinfi kiçik qruplara bölür, həm də
qrupların sayıseçilmiş anlayışların sayına uyğun olmalıdır. Daha sonra o,
anlayışlar kartoçkaları qrupun yanında elə formada qoyur ki, qrup “öz”
anlayışını görə bilməsin, başqaları isə onu yaxşı görsün.
3-cü addım. Qruplara 5 dəqiqə müddətində öz anlayışını
müəyyən etməyəimkan verən beş “qapalı” sualı tərtib etmək təklif olunur (bu
sualların cavabı yalnız “bəli” və “xeyr” ola bilər)
Məsələn, əgər 6-cı sinifdə “QƏDİM Misir” bölməsində
dövlətin tarixinin öyrənilməsi ilə bağlı anlayışlardan söhbət gedirsə,
şagirdlər belə suallar verə bilərlər: “1. Bu insandır? 2. Bu, hadisədir? 3. Bu,
anlayış sadə insana aiddirmi? 4. O dövlətin idarə olunmasına aiddirmi? 5. Bu
dövlət başçısıdır?”
4-cü addım. Daha sonra qrup fəaliyyəti təşkil olunur:
qruplar öz anlayışlarını tapmağa, müəyyən etməyə təşəbbüs göstərərək sual mübadiləsi
edirlər. Qrup yalnız bir sual qoymaqla ona cavab verəcək digər qrupu əvvəlcədən
müəyyən etmək hüququna malikdir. Hər qrupun sualına bütün digər qruplar növbə
ilə cavab verirlər.
5-ci addım. Əgər qrup bütün beş sualı qoyaraq öz anlayışını
müəyyən etməyibsə, müəllim ona birbaşa göstəriş verməyərək digər qruplara
müəyyən etmək üçün ona kömək etməyi təklif edir. Sonra qrupa daha bir cəhd
imkanı verilir.
Əlavə mühakimələr:
Müəllim verilən
sualların ardıcıllığına və miqdarına dəqiq nəzarət etməlidir. Şagirdlər işin
bütün mərhələlərini dəftərdə qeyd etməli və işin sonunda öz fəaliyyətlərini
təhlil etməlidirlər.
Məqsəd: Şagirdlərin məntiqi təfəkkürünün, sual vermək
bacarığının inkişafı , onların fənlər üzrə terminoloji lüğətinin artırılması,
kiçik qruplarda iş vərdişlərinin təkmilləşdirilməsi.
0 yorum:
Yorum Gönder