Karusel –Üç
variantda
Şagirdlərin sayı:
30 nəfərə qədər
Zəruri vaxt: 20
dəqiqəyədək
Təchizat: tələb
olunmur
İş qaydası:
I variant
1-ci addım: İki dairədə şagirdlər üçün stullar düzün. Daxili
dairədə əyləşən şagirdlərin kürəyi, xarici dairədəkilərin isə üzü mərkəzə doğru
olmalıdır. Belə olduqda, hər kəs öz tərəfdaşının qarşısına əyləşir.
2-ci addım: Şagirdlərə həll etməkk üçün hansısa problem
təklif edin və dəlillər hazırlamaq üçün 1-2 dəqiqə vaxt verin. Nəzərə alın ki,
daxili dairənin iştirakçıları bir nöqteyi nəzərin, xarici dairədkilər isə əks
mövqeyin tərəfdarıdır.
3-cü addım: müəllimin işarəsi ilə şagirdlər cütlərdə
ünsiyyətə başlayır. əvvəlcə birinci cütlükdə fikirlərin mübadiləsi baş verir,
zəruri məlumatlar (dəlillər, problemin orginal dönüşü və s) söylənilir.
Şagirdlər qarşı tərəfin təkliflərini öz qeyd kitabçalarına yazırlar. (bir qayda
olaraq cütlərdə hər tərəfdaşa 2 dəqiqə vaxt ayrılır.)
4-cü addım: müəllimin işrasilə dairənin bütün iştirakçıları
bir stul sağa keçir və yeni tərəfdaşın qarşısında əyləşir. (daxili dairə
hərəkətsizdir, xarici dairə isə hərəkət edir) Diskussiya davam edir, lakin
şahirdlər yeni əks –dəlillər seçməyə çalışırlar.
5-ci addım. Şagirdlərin hərəkəti ayrılmış vaxt
ərzində, yaxud hər kəsin qoyulmuş tapşırığı yerinə yetirərək bütün dairəni
keçməsinə qədər davam edir. Dairənin sonuna yaxın şagirdlər , bir qayda olaraq,
artıq öz dəlillərini dəqiqləşdirir, həmçinin müxtəlif tərəfdaşlarla
ünsiyyət təcrübəsi qazanırlar.
II Variant
“Karusel”dən
istifadənin bu variantında xarici dairədə əyləşən hər bir şagirddə konkret sual
(mövzu) yazılmış vərəq olur. Yerdəyişmə zamanı o, problem üzrə maksimum
informasiya, fikir toplayır. Sonda ayrı-ayrı cavablar dinlənilir., hansı
sualların daha mürəkkəb , məhsuldar olması, yaxud əksinə tez və nə üçün
tükənməsi , tərəfdaşların necə işləməsi və s. məsələlər müzakirə olunur. Bu
məqamda metodun tətbiqi şagirdlərin biliklərinin zənginləşməsinə və
ümumiləşdirilməsinə, diqqətlərinin fəallaşmasına, nail olunur.
III variant
“Karusel”
tətbiqinin bu variantında şagirdlər əvvəlcədən sual hazırlayırlar və onu kiçik
vərəqlərdə yazırlar. Vərəqin arxasında isə öz adlarını yazırlar. İş zamanı
tərəfdaşlar bir birinə suallar verir, cavab düzgün olduqda şagird sualın müəllifindən
bu kartoçkanı alır. Tapşırığın sonunda qazanılmış kartoçkalar hesablanır və
qalib müəyyən olunur.
Məqsəd:
Kooperativ təlimin
bu variantı diskussiya sualının müzakirəsi zamanı eyni vaxtda bütün
iştirakçıları, müxtəlif ünsiyyətli tərəfdaşlarla fəal işə qoşmaq üçün daha
səmərəlidir. Tamamilə əks mövqeyə malik kəskin problemin müzakirəsi , mövcud
biliklərin həcmi və dərinliyinin müntəzəm yoxlanılması (məsələn, ideyaların
anlayışların); öz mövqeyini əsaslandırmaq bacarığının inkişafı üçün tətbiq olunur.
Mənbə: Z.Veysova. Təhlil və nümunələr özümə məxsusdur
0 yorum:
Yorum Gönder