DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Ağustos 2017 Salı

Yazılı Debatlar



Yazılı Debatlar
Şagirdlərin sayı: 30 nəfərədək
Zəruri vaxt: 20-30 dəqiqə
Təchizat: kağız vərəqlər ( A4 ölçüdə)
İş qaydası:
1-ci addım: Müəllim şagirdləri debatın mövzusu və aparılma qaydası ilə tanış edir. Şagirdləri cütlərə bölür və hər iştirakçının hansı mövqeni müdafiə edəcəyini müəyyənləşdirir. (məsələn, biri bu mövqenin, digəri əks mövqenin tərəfindən olur və s) Əgər sinifdə şagirdlərin sayı cüt deyilsə, o zaman müəllim bir üçlüyün də işini təşkil edir.
2-ci addım:
Uşaqlar kürək kürəyə otururlar. Müəllim müddəaları (təsdiqlə bağlı fikirləri) oxuyur, şagirdlər isə yazılı diaqloqa başlayırlar. Öz mövqeyini müdafiə edən dəlillərin formalaşmasına 5 dəqiqə vaxt ayrılır. Şagirdlər dəlilləri müfəssəl tezislər şəklində vərəqdə yazırlar.
3-cü addım: Ayrılmış vaxt bitdikdə şagirdlər vərəqlərini dəyişir, opponentlərinin tezislərini oxuyur və antitez( etiraz, əks fikir) hazırlayır. Bu işə 5 dəqiqə vaxt verilir. Belə vərəq mübadiləsi 2-3 dəfə təkrar olunur.
4-cü addım: Son raundda şagirdlər diskussiya mövzusu üzrə fərdi yekun (və ya cütlərlə birgə) işi yazaraq dəftərlərini müəllimə təhvil verirlər
5-ci addım: yazılı debatları yekunlaşdırarkən müəllim aşağıdakı sualları verə bilər.
“Tərəfdaşınızın ən yaxşı dəlili hansı idi?”
“Tərəfdaşınızın irəli sürdüyü dəlildə xoşuna gələn nə idi?”
“Tərəfdaşınızın dəlillərində səni təəccübləndirən nə oldu?”

Məqsəd: Diskussiya mədəniyyəti formalaşdırmaq, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirə bilmək bacarığını və yazılı nitq vərdişlərini inkişaf etdirmək.


0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası