DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Ağustos 2017 Salı

Dörd baxış

Dörd baxış
Şagirdlərin sayı: 30 nəfərədək
Zəruri vaxt: 20 dəqiqəyədək
Təchizat: Rəngli vərəqlər (A4 ölçüdə), skotç. Auditoriyada mebel divar boyunca elə düzülür ki, şagirdlərin sərbəst hərəkətinə mane olmasın.
İş qaydası:
1-ci addım:
Müəllim dərsin mövzusundan çıxış edərək hər birinin dörd variantda cavabı olan 10 sual hazırlayır. Sinif otağının künclərində müxtəlif rəngli (sarı, yaşıl, göy, qırmızı) dörd kartoçka qoyulur. Hər rəngə cavab varinatlarından biri uyğun gəlir.
Sualların hazırlanması zamanı aşağıdakı məqamı nəzərə almaq zəruridir: birinci sual asan olmalı və şagirdlərin necə işləmək lazım olduğunu başa düşməsinə imkan verməlidir. Məsələn, hansı rəng daha çox xoşunuza gəlir?
2-ci addım:
Müəllim şagirdlərə sinfin mərkəzində toplaşmağı və birinci sualı dinləməyi, dörd cavab variantlarından birini seçməyi və həmin varianta uyğun rəngdəki kartoçka ilə yanaşı dayanmağı təklif edir.
Beləliklə, otağın künclərində şagirdlərin seçimindən asılı olaraq bir neçə (birdən dördə qədər) qrup yaranır
3-cü addım: Qruplarda müəllimin seçimi üzrə növbəti iş aşağıdakı sxem üzrə qurula bilər.
1.     Yaranmış qruplardakı şagirdlər “Nə üçün bu varinatı seçdim?” sualına cavab verir. Yaxşı olar ki, bütün şagirdlər fikir söyləsin. Müzakirədən sonra hər qrupdan nümayəndə bütün fikrini səsləndirir.
2.     Şagirdlər auditoriyada elə düzülürlər ki, ümumi dairə yaransın, eyni zamanda hər kəsin seçimini müəyyən etmək mümkün olsun. Bu halda seçimin əsaslandırılması fərdi şəkildə və bütün sinif üçün dərhal baş verir.
3.     Şagirdlər öz fikirlərini söyləyərək sinfin mərkəzinə qayıdır və onlara növbəti sual oxunur.
Əlavə mühakimələr:
Şagirdlərdən hansınasa cavab varinatlarının heç biri uyğun gəlməyə bilər, o zaman onun mövqeyinə ən yaxın cavabı seçməsini təklif etmək olar.
Bəzi şagirdlərə müstəqil seçim etmək çətindir, buna görə də onlara seçimini izah etməyi təklif etmək olar.
Məqsəd:
Müstəqil seçim etmək və seçilmiş mövqeni əsaslandırmaq bacarığının inkişafı
Bu metoddan həmçinin şagirdlərin biliklərini yoxlamaq məqsədilə istifadə etmək olar.

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası