DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Ağustos 2017 Salı

Bitməmiş Cümlələr

Bitməmiş Cümlələr
Şagirdlərin sayı: 30 nəfərə qədər
Zəruri vaxt: 3-15 dəqiqə
Təchizat: Tələb olunmur
İş qaydası:
1-ci addım. Şagirdlərin növbə ilə yaxud şərti mikrofondan istifadə edərək ətrafında fikir söyləyəcəkləri mövzunu müəyyənləşdirən, müəllim bitməmiş cümləni formalaşdırır və onalra həmin cümləni bitirməklə irəli sürülmüş formula ilə bağlı fikir söyləməyi təklif edir. Məsələn, belə bir formula təklif edilə bilər. “ Bu günkü dərsdə mən........................öyrəndm” (və şagirdlər öz bilik və bacarıqlarının 2-3 konkret  aspektinin adını çəkə bilər). Və ya “ Bu informasiya bizə belə bir nəticə çıxarmağa imkan verir ki, ...............................”. Yaxud “ Bu qərar ona görə qəbul edilmişdir ki,...............................” və s. Hər növbəti şagird də öz çıxışını təklif olunmuş formuladan başlamalıdır.
2-ci addım: müəllim çıxış etməyi arzu edən ilk şagirdə söz verir. Bir neçə şagird dinləyir (onların sayı sizin verdiyiniz tapşırıqdan v bu fəaliyyətin didaktik məqsədindən asılıdır.)
3-cü addım: Müzakirənin sonunda müəllim söz alıb (əgər lazım bilirsə) öz fikrini ifadə edən və şagirdlərin fikirlərini yekunlaşdıra bilər.
Əlavə mühakimələr:
Bu üsul  çox zaman “mikrofonla” və ya ümumi şəkildə müzakirə ilə birləşdirilir.


Məqsəd: Şagirdlərin fəaliyyətə qarşılıqlı təsirə operativ qoşulması, dayaq biliklərinin fəallaşdırılması və ya tədris fəaliyyətinin motivasiyası, öz ideyalarının söylənilməsi formaları üzərində diqqətlə və dərindən işləmək, onları digərləri ilə müqayisə etmək imkanı, təklif olunmuş mövzu üzrə daha sərbəst danışmaq, mahiyyət etibarilə qısa və inamlı danışmaq bacarığı aşılamaq.

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası