PAZL (JİGSAW)
PAZL (JİGSAW)- 5
nəfərlik qrupda formalaşır. Hər qrup üzvünə dərsin bir hissəsini öyrənmək və
sonra qrup üzvlərinə həmin hissəni tədris etmək tapşırılır. Eyni hissə üzərində
işləyən şagirdlər bir yerdə yığılır və ən vacib hissələri müəyyənləşdirir və
tapşırığı hansı üsullarla digər qrup üzvlərinə çatdırılmasını müzakirə edirlər.
Bu ekspert qruplar ilkin qruplarına qayıdır və öz kiçik qruplarında
öyrəndiklərini bölüşürlər. Test və tapşırıqlar bundan sonra keçirilir.
DÜŞÜN-CÜTLƏŞ-BÖLÜŞ
(THİNK_PAİR_SHARE)
DÜŞÜN-CÜTLƏŞ-BÖLÜŞ
(THİNK_PAİR_SHARE)- 3 addımdan ibarət bir kooperativ üsuldur. Birinci mərhələdə
şagirdlər müəllim verən sual ətrafında fərdi olaraq fikirləşirlər. Ikinci
mərhələdə şagirdlər cütlüklərdə öz fikirləri ilə bölüşürlər. Üçüncü mərhələdə,
cütlüklər digər cütlüklərlə, digər komandalarla və ya bütöv siniflə bölüşürlər.
Üç mərhələli
müsahibə (Three-Step İnterview)
(Kagan) –
Komandanın hər üzvü cütlükləri seçir. Birinci mərhələdə şagirdlər cütlüklərlə
mövzu ətrafında müsahibə ( aydınlaşdırıcı suallar vasitəsilə) aparırlar. İkinci
mərhələdə cütlüklər rollarını dəyişirlər. Sonuncu mərhələdə cütlüklər
cavablarını bütöv komanda ilə bölüşürlər
Raund Oyunu
(RoundRobin Brainstorming) (Kagan)
Raund Oyunu
(RoundRobin Brainstorming) (Kagan)- Sinif kiçik qruplara bölünür (4-6 nəfər), 1
nəfər qeydləri aparmaq üçün təyin olunur. Sual və ona bir neçə cavab verilir və
şagirdlərə həmin cavablar ətrafında düşünmək üçün vaxt ayrılır. Növbəti
mərhələdə, komandanın üzvləri növbə ilə cavabları bölüşürlər. Qeyd aparan şəxs
qrup üzvlərinin cavablarını yazır. Qeyd aparanın yanında olan şagird ilk
başlayır və hər kəs ayrılmış vaxt çərçivəsində sualın cavabını verir.
Üç dəqiqəlik
yoxlama ( Three-minute review)
Üç dəqiqəlik
yoxlama ( Three-minute review)- Müəllim mövzunu, müzakirəni istədiyi anda
dayandırır və komandaların söylədikləri ətrafında düşünməsinə 3 dəqiqə vaxt
ayırır, dəqiqləşdirici suallar verir və cavablar alır.
Nömrələnmiş Başlar
( Numbered Heads Together) (Kagan)
Nömrələnmiş Başlar
( Numbered Heads Together) (Kagan)- 4 nəfərlik komanda formalaşır. Hər komanda
üzvünə nömrələr paylanır (1,2,3,4,5) Qrupa suallar verilir. Qruplar suallar
cavablandırmaq üçün birgə işləyir və hər kəs şifahi olaraq suala cavab verə
bilər. Müəllim nömrənin birini səsləndirir və hər qrupun həmin nömrəsində olan
şagird suala cavab verir.
Xor! Duet! Solo!
(Team Pair Solo) (kagan)
Xor! Duet! Solo!
(Team Pair Solo) – Şagirdlər əvvəl komanda, sonra cütlüklərdə və sonda fərdi
olaraq məsələni həll edir (və ya sual ətrafında müzakirə edirlər). Bu üsul
vasitəçilik əsasında qurulur: bir-birinin köməyi ilə şagirdlər mövzunu
(tapşırığı, məsələni) daha yaxşı mənimsəyir. Bu üsul əvvəl tapşırığı həll edə
bilməyən və komanda vasitəsilə problemin həllini dərk edən şagirdləri daha da
həvəsləndirir.
Müdrikləri çevrəyə
Al! ( Circle the Sage)
Əvvəlcə müəllim
hər hansı bir mövzu haqqında xüsusi biliklərə malik olan şagirdləri
müəyyənləşdirmək üçün sinifdə sorğu aparır. Məs.., riyaziyyatdan çətin ev
tapşırığını həll edən şagird və s). Müəllim əl qaldıran şagirdləri (müdrikləri)
sinfin müxtəlif yerlərinə yönəldir. Sonra müəllim digər şagirdləri həmin
müdriklərin ətrafında toplaşmağa çağırır. Kiçik qrupun üzvləri müxtəlif
müdriklərin ətrafında toplaşmalıdırlar. Müdriklər bildiklərini izah edir,
digərləri isə dinləyir, sual verir, qeydlər aparır. Sonra hər kəs öz qrupuna qayıdır
və növbə ilə öyrəndiklərini qrupda izah edir. Qrup üzvləri müxtəlif müdriklərin
ətrafına toplaşdığına görə, qeydlərini müqayisə edir. əgər mübahisə, fikir
müxtəlifliyi yaranırsa, onlar bir komanda olaraq ayağa qalxır. Fikirlər
səslənir və həll olunur.
Tərəfdaşlar
(Partners) (Kagan)
Tərəfdaşlar
(Partners)- Sinif 4 nəfərdən ibarət komandalara bölünür. Cütlüklər sinfin bir
tərəfinə toplaşır. Hər komandanın yarısına tapşırıq verilir və onlar
öyrəndiklərini komandanın digər üzvlərinə ötürürlər. Eyni material ətrafında
çalışan digər cütlüklərdən məsləhət ala bilərlər. Sonra komandalarbir yerə
yığılır və hər cütlük öz hissəsini bölüşür. Cütlüklər komanda üzvlərinə qısa
testlər də verə bilər. Komandalar nə dərcədə öyrəndiklərini və tədris
etdiklərini , eləcə də bu öyrənmə üsulunun təkmilləşdirilməsi yollarını
nəzərdən keçirir.
0 yorum:
Yorum Gönder