İki hissəli
gündəlik strategiyası
Sinifdəki
şagirdləri cütlərə ayırırıq. Hər bir şagirdə tapşırırıq ki, “Vətən həsrəti
nədir?” mövzusuna aid fikirlərini qısa şəkildə qeyd etsinlər. Hər iki yoldaş
yazıb qurtardıqdan sonra fikirlərini bir birilə bölüşürlər. Bütün siniflə
müzakirə aparmaq üçün bir şagirdi qaldırır., öz fikirlərini soruşuruq və digər
şagirdlər də deyilənlərə əlavə edə bilərlər. Sonra şaagirdlərə Almaz
İldırımın “Əziz Azərbaycanım” şeirini oxumağı tapşırırıq, şeiri
oxuduqca onlar iki hissəli gündəliyə uyğun qeydlər etməlidirlər.
Iki hissəli
gündəlik tərtib etmək üçün şagirdlər ağ vərəqi şaquli xətlə 2 yerə ayırırlar. Vərəqin
sol tərəfində onlar mətndən yadda qalan, onlara çox təsir etmiş, nəyi isə
xatırladan sitatları qeyd edirlər. Vərəqin sağ tərəfində isə onlar fikirlərini
şərh edirlər: Niyə bu sitatı yazıblar?, Sitar onlarda hansı fikirləri oyadıb?,
Bununla bağlı hansı suallar meydana çıxmışdır?
Şeirdən götürülən sitat
|
Verilən şərhlər. Nəyə görə bu sitatı yazıb?
|
1.
2.
3.
4.
5.
|
1.
2.
3.
4.
5.
|
Şagirdlər şeiri oxuyub 2 hissəli
gündəlikdə qeyd edirlər. Sonra müzakirəni bütün siniflər aparmaq lazımdır.
Cütlərdən biri qaldırılır, yazdıqlarını söyləyirlər, digərləri isə öz fikirlərini
əalvə edirlər. Müzakirə qurtardıqdan sonra, müəllim şagirdlərdən xahiş edir ki,
10 dəqiqə ərzində “Vətən” mövzusuna aid düşüncələrini yazsınlar. (Bu metod 10
dəqiqəlik ESSE adlanır)
Bu dərs zamanı müəllim proqramda verilmiş
şeiri sadəcə olaraq əzbər söyləmir, şagirdlərdən də həmin anda şeiri evdə
əzbərləməyi tələb etmir. Şagirdlərdə əsər üzərində apardıqları tədqiqat işi
vasitəsi ilə maraq yaradır və sonra əzbərləməyi tapşırır.
0 yorum:
Yorum Gönder