Semantik əlamətlərin təhlili
Semantika fransızca semantique,
yunanca semantikos işarə edən, sema işarə deməkdir, semantikanın tətqiqat
obyekti işarənin (sözün) üçüncüsünün (işarələyən, denotat, işarələnən)
vəhdətidir. Işarələyən (zahiri ünsür, səslərin yaxud qarfiq işarələrin
ardıcıllığı) denotat(adlandırılan predmet və gerçəklik hadisələri) işarələnənlə
( predmet və hadisələrin insan çüurunda əksi) bağlıdır. Bu 3 əlaqə semantikanın
məna kateqoriyasını təşkil edir.
Bu strategiyadan şagirdlərdə əsas
biliklərin formalaşdırılması və inkişafı üçün istifadə etmək olar. Semantik
əlamətlərin təhsili metodu şagirdlər üçün tanış olmayan mövzunun tədrisi zamanı
daha əhəmiyyətlidir. Bu metodun tətbiqi zamanı keçilmiş mövzu ilə yeni
mövzu müqayisə edilir.
Bunun üçün müəllim yazı lövhəsində sxem
çəkir. Sxemin sol tərəfində yuxarıdan aşağıya 3 müqayisə olunacaq
obyektin adı yazılır. Kağızın yuxarı hissəsində soldan sağa müqayisə olunan
xüsusiyyətlər yazılır. Şagirdlər də bunu özləri üçün qeyd edirlər. Uşaqlar 2 və
ya 3 tanış obyekti müqayisə edərək, semantik əlamətlərin altında hər bir
obyektə müvafiq işarə və qeydlər qoyurlar. ( “Hə” üçün +, “yox” üçün -, tam
əmin olmadıqları üçün sual ? işarəsi qoyurlar)
Bundan sonra şagirdlər mütaliə yolu ilə
mətni öyrənməyə başlayırlar və müzakirə edirlər. Mətnlə tanış olduqdan sonra
lazım gəlsə öz sxemlərində düzəliş aparırlar. Sonda müəllim özünün hazırladığı
sxem üzərində şagirdlərin köməyi ilə düzəliş edir və ya cavabları təsdiq edir.
Mənbə: Z.Veysova
0 yorum:
Yorum Gönder