DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Ağustos 2017 Salı

“Oxuyuruq və Soruşuruq”

“Oxuyuruq və Soruşuruq”
Şagirdlərin sayı: sinfin istənilən tərkibi
Zəruri vaxt: 30 dəqiqəyə qədər
Təchizat: hər cütlük üçün bir nüsxə mətn
İş qaydası:
1-ci addım. Şagirdlər verilmiş mətni bölmələr üzrə növbə ilə oxuyurlar. Ilk şagird hansısa bölməni –bir başlıqdan o birinə qədər ucadan oxuyur.
2-ci addım. Hər iki şagird mətnin kənarında yazılacaq açar sözlər barədə birlikdə qərara gəlirlər.
3-cü addım. Birinci şagird bölməni oxuyub qurtaranda ikinci şagird mətnin kənarında yazdığı terminlərdən istifadə edərək sual verir. Suallar şagirdlərin keçilmiş material üzrə gözlədikləri testin suallarına oxşar şəkildə formalaşdırılmalıdır. Şagird bu suallardan hər birini kiçik vərəqdə (8*12 sm) və ya kartoçkada yazır.
4-cü addım. Birinci şagird hər suala ucadan cavab verir. Əgər ikinci şagird onunla razılaşırsa, onlar sual kartoçkanın arxa tərəfində həmin sualın cavabını yazırlar.
5-ci addım. Daha sonra onlar rollarını dəyişirlər. Indi ikinci şagird növbəli bölməni oxuyur. Hər iki şagird hansı açar anlayışları mətnin kənarında yazacaqlarını qərarlaşdırırlar. Birinci şagird bu terminlərdən istifadə edərək, ikinci şagirdin ucadan cavab verəcəyi sualları formalaşdırır. Əgər hər ikisi cavabla razıdırsa, onu kartoçkanın arxasına yazırlar. Şagirdlər verilmiş bütün mətn oxunana qədə rolları beləcə dəyişməkdə davam edirlər.
6-cı addım. Bu sual-cavsb kartoçkalarından istifadə edərək şagirdlər nəticədə verilmiş material üzrə bir birini yoxlamağı davam etdirirlər
Məsləhət:
“Oxuyur və soruşuruq” metodundan ilk dəfə istifadə edərkən şagirdlər birinci bölməni oxuyub suallar verdikdən sonra onların işini dayandırın. Mətnin kənarında yazdıqları terminləri, onların sual və cavablarını müzakirə edib, zəruri hallarda düzəliş və məsləhət verin. Bundan sonra siz sinifdə gəzişməli və şagirdlərin hansı suallar verdiyi və onların necə cavablandırdığını dinləməlisiniz. Həmçinin, şagirdlərin öz  sual və cavablarından istifadə edərək, materialı yadda saxlamalarından əvvəl, yaxşı olar ki, sualları və cavabları gözdən keçirib onların adekvatlığına və düzgünlüyünəəmin olasınız.
Məqsəd: Mürəkkəb oxu metodları və cütlərdə sualların qoyuluşunu öyrənmək. Şagirdlərin anlayıb dərindən mənimsəyəcəyi materialın öyrənilməsi üçün tövsiyyə edilir. Tərəfdaşla iş müstəqillikdən daha çox motivasiyalaşdırıcı xarakter daşıyır.

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası