Söz assosiosiyaları
İlk əvvəl mövzunu
öyrənməyə başlamazdan əvvəl şagirdlərin
mövzu haqqında olan biliklərini
üsulun köməkliyi ilə aşkara çıxarmaq mümkündür.
Bu üsul müəllim üçün öz
dərsinin Motivasiya mərhələsini rahatlıqla qurmasına xidmət
edir. Eyni zamanda bu metod fəal dərsin, ümumiləşdirmə və nəticələrin çıxarılması
mərhələsində də tətbiqi əlverişlidir.
Üsulun köməkliyi ilə müəllim şagirdlərin mövzu
ilə əlaqədar olan əvvəlki biliklərini öyrənməklə və şagirdlərə
xatırlatmaqla yanaşı, həm də onları növbəti öyrənəcəkləri mövzuya yönətmiş
olur.Söz assosiyasiyaları üsulundan nəinki dərsin motivasiya mərhələsində,
eləcə də dərsin ümumiləşdirmə mərhələsində istifadə etmək
olar. Müəllim bu üsulu tətbiq edərkən bütün “kollektivlə iş”ləyir.Üsul
istənilən formada (yazılı və şifahi) tətbiq edilə bilər. Müəllim mövzu ilə
əlaqədar hər hansısa bir sözü və ya söz birləşməsini lövhədə yazır.
Nümunə:
Dərsin
axırında müəllim şagridlərə tapşırır ki, hər bir şagird öyrənilən mövzu ilə əlaqədar
düşündüyünü və ya hiss etdiyini cəmi bir sözlə ifadə etsin. Müəllim şagirdə
tapşırır ki, şagirdlər mövzuya aid sözü misal göstərsinlər. Dərhal sonra
bu sözlərin siyahısı tərtib edilir.
Üsulun tətbiqi zamanı yarana biləcək
problemlər:
- - Ümumi
fikirləri müəyyənləşdirməkdə çətinlik
- - Vaxtın
uzanması
- - Fikir
müxtəlifliyi
- - İşgüzar
səs - küy
Mənbə: Z.Veysova
Təhlili və nümunə ilə izahı mənə məxsusdur
0 yorum:
Yorum Gönder