Üsulun tətbiqinin fəal interaktiv dərsin motivasiya
mərhələsində aparılması daha məqsədəuyğundur. Üsulun tətbiqi zamanı müəllim bütün siniflə
iş formasından istifadə edir.
Müəllim lövhədə hər
hansı bir anlayışı gizlətməklə onları tətqiqata yönəldə bilər.
Eyni zamanda onlarda mövzu haqqında
nə dərəcədə biliklərin olmasını düşündürün suallar verməklə yoxlayır.
Lövhədə 3 müxtəlif rəngli dairəvi kartoçka
asılır. Müəllim gizlənmiş anlayışların altında onlara aid 2 və ya 3 yönəldici
söz (anlayışların xüsusiyyətləri) yazır.
Müəllim: “ Bu kartoçkaların arxa tərəflərində 3 anlayış yazılıb. Siz bu sözləri
tapmalısınız. Sizə kömək etmək üçün mən hər bir anlayışa məxsus olan 1
xüsusiyyət yazıram.”
Anlayış müvəqqəti olaraq ya
nömrələnir, və ya bir öyrənilən anlayış olduqda “bəli” və ona əks olan anlayışı
“xeyr” sözləri ilə adlandırılır.
Müəllim: “Bu xüsusiyyətlərin əsasında siz
gizlətdiyim sözü tapa bilərsinizmi? Sizdə hər hansı fərziyyələr yarandımı?”
Müəllim tərəfindən gizlənilmiş anlayışlara
aid yeni xüsusiyyətlərin təqdim edilməsi və şagirdlər tərəfindən onların
təsnifatı (anlayışlara aid edilməsi)
Müəllim şagirdlərin cavablarını
dinləyəndən sonra yeni xüsusiyyətləri səsləndirir və xahiş edir ki, şagirdlər
bu xüsusiyyətləri öz fərziyyələri uyğun olaraq dairələrin (anlayışların) birinə
aid etsinlər.
Müəllim bu sözlərin düzgün aid
edilib-edilməməsini qiymətləndirdikdən və şagirdlərin vasitəsi ilə onları
lazımı dairələrə aid etdikdən sonra yenə bu anlayışların tapılmasını xahiş edir
və fərziyyələri dinləyir.
Şagirdlər tərəfindən anlayışa(fərziyyəyə)
uyğun olan yeni xüsusiyyətlərin təklif edilməsi və müəllim tərəfindən
düzgün olub-olmamasının qiymətləndirilməsi.
Müəllim seçilən anlayışlara – fərziyyələrə
aid olan daha çox yeni xüsusiyyətləri təklif etməyi şagirdlərdən xahiş edir.
Şagirdlər tərəfindən anlayış
çıxarılır və müzakirə edilir.
Şagirdlər öz xüsusiyyətlərini dedikdən
sonra müəəlim bu tapmacanın tapılıb-tapılmamasını hamıya çatdırır və
kartoçkalarda yazılan sözləri açır.
Anlayışın müəllif tərəfindən təsdiq və ya
daxil edilməsi, onun tərifinin verilməsi. Şagirdlər tərəfindən anlayışlara aid
misalların verilməsi.
Müəllim xahiş edir ki, şagirdlər bu
anlayışalara daha da geniş tərif vermək üçün onlara aid olan yeni xüsusiyyətlər
və misallar əlavə etsinlər.
Üsulu tətbiq etməzdən əvvəl müəllim
aşağıdakıları nəzərə almalıdır.
Anlayışlar təxminən şagirdlərə tanış
olmalıdır, lakin onlar tam tərifi aydın olmamalıdır.
Müəllim tərəfindən seçilən xüsusiyyətlər
şagirdlərə fərziyyələri
irəli sürməyə imkan verməşlidir, lakin
anlayışı birbaşa tapmağa qoymamalıdır.
Müəllim üsulun tətbiqinə 10-15 dəqiqə vaxt
ayırır. Əgər üsulu fəal interaktiv dərsin motivasiya mərhələsində tətbiq
edəcəksə, maksimum vaxt 7 dəqiqə ayrılmalıdır.
Üsulun tətbiqi
zamanı yarana biləcək problemlər
1. - Səs-küy
2. - Anlayışın
çətin olması
3. - Müzakirənin
uzanması
Mənbə: Z.Veysova
Təhlili və izahı mənə məxsusdur
0 yorum:
Yorum Gönder