DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Ağustos 2017 Salı

Esse


Esse hər hansı bir problem, hadisə haqqında şagirdlərin müstəqil düşüncələrini əks etdirən yazılı işdir, “etüddür”. Essenin (kiçik həcmli hekayə) həcmi bir səhifədən çox olmamalıdır. Şagirdlər esseni aşağıdakı plana əsasən yazmalıdırlar.
1.     Problem üzrə öz fikirlərinin izahı
2.      Arqumentlər, faktlar və mənbələrdəki məlumatlarla fikirlərin əsaslandırılması
3.     Ümumiləşdirilmiş nəticələr.
Esse üsulu dərsdə tətbiq edilərkən müəllim müxtəlif iş formalarından istifadə edə bilər.  Ancaq esse-nin tətbiqi fərdi iş üçün daha məqsədəuyğundur. Esse dərsdə tətqiqatın aparılması və yaradıcı tətbiqetmə mərhələsində tətbiq edilə bilər. Bu üsulun tətbiqi şagirdlərdə yaradıcı və məntiqi  tənqidi təfəkkürün inkişafı üçün geniş imkanlar yaradır.
Nümunə: Təsəvvür et ki, sənə Şah İsmayıl Xətainin vəziri vəzifəsi verilib. Şah İsmayıla siyasətindəki hansı addımları atması üçün təkliflər verərdin? Bu barədə 10 cümlədən ibarət esse yaz.

Mənbə :Z. Veysova
Təhlil və nümunələr üzərində izahı mənə məxsusdur. Müəllif hüquqları qorunur
Qeyd

Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq istəyənlər üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.
Nə dərəcədə düzgündür ki inşa və esse anlayışları eyniləşdirilsin? Bunlardan hər hansı birinin mötərizə arası verilməsi onların eyniləşdirilməsidir. İnşa və ya esse olsa qəbul edilən haldır.
İNŞA ESSE DEYİL
Bu hətta metodik vəsaitlərdə də bu şəkildə yalnış olaraq davam etməkdədir.
Tutaq ki , şagirdə tapşırıq verilir. "Mübariz İbrahimov haqqında esse yaz" Və ya " Mübariz İbrahimov haqqında inşa yaz" Hər iki halda yazılan mətn dəyişilməz qalır. Və şagird hər iki halda faktlara əsaslanan mətn yazıb gətirir.
Esse yazmaq isə tam əksinə münasibət bildirməkdir. Bunun içərisinə şagirdin təhlillləri və fantaziyaları da daxil ola bilər.
Məsələn, "Mübariz İbrahimov döyüş məkanında olarkən ona dəstək olmaq üçün hansı addımları atardım" mövzusunda esse yaz
Yox əgər deyəcəksinizsə ki esse elə inşadır, o zaman terminalogiyamızdan esse sözünü çıxardaq birdəfəlik inşa deyək, olsun bitsin.
Qeyd edim ki, hətta dəhşətlisi odur ki, esse, inşa, mətn yaz, hekayə qur anlayışları da eyniləşdirilib. Və yuxarıda qeyd etdiyim nümunə tapşırıq bunlara da aid edilsə bütün hallarda şagird eyni cavabı yazıb gətirəcək. Bu zaman problem şagirddə yox tapşırığı verən müəllimdədir. Çünki tapşırığı düzgün verməyib. (Özü belə bu anlayışlar arasında fərqi bilmir) Müəllim özü anlayışlar arasındakı fərqi bilmədiyindən şagirdin yazıb gətirdiyi hər növ mətni düzgün qəbul edib yüksək qiymətlə qiymətləndirir.
Hekayə qur deyilirsə hekayənin ümumi bir yazılış forması var, bunu hekayə oxuyan hər kəs bilir. Hekayə , inşa, esse, mətn bir birindən fərqli anlayışlardır.

1 yorum:

  1. niyə kopi etmək olmur? axı sərbəst işlər verilir bizə bu haqda

    YanıtlaSil

Sağ düymə qadağası

Kopya qadağası