Problemin həlli
Problem həlli evristik və cəlbetmə potensialına görə
ən faydalı metodlardan biridir. Bu ziddiyyətli, münaqişəli
vəziyyətin təhlili üçün qanunları tətbiq etmək və
sınaqdan keçirməklə, qoyulan problemin həlli yollarını araşdırmağa yönəldir. O,
şüurlu strukturları birləşdirir, sorğu-sual mühitini stimullaşdırır, aktiv iş
üslubu yaradır, fərdi fikirlərin bildirilməsini ruhlandırır.
Üsulun tətbiqində məqsəd:
-Idrak fəallığı yaratmaqla problemi yaradan
ziddiyyətləri aşkar edib, onun həllinin səmərəli yolunu tapmaq.
- Bütün
qrupu tətqiqata cəlb etmək
- Məlumatı
sistemləşdirmək
- Yaradıcılığı
stimullaşdırmaq
- Qiymətləndirmə
proseslərinin inkişafı
Bu metoddan istifadə şagirdlərin şəxsiyyətini, onların
intellektual, emosional və iradi xüsusiyyətlərini inkişaf etdirir.
Üsul tətbiq edilərkən ilk öncə problem situasiyanın
yaradılmalı, başlanğıc nöqtə və məqsəd müəyyənləşdirilməli, problemi yaradan
ziddiyyət və onun səbəbləri aşkara çıxarılmalı, problemin həlli yollarını
tapmaq məqsədilə faktlar, dəlil və təkliflər toplamalı, ilkin vəziyyətin
dərindən tədqiqi və məlumat seçilməli, məlumat təşkil olmalı, mümkün həll
yolları müəyyənləşdirilməli, təklifləri ümumiləşdirib problemin həllinin
səmərəli yolu əsaslandırılmalı, nəticə ümumiləşdirilməli, seçilmiş həll yolları
və nəticələr qiymətləndirilməli və yoxlanılmalı.
Üsul tətbiq edilərkən müəllim bütün siniflə və ya
kiçik qruplarla iş formasından istifadə edə bilər. Üsulun tətbiqinə maksimumum
30 dəqiqə vaxt ayrılır..
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
- Ziddiyətlərin
aşkara çıxarılmasında çətinlik
- Şagirdlərin
fərdi keyfiyyətləri(qarşılıqlı dinləmə, dözümlülük)
- Vaxt
çatışmazlığı
- Səs-küy
0 yorum:
Yorum Gönder