DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

31 Temmuz 2017 Pazartesi

Ərizə necə yazılır?

Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdür. Bunu nəzərə alaraq, müəllim şagirdlərə ərizənin ilk növbədə formasını öyrətməlidir.
Şagirdlər bilməlidirlər ki, sadə ərizədə fikir bir neçə cümlə ilə ifadə edilir. Ərizənin mürəkkəb formasında isə rəsmi sənədlərin adı çəkilir, onlara münasibət göstərilir və münasibətin icrası üçün rəhbərlikdən bu barədə sərəncam verilməsi xahiş olunur.
Təcrübədə işçi işə götürülən zaman çox vaxt ərizə ilə müraciət edir.
Ərizənin iki mənası vardır. Müraciət etmək, "ərz" mənasında işlənir. Müəyyən formaya malik olub, rəsmi şakildə yazılmış müraciətdir. Məzmununa görə ərizənin iki növünə təsadüf olunur:
-Şikayət xarakterli ərizələr.
-Xahiş etmək məqsədi ilə yazılan ərizələr.

Ərizəyə verilən tələblər aşağıdakılardır:
  • Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.
  • Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır.
  • Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır.
  • Ərizənin sonunda gün, ay, il və ərizəçinin şəxsi imzası qoyulmalıdır.

Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdür. Bunu nəzərə alaraq, müəllim şagirdlərə ərizənin ilk növbədə formasını öyrətməlidir.

Ərizənin yazılış forması belədir:
  • Vərəqin əvvəlində, abzasdan böyük hərflə təşkilatın və kimə müraciət edilirsə, onun adı, atasının adı və soyadı qeyd olunur.
  • Sətrin 1/2 hissəsi həcmində sağ tərəfdə kimdən sualını verməklə ərizəçinin adı, soyadı və atasının adı göstərilir.
  • Vərəqin ortasında böyük hərflə "Ərizə" sözü yazılır.
  • Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur.
  • Ərizənin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir.

Şagirdlər bilməlidirlər ki, sadə ərizədə fikir bir neçə cümlə ilə ifadə edilir. Ərizənin mürəkkəb formasında isə rəsmi sənədlərin adı çəkilir, onlara münasibət göstərilir və münasibətin icrası üçün rəhbərlikdən bu barədə sərəncam verilməsi xahiş olunur.

* * * * * * * * * *

Ərizənin sadə formasına aid nümunə;

Saatli r. -n 2 saylı məktəbin direktoru Ə. Z. Abdullayev cənablarına

həmin məktəbin VII «b» sinif şagirdi Sabir Əli oğlu Nəcəfovdan
ƏRİZƏ
Məktəblər arasında keçirilən idman yarışında iştirak etmək üçün mənə iki gün icazə verməyinizi xahiş edirəm.
İmza    (S. Ə. Nəcəfov)

20 aprel 2000-ci il.

* * * * * * * * * *

Ərizənin mürəkkəb formasına aid nümunə:

Bakı, Yasamal rayon 158 saylı məktəbin direktoru Ə.V. Qasımova cənablarına.

Tərbiyəvi işlər üzrə direktor müavini S. D. Əzizovadan       
ƏRİZƏ
Məktəbdə özfəaliyyət dərnəyini yoxlayarkən bir sıra nöqsanlar aşkar edildi:
Özfəaliyyət dərnəyində bəzi musiqi alətləri (tar və piano) çatmır.
Dərnəyin rəhbəri Z. Q. Ələkbərov cənabları öz işinə lazımi səviyyədə rəhbərlik etmir.
1 rübdə yalnız bir dəfə məşq keçirilmişdir.
Dərnəyin rəqs qrupu fəaliyyət göstərmir. Yuxarıda sadalanan nöqsanlara görə məktəbimiz 18 dekabr 2000-ci ildə keçiriləcək respublika məktəblilərin özfəaliyyətinə baxış gecəsində iştirak edə bilməyəcəkdir. Xahiş edirəm dərnəyin işini gücləndirmək üçün lazımi tədbirlər görəsiniz.          

İmza                         (S. D. Əzizova)
14 may 2000-ci il  
Hazır nümunə:
                                                                                                                                     
                                                                                         Ağdaş rayon təhsil şöbəsinə
                  
Ağdaş şəhər  P. Babayev adına 
7 №-li tam orta
                                                        məktəbin  Tarix müəllimi
                                                      Bayramova Leyla Bəhman qızı
                                                           tərəfindən

                                                                                                                               

ƏRİZƏ
 “Ən yaxşı müəllim” müsabiqəsinin qaydaları və müsabiqədə iştirak üçün müəyyən olunmuş şərtlərlə ətraflı tanış olmuşam. Həmin şərtlərə görə, müsabiqədə iştirak etməyə özümü hazırlıqlı hesab edirəm. Bununla əlaqədar ərizəmin qeydiyyata alınmasına razılıq verməyinizi xahiş edirəm.
Fəaliyyətimlə əlaqədar müvafiq göstəriciləri əhatə edən məlumatı və həmin göstəriciləri təsdiq edən sənədlərin kserosurətlərini ərizəyə əlavə edirəm.

İmza:                                                 L.Bayramova



                                                                                   -----------------------------------

             29.10.2014

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası