DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Mayıs 2019 Cumartesi

Fəal dərsin mərhələləri



                                                                          V Mövzu:
                                                              Fəal  dərsin mərhələləri
Müasir dərsin 7 mərhələsi vardır. Bu mərhələlər aşağıdakı kimidir:
Fəal dərsin mərhələləri
Hər bir mərhələnin nəticəsi
1. Motivasiya(Problemin qoyuluşu, fərziyyələrin irəli sürülməsi, tədqiqat sualının verilməsi)
Fərziyyələr və tədqiqat sualı
2. Tədqiqatın aparılması(fərziyyələri yoxlamaq və tədqiqat sualına cavab tapmaq üçün faktların axtarılması)
Tədqiqat işi, yeni faktlar
3. İnformasiya mübadiləsi(alınmış informasiyanın və öz tədqiqatlarının təqdimatı)
Müzakirə üçün yeni informasiya
4. İnformasiyanın müzakirəsi və təşkili(informasiyanın müzakirəsi, müxtəlif faktlar arasında əlaqənin tapılması, onların təsnifatı)
Sistemləşdirilmiş informasiya
5. Nəticələr və ümumiləşdirmə(ümumiləşdirmə və onların fərziyyələrlə müqayisəsi, onların təstiq və ya təkzib edilməsi haqqında nəticə, tədqiqat sualına cavab)
Yeni bilgilər(ümumiləşdirmə)
6. Yaradıcı tətbiqetmə(yeni şəraitdə təqdimetmə, praktiki məsələlərin həlli)
Təcrübə və biliklərin tətbiqi yollarının dərk edilməsi
7. Qiymətləndirmə və refleksiya(şəxsi fəaliyyətin inikası və qiymətləndirilməsi, istənilən mərhələdə keçirilə bilər).
Özünüqiymətləndirmə vərdişləri, təlim fəaliyyəti qaydalarının mənimsənilməsi, müstəqil təlim vərdişləri

      Fəal dərsin quruluşu tədqiqat prosesinin mərhələlərini xatırladır (təlim prosesinin mərkəzi tədqiqatdır), ənənəvi   dərs illüstrativ-izahedici xarakter daşıyır (təlim prosesinin mərkəzi - mühazirədir).
     Ənənəvi dərsdə yeni məlumatlar dərsin əvvəlində müəllim tərəfindən şagirdə çatdırıldığı halda, fəal dərsdə bu məlumatlar dərsin axırında şagirdin özü vasitəsi ilə (tədqiqat nəticəsində) əldə edilir. 
     Hər iki dərsdə tətbiq etmə mərhələsi axırda olur, lakin fəal dərsdə bu mərhələ daha yaradıcı xarakter daşıyır.
    Fəal dərsin fərqli mərhələlərindən biri – refleksiya mərhələsidir. Refleksiyanın nəticəsində şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etmiş olur.
Motivasiya-Hər hansı bir fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir.
Motivasiya-dərsin başlanğıc mərhələsidir.
Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
Motivasiya qismində ortaya gətirilmiş problemin həlli tələbatı çıxış edir.
Müəllim motivasiyanı düz qurubsa, onun dərsin 50 %-i daha yerinə yetirilmiş sayıla bilər.
Motivasiyanın yaradılması yolları
         1. Rəmzi  (simvolik) materialın şərhi                                   
         2. Sual verməyə həvəsləndirmə.
         3. Problemin müxtəlif yollarla həll edilməsi
                                       Motivasiyaları qiymətləndirmək üçün meyarlar:
Motivasiyanın məqsədəuyğunluğu,
 Motivasiya nəticəsində problemin və müxtəlif fərziyyələrin yaranması,
 Motivasiyanın yığcamlığı - qısa  vaxt ərzində həyata keçirilməsi,
 Onun hazırlanmasına müəllimin az vaxt və qüvvə sərf etməsi,
 Uşaqlar tərəfindən  orta çətinliklə dərk edilməsi  (onların yaş və bilik səviyyəsinin nəzərə alınması)


Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir?
Problemi qoymaq üçün sual və ya tapşırıq verilir – yönəldici suallar təklif olunur– tədqiqat  sualı çıxarılır– fərziyyələr irəli sürülür.

                                                           Motivasiya: onun quruluşu prinsipləri
Motivasiya 2 əsas prinsip əsasında qurulur:
Problemlilik          məqsədyönlülük.
Motivasiya dərsin təlim nəticələri ilə uzlaşmalıdır. Motivasiyanı qurmamışdan əvvəl  “Alt-standartlar”, sonra isə “Dərsin təlim  nəticələri” müəyyən  olunmalıdır. Tədqiqat sualı motivasiyanın nəticəsində yaranır.
 Motivasiya qısa və mərhələli ola bilər.Qısa motivasiya yalnız bir tədqiqat sualından  ibarət ola bilər. Mərhələli motivasiya 2 mərhələdən  ibarət ola bilər.
 Yönəldici suallar, tapşırıqlar  təlim nəticələrinə yönəldilir; dərsin başlanmasını təşkil edir (1- 3 sual və ya tapşırıq ola bilər).

Tədqiqat sualı -əldə olunacaq bilik və bacarığı əks etdirən təlim nəticəsi. Adətən, bir  sualdan ibarət olur, motivasiya mərhələsində deyilən fikirlər və irəli sürülən fərziyyələr əsasında formalaşdırılır. Dərsin sonunda onlara qayıtmaq vacibdir.
Tədqiqat sualının funksiyası və rolu:
Tədqiqat sualı dəqiq, lakonik, dərsin məqsədinə uyğun olmalıdır.
Tədqiqat sualı şağırdləri tədqiqata sövq etməli, onlarda idrak fəallığı yaratmalıdır.

                                                                  2. Tədqiqatın aparılması:
Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır:

İş vərəqi – fəal (interaktiv) təlim zamanı istifadə olunan və şagirdlərin tədqiqat  işini təşkil edən vasitədir. Kiçik qruplara verilən problem və onun həllinin nəticələri iş vərəqində əks olunur.
                                                     İş vərəqlərinə verilən tələblər:
1. cəlbedici və məzmunlu olmalıdır;  2. məqsəd aydın, sual konkret olmalıdır;
3.  uşaqların səviyyəsinə uyğun gəlməlidir;   4.  dərsin məqsədinə uyğun olmalıdır.
İş vərəqlərinin hazırlanması üçün nəyi nəzərdə tutmaq lazımdır?
Tapşırığın həcmini,       Sualların miqdarını             Sualların növlərini         Tərtibetmə qaydalarını
         -Dərsdə hər mərhələnin öz xüsusiyyətləri var. Onları nəzərə alaraq müəllim dərsi düzgün təşkil edə bilər.
Burada ev tapşırıqlarının əsas funksiyası şagirdlərin biliklərinin genişləndirilməsidir  (yeni şəraitdə istifadəsi, yeni məlumatın digər biliklərlə əlaqələndirilməsi).  
Bu mərhələləri düzgün planlaşdırmaq və təşkil etmək üçün müəllimə fasilitasiya (fəal dinləmə, sual vermə, empatiya, təşkilatı bacarıqları və s.), qazanılmış biliklər arasında əlaqə yaratmaq, ümümiləşdirmək, yaradıcı olmaq və digər bacarıqlar  lazımdır.



0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası