VI Mövzu
Fəal dərsin mərhələləri,
Təfəkkürün növləri
3. İnformasiya mübadiləsi:
Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır. Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
4. İnformasiyanın müzakirəsi və təşkili:
Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir.
Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.
5. Ümumiləşdirmə və nəticələrin çıxarılması:
Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparır Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.
Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.
6. Yaradıcı tətbiqetmə:
Bilgilərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini şagirdə açıb göstərir.
Müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar müəyyən məsələlərin həlli üçün, yaxud hansısa yeni suala cavab tapmaq üçün qazanılmış bilikləri tətbiq etməyə çalışsın. Yaxşı olar ki, şagirdlərə, onların kəşf etdikləri bilgilərin yaradıcı surətdə tətbiqinə dair çalışmalar verilsin ki, həmin bilgilər həmişəlik onların şüuruna həkk olunsun.
Bu mərhələ vaxt etibarı ilə yalnız bir akademik dərslə məhdudlaşdırılmaya da bilər, onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür
7. Qiymətləndirmə və refleksiya:
Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir prosesdir. Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə və refleksiya prosesləri onların öz qüsurlarını və öz nailiyyətlərini aşkar etməyə, uğur qazanmalarına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirməyə xidmət etməlidir.
Dərs başa çatdıqdan sonra yerinə yetirilmiş prosedurlardan birini qiymətləndirmək və refleksiyanı həyata keçirmək məqsədəuyğun olardı. Bəzən qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar, bunun özü də təlim prosesinin daha uğurla keçməsinə kömək edər.
Şagirdlərin işinin səmərəlilik dərəcəsi həm kəmiyyət və həm də keyfiyyətcə qiymətləndirilə bilər. Bu, müxtəlif üsullarla və müxtəlif formada həyata keçirilir. Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özününəzarət vasitəsi rolunu oynamalıdır.
Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir

Hafizə
|
Məntiqi
təfəkkür
|
Tənqidi
təfəkkür
|
Yaradıcı
təfəkkür
|
Öyrən.
Əzbərlə.
Yadına sal .
Xəyalında
canlandır.
Yadında saxla.
|
Təsvir et.
Müqayisə et.
Oxşarlıqları və
fərqləri tap.
Təsnif et.
|
Müxtəlif baxış
nöqtə-lərindən qiymətləndir. Əhəmiyyətini, rolunu qiymətləndir.
|
Uydur: :Hekayə
Situasiya
§ Nağıl Musiqi
§ Üsul
|
Danış.
İfadə et.
|
Qur. Dəyişdir.
Hesabla. Sadələşdir.
|
Meyarları müəyyən
et.
Meyar cədvəlini
tərtib et.
|
Tərtib et,
uydur:
Maket Model Sxem Qrafik Kitab |
Tap.
Siyahını tərtib
et.
Sadala.
|
Müəyyən et.
Öz tərifini
ver.
Əlaqəni aşkar
et.
|
Səhvləri tap.
Faktları
uydurmadan seçib ayır.
Mübahisəli məqamları
aşkar et.
|
Proqnoz
ver.Müqayisə et və analoqu tap. İxtira et, yarat.Başqa
obyektə döndər.
Yeni tətbiq üsulunu tap.
|
Təsdiqini tap
(əsaslandır).
|
Sxem, qrafik, cədvəl düzəlt.
Tərtib et.
Davam et.
|
Tənqidi yanaş.
Düzgün olanı
seç.
|
Dəyişikliklər
et, yarat, yenidən tərtib et. Dəyişikliklər
etməklə yarat. Quraşdır.
|
Düsturun köməyilə
hesablayıb tap.
Hesabla.
|
Təhlil et.
İzah et. Şərh et .
Nəticə çıxar.
|
Ən mühüm
predmetləri və hadisələri müəyyən et, əhəmiyyətini sübut et.
|
Yeni əsaslar
üzərində təsnif et.
Yeni şəraitə uyğun hala gətir.
Tətbiq et (yeni şəraitdə).
|
Hər hansı bir
kateqoriyaya aid et.
Göstər.
|
Səbəbi tap (səbəb, nəticə).
|
Öz ideyanı əsaslandır
(sübut et).
|
Öz şəxsi
izahını ver Problemi müəyyən et, fərziyyələr irəli sür.
|
Modelin əsasında
tərtib et.
|
Ümumiləşdir. Əsas ideyanı
seçib ayır.
|
Ən səmərəli
yolu tap.
|
Mübaliğə et.
Minimuma endir.
|
Tərif ver.
|
Mahiyyətini, mənasını ifadə et.
|
Məsləhət ver.
|
Simvol (rəmz) şəklində təsvir et.
|
Blumun taksonomiyası tapşırıqların hazırlanmasında və eyni zamanda standartları həyata keçirməkdə müəllimə kömək edə bilər.
Mən
dünyanı dərk edirəm
(məntiqi
təfəkkür)
Mən dünyanı qiymətləndirirəm, öz münasibətimi...
(tənqidi
təfəkkür)
Mən dünyanı dəyişirəm
(yaradıcı
təfəkkür)
0 yorum:
Yorum Gönder