DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN MALİYYƏDƏN TESTLƏR
Çevik büdcədə toplam dəyişən məsrəf
12000AZN və faktiki büdcədə toplam dəyişən məsrəf 13000AZN-dir. Toplam
dəyişən məsrəf ilə əlaqədar variasiya nə qədərdir.
a. -1000
b. -100
c. 0
d. +100
e. +1000
2. Təhsil müəssisəsi "Pul
vəsaitlərinin hərəkəti" ilə əlaqədar büdcəni aylıq olaraq hazırlayır.
Müəssisənin İlin başında 9000 AZN nağd pulu mövcuddur. Yanvar ayında 5000 AZN
mədaxil və 6000 AZN məxaric olacağı planlaşdırılır. Fevral ayında isə 7000 AZN
mədaxil və 3000 AZN məxaric olacağı planlaşdırılır. Pul vəsaitininin
hərəkəti ilə əlaqədar büdcədə yanvar, fevral vəmart ayının əvvəlinə olan
nağd pul sadalanan sıra ilə nə qədər olacaqdır?
a. 5000, 7000, 9000
b. 8000 , 12000, 14000
c. 9000, 14000, 12000
d. 9000, 3000, 10000
e. 9000, 8000, 12000
3. Büdcə üçün aşağıdakılardan
hansı səhvdir?
a. Qısa müddətlidir
b. Planlaşdırmaya xidmət edir
c. Maliyyə şəklində ifadə olunur
d. Nəzarət
sistemini təmin edir
e. Təşkilatın missiyasıdır
4. Aşağıdakılardan hansı büdcə
hazırlayarkən məhdudlaşdırıcı amil kimi diqqətə alınmamalıdır?
a. Tələb
b. Həcim
c. Avadanlıq
d. Menecer
e. Nağd pul vəsaiti
5. Aşağıdakılardan hansı
funksional büdcədir?
a. Baş büdcə
b. Əmək büdcəsi
c. Yekun büdcə
d. Maliyyə vəziyyəti haqqında
hesabat
e. Maliyyə fəaliyyətlərinin
nəticələri haqqında hesabat
6. Təşkil olunacaq bir kursda
iştirakçı başına dəyişən məsrəf 50 AZN , sabit məsrəf isə 600 AZN-dir. Ağıllı
taxta istifadə edildiyində iştirakçılar 120 AZN əksi təqdirdə 100AZN verməyə
hazırdırlar. Ağıllı taxtanı kurs boyunca kiralamanın maliyyəti 540AZN-dir. 25
nəfər işrirakçı olduğu fərz edildiyində ağıllı taxtanı alınmasə ilə əlaqədar
aşağıdakılardan hansı doğrudur?
a. Alınmalıdır çünki bu təqdirdə
əlavə 100 AZN mənfəət əldə ediləcəkdir.
b. Alınmalıdır çünki bu təqdirdə
əlavə 140 AZN mənfəət əldə ediləcəkdir.
c. Alınmamalıdır çünki bu
təqdirdə 50 AZN daha az qazanılacaqdır.
d. Alınmamalıdır çünki bu təqdirdə
150AZN daha az qazanılacaqdır.
e. Heç biri
7. Satış ilə dəyişən məsrəf
arasında fərqdir.
a. Mənfəət
b. Kontribusiya
c. Gəlir
d. Sabit məsrəf
e. Zərərsizlik nöqtəsi
8. Aşağıdakılardan hansı bir
təhsil müəssisəsində dolayı məsrəf sayılmaz.
a. Məktəbdə təmizlik işçisinin
maaşı
b. Müəllimin maaşı
c. Kira məsrəfi
d. Su məsrəfi
e. Binalar amortizasiya
9. Aşağıdakılardan hansı bir
təhsil müəssisəsində birbaşa məsrəfdir.
a. Direktorun maaşı
b. Mühafizə maaşı
c. Müəllimin maaşı
d. Bütün əmək haqqları
e. Heç biri
10. Toplam dolayı məsrəf 6000AZN-dir. Toplam
dolayı məsrəflər 3 xidmət sahəsi üzrə bölüşdürüləcəkdir. Bölüşdürmədə hər bir
xitmət sahəsi üzrə gərçəkləşən iş saat əsas alınacaq. Saatlar sırası ilə 300,
100 və 200 saatdır. Bu paylaşma saatların verilmə sırasına görə aşağıdakılırdan
hansına uyğun gəlir.
a. 2000AZN, 2000AZN, 2000AZN
b. 3000AZN, 2000AZN, 1000AZN
c. 1000AZN, 2000AZN, 3000AZN
d. 2000AZN, 1000AZN, 3000AZN
e. 3000AZN, 1000AZN, 2000AZN
11. ................ dedikdə, işçinin işlədiyi
vaxta görə, ................dedikdə, işçinin gördüyü işə gorə əmək haqqı alması
başa düşülür.
a. vaxtamuzd, işəmuzd
b. işəmuzd, vaxtamuzd
c. yarım ştat, vaxtamuzd
d. vaxtamuz, yarım ştat
e. işə muzd, yarım ştat
12. Təhsil müəssisəsində pedaqoji iş aparmayan
rəhbər işçilərin əmək məzuniyyətlərinin müddətləri nə qədərdir.
a. 21
b. 30
c. 56
d. 40
e. 5
13. Aylıq tarif əmək haqqı 240 AZN yaşayış
minimumu 140 AZN isə gəlir vergisinin məbləği nə qədərdir.
a. 14 AZN
b. 33.6 AZN
c. 52.8 AZN
d. 19.6 AZN
e. 30.8 AZN
14. Aylıq tarif əmək haqqı 4000 AZN isə
gəlir vergisinin məbləği nə qədərdir.
a. 480AZN
b. 675AZN
c. 880 AZN
d. 400AZN
e. 120AZN
15. Məcburi dövlət sosial sığorta haqqının
dərəcəsi ........ təşkil edir. ....... işəgötürən tərəfindən ödənilir,
......... isə işçinin əmək haqqısından tutulur.
a. 25, 3, 22
b. 25, 22, 3
c. 14, 22, 3
d. 22, 14, 3
e. 22, 3,14
16. Borc Kapital Əmsalı 3 (iki) isə aşağıdakılardan
hansı doğrudur?
a. Öhdəlik və kapitalın birbirinə
bərabər olduğunu göstərir
b. Kapitalın ehtiyatdan üç dəfə
çox olduğunu göstərir.
c. Öhdəlik 90.000AZN isə aktiv
toplamı 120.000AZN-dir.
d. Kapital 100.000AZN isə toplam
passiv 300.000AZN-dir.
e. Toplam aktiv 300.000AZN isə
öhdəliklər 100.000AZN-dir.
17. Faiz üsulu ilə analiz ilə əlaqəli
aşağıdakılardan hansı doğrudur?
a. Fərqli böyüklükdəki
müəssisələri qarşılaşdıra bilmə imkanı verir
b. Təşkilatın faiz məsələlərini
analiz etməyə imkan verir
c. Qarşılaşdırmalı analiz olmadan
faiz üsulu analizini etmək mümkün deyildir
d. İnvestisiyanın rentabellliyi
ilə əlaqədar məlumat verir.
e. Heç biri
18. Öhdəliklər nə zaman azalır?
a. Götürülən borc qaytarıldıqda
b. Avans alındıqda
c. Xərc çəkildikdə
d. Borcla mal alındıqda
e. Heç biri
19. Aşağıdakılardan hansında aktivlər yer
dəyişmir?
a. Aktiv nəğd pulla alındıqda
b. Barter edildikdə
c. Əvvəlcədən edilən ödəniş
d. Avans alındıqda
e. Heç biri
20. Məktəbin tamamlanmış təmir işləri ilə
əlaqəli ustaya 100AZN nağd pul ödənilmiş geri qalan 150AZN isə 1 ay sonra
ödəniləcəkdir.
a. Kass metoduna görə xərc 250
AZN-dir.
b. Kassa metoduna görə xərc
150AZN-dir.
c. Hesablama metdona görə xərc
100AZN-dir.
d. Hesablama metoduna görə xərc
150AZN-dir.
e. Heç biri
21. Müəssisəyə digər şirkət həmçinin ayrı-ayrı
vətəndaşlar tərəfindən ödənilməli olan borc məbləğidır.
a. Kreditor borcları
b. Öhdəlik
c. Debitor borcları
d. Əsas vəsaitlər
e. Heç biri
22. Aşağıdakılardan hansı maliyyə hesabatı
sayılmır.
a. Maliyyə vəziyyəti haqqında
hesabat
b. Xalis aktivlərin fəaliyyət
nəticələri haqqında hesabat
c. Kapitalda dəyişikliklər
haqqında hesabat
d. Pul vəsaitlərinin hərəkəti
haqqında hesabat
e. Əhəmiyyətli uçot siyasətləri
və izahlı qeydlər
23. Xalis aktivlər ilə əlaqədar aşağıdakılardan
hansı doğrudur.
a. Xalis aktivlər = Uzun müddətli
aktivlər - Uzun müddəli öhdəliklər
b. Xalis aktivlər = Qısa müddətli
aktivlər - Qısa müddəli öhdəliklər
c. Xalis aktivlər = Aktivlər -
Öhdəliklər
d. Xalis aktivlər = Aktivlər -
Qısa müddəli öhdəliklər
e. Xalis aktivlər = Qısa müddəli
aktivlər
24. Müəssisənin 18 aylıq borcu..................
a. Qısa müddətli aktivdir.
b. Uzun müddətli aktivdir.
c. Qısa müddətli öhdəlikdir.
d. Uzun müddətli öhdəlikdir.
e. Kapitaldır.
0 yorum:
Yorum Gönder