Hörümçək adam olsan neynərdin?
9 yaşlı (4-cü sinif) şagirdi Selinin yazdığı, dolayısı ilə müəllimin yazdırdığı inşanı sizlərlə paylaşmaq istəyirəm. Qeyd edim ki, inşa şagirdin öz fikrini əks etdirir, yəni özü, valideyn müdaxiləsi olmadan yazıb.
İnşanın adı "Mən Hörümçək adam olsaydım nə edərdim?"dir 🙂.
İnşanın müəllimin şəxsi təşəbbüsü olduğunu, yoxsa tematik plana görə yazdırdığını bilmirəm. Amma anlaya bilmirəm ki, belə bəsit, təxəyyülü inkişaf etdirməyən, şagirdləri müəyyən çərçivəyə (şablon) salan və eyni cür düşünməyə məcbur edən belə tapşırıqların əsas məqsədi nədir?
Tutaq ki, Hörümçək adam mətninin tədrisindən sonra hansısa tapşırığın verilməsi zəruridir. Mən bildiyim qədərilə, inşa, esse hər hansı əsərin, situasiyanın ideyasına verilən münasibətdir. Tutaq ki, Azərbaycanın ideal və problemlərsiz ölkə olduğunu düşünməyə məcburuq, ola bilməzdimi ki, heç olmasa dünyada baş verən qlobal problemlər və onların aradan qaldırılması üçün şagirdərin sadəcə fikrini soruşan bir inşa verilsin onlara?
Müəllif : Ilaha Fazilova
#ilahəfazilova
Deməli 4 cü sinifdə dərs deyən bir ibtidai sinif müəlliminə mentorluq edirdim. Mövzu Yadplanetlilər mövzusu idi. Müəllim çox cansıxıcı və ənənəvi bir qaydada dərs qurmuşdu. Hansı ki, o mövzu dövlətin tələbi olan "Mətnə əlavələr etməklə mətni dəyişdirir və mətnin yaradıcı planını tərtib edir " standartının yerinə yetirilməsi üçün dərsliyə daxil edilmiş mövzudur. Müəllimə iradımı bildirəndə müəllim qayıtdı ki, belə də mənasız mövzu olar? Bu nədi dərsliyə salıblar axı? Uşağı niyə yadplanetlinin varlığına inandırmalıyıq ki biz? Mən niyə uşağa zorla inandırmalıyam ki yad planetli var? Suallarını verəndə mən başa düşdüm ki, müəllim özü hələ hansı mövzunu nə üçün tədris etdiyini anlamayıb. Şagirdə nə verəcək bu müəllim?
Hansı ki o mövzunun içərisi o qədər zəngindir ki, şagird o mətn üzərində işləməklə, əlavələr və dəyişikliklər etməklə, personajların mənfi əməllərini müsbətə dəyişdirməklə hətta bir yad planetli olsa belə mərhəmətli personajlar yaratmaqla nəinki yeni bir "əsər, rejissor işi " yarada bilər eləcə də o mətnə maraqlı plan tərtib edə bilərdi. Hansı ki müəllimlər bu tipli mətnləri ya ənənəvi keçir, ya da "Yadplanetli olsam və ya yadplanetli görsəm nə edərdim " kimi mənasız tapşırıq verirlər. Bu tip yaradıcı təfəkkürü, xəyalı inkişaf etdirən tapşırıq verməyin deyən yoxdur əziz müəllimlər, amma baxın hansı mövzuda vermək olar.
Uşağın yazdığına inanmayanlar isə deyim bilin, bundan daha gözəl ideyalar irəli sürən şagirdlər görmüşəm. İnanın və güvənin övladlarımıza. Yetər ki onların potensialını ortaya çıxara biləcək tapşırıq hazırlamaq gücündə olaq.
Hörmətlə,
Leyla Bayramova
#leylabayramova
Elaa Aferin qizim
YanıtlaSilAferin tehsil dogurdan da berbaddi
SilA?lfjgidkdifkfkfkfkkfkckfld
YanıtlaSilElaaa...!
YanıtlaSilEladir afərin sənə
YanıtlaSilBu ne dir belə inşa olar😒
YanıtlaSil