DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

16 Ağustos 2018 Perşembe

Müəllim tərəfindən dərs prosesinin planlaşdırılması

Yaxşı olardı ki, hər bir məktəbdə (harada ki, fənn üzrə birdən çox müəllim varsa) fənn qrupları müəllimlərinin kafedraları fəaliyyət göstərsin, həmin kafedra fənn qrupunun bütün müəllimlərini özündə birləşdirir.
Kafedra fənn qrupunun bütün müəllimlərinin birliyinin şərti adıdır.
Kafedraların iş funksiyaları belə ola bilər:
• fənn qrupunun fənninin/fənlərinin tədrisinin koordinasiyası;
• təcrübənin öz aralarında bölüşdürülməsi, nailiyyətlərin ön şərtlərinin müəyyən edilməsi və problemlərin həlli yollarının axtarışı;
• dərsliklərin seçilməsi;
• qiymətləndirmə komponentlərinin işlənib hazırlanması və təsviri;
• digər fənn qruplarının müəllimləri ilə istiqamətli işlərin aparılması (məsələn, tarix və gürcü dilində ümumi mövzu üzrə razılaşma, ekskursiya zamanı ümumi tapşırıqların düşünülüb tapılması və s.);
• peşəkar inkişaf yollarını təsvir etmək;
• köməkçi dərs vasitələri və kitabxana üçün lazım olan kitablar haqqında tövsiyyələr işləyib hazırlamaq;
• yeni metodologiya və yanaşmalar barədə tövsiyyələr işləyib hazırlamaq. Bəzi məktəblərdə ibtidai pillənin müəllimləri başqa-başqa kafedralar ətrafında birləşirlər. Bu onlara ibtidai siniflərdə mövcud olan problemləri birgə və fənlərarası razılıq əsasında razılaşdırmaqda köməklik edir.

0 yorum:

Yorum Gönder

Sağ düymə qadağası

Kopya qadağası