Hörmətli izləyicilərim
Bu yaxınlarda universitetə qəbul müsabiqəsi keçirildi. Müsabiqədə iştirak etdim. Çəkiliş edilmiş dərsi sizə də təqdim edirəm.
Qeyd edim ki, universitetdə tələbələrə seminarlar ənənəvi qayda ilə keçirilir. Baxmayaraq ki, onlar kurikulum və fəal interaktiv təlim dərslərini öyrənirlər. Yəni tələbə ənənəvi ilə orta məktəbi bitirib, ənənəvi qaydada da fəal interaktiv təlim öyrənir. Onlar gəlib orta məktəbdə müəllim işləyərkən kurikulum və ya fəal interaktiv təlimi praktik olaraq tətbiq edə bilərmi?
Təbii ki yox...olsa belə çətin olacaq, əziyyət çəkəcəklər. Çox arzu edərdim ki, tələbələr, xüsusən müəllim olacaq tələbələr seminarları fəal interaktiv təlimlə alsınlar.
Müsabiqə zamanı qərara aldım ki, cəmi 1 dərs şansım olsa belə tələbələrə belə bir dərs həyəcanını yaşadım. Yaşatdım da...Baxmayaraq ki, mən o sinfin tələbələrini elə həmin dərsdə ilk dəfə idi görürdüm, baxmayaraq ki, mənə demişdilər ki "vayyy o qrup dəlixanadır" " orda dərs keçə bilməyəcəksiniz" , " aaaa filan qrupa gedirsiniz? vayy vayy" belə bir auditoriyada dərs keçdim. Çünki bu vəzifəm və ən əsası isə ADPU da müəllim olmaq üçün ilk addım olmalı idi.
Belə bir çətin deyilən tanımadığım tələbələrlə auditoriyada mən işgüzar səs-küylü fəal interaktiv təlim ilə dərsi keçməyə risk etdim.Əslində bu həyəcanı , bu anı Ən yaxşı Müəllim Müsabiqəsində də yaşamışdım. Ordan da şükür üzü ağ çıxmışdım.
Baxmayaraq ki, tələbələr həyatlarında ilk dəfə qruplara bölünürdülər, ilk dəfə idi ki, kurikulumla dərs keçirdilər. Bunu gözə alaraq dərsimi fəal interaktiv təlim istiqamətində qurub dərsimi tədris etdim.
Tələbələr işgüzar səs küy xaricində əlavə heç bir səs etmədilər ( yəni haqlarına deyilən qədər çətin tələbələr deyilmiş) və mən bir daha təsdiq etdim ki, problem auditoriyada yox, onu o vəziyyətə çatdıracaq müəllimdə olur.
Seminar sonu tələbələrdən yaxınlaşıb "Müəllim, biz hələ belə dərs görməmişdik", " Müəllim, hətta məni belə bu dərsdə oxutdura və dərsə cəlb edə bildiniz" və sair kimi ifadələr səsləndi. Bunu eşitmək hansı müəllimə xoş olmaz ki?
Burdan məqaləmi oxuyan dərsimdə iştirak edən ilk və yəqinki son dərslik tələbələrimə təşəkkürümü bildirir, onlara yaxşıların yaxşısı müəllim olmağı arzu edirəm.
ADPU-ya isə yaratdığı şəraitə görə başda Dəyanət müəllim olmaqla, Rəcəb müəllim, Habil müəllimə təşəkkür edirəm.
0 yorum:
Yorum Gönder